XİN Ceyhun Bayramov və Lavrovun görüşünə dair məlumat yayıb
Siyasət 28 Fev 2023 19:30:00 291 0
28 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu xəbəri də oxu: Ermənistan və ABŞ yeni əməkdaşlığın bir addımlığında
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun Bayramov və nazir Sergey Lavrov arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Geniştərkibli görüşdə Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, həmçinin regionda mövcud vəziyyət müzakirə olunub.
Azərbaycan və Rusiya arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, tranzit, mədəni, humanitar, təhsil və s. sahələr üzrə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edən nazir Ceyhun Bayramov, bu xüsusda münasibətlərin inkişafında iki ölkə arasında mövcud siyasi dialoqun, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.
Post-münaqişə dövründə regionda mövcud vəziyyət, bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində imzalanmış üçtərəfli bəyanatların icrası istiqamətində Azərbaycanın göstərdiyi sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, iki dövlət arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanmasında Azərbaycanın davamlı olaraq Ermənistanın qeyri-konstruktiv mövqeyi, o cümlədən sülh gündəliyinə xələl gətirən təxribatları ilə üzləşdiyini bildirib.
Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarının pozulmasının daha bir nümunəsi olaraq yalnız humanitar məqsədlər üçün istifadəsinin nəzərdə tutulduğu Laçın yolundan sui-istifadə hallarının Azərbaycanın vətəndaş cəmiyyətinin haqlı etirazına səbəb olduğu bir daha diqqətə çatdırılıb. Ermənistan tərəfinin davamlı təxribatlarına baxmayaraq Azərbaycanın sözügedən etiraz aksiyasının neqativ humanitar nəticələrinin olmaması, o cümlədən sülh gündəliyinin irəli aparılması üçün əlindən gələni əsirgəməyəcəyi bildirilib.
Nazir Sergey Lavrov, bu ilki rəsmi səfərinin ötən ilin 22 fevral tarixində imzalanmış və ölkələrimiz arasında münasibətlərin inkişafında əlamətdar rolu olan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının birinci ildönümünə təsadüf etdiyini xatırlayıb. Bu xüsusda, iki ölkə arasında müxtəlif sahələrdə mövcud münasibətlərin inkişafında mövcud müqavilə-hüquq bazasının əhəmiyyəti qeyd olunub. Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat və liderlər arasında əldə edilmiş razılıqlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 33 yeni yolux
Aktrisa Zümrüd Qasımova və Sevinc Əliyeva küsülü olmaqları xəbərləri
İngiltərə və Uelsdə evlənmək üçün minimum yaş həddi 16-dan 18-ə qal
Məşhur sənətçi Sibel Can 8 Mart - Dünya Qadınlar günündəki Azərbaycan
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının icl
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və
Bir çox xəstəliklərin müalicəsində faydalı olan və xalyar adlandırıla
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keç
Ermənistan artıq pərdələnmiş dmplomatiya oyunlarını dayandıraraq Rusiya
Azərbaycanlı müğənni Nəvai Bəkirov Rusiyanın məşhur ulduzu Lolita Mily
Rusiya sülhməramlı kontingentinə məxsus daha 3 avtomobil Laçın yolundan m
Amerikalı pilot abunəçilərə "Boeing 787" təyyarəsi ilə onlayn
Moskva vilayətində qaz stansiyasının yaxınlığına Pilotsuz Uçuş Aparat�
Tovuz rayonunda 1992-ci il təvəllüdlü Əmir qısqanclıq zəminində həyat