Molla rejimi tələbə qızları hicab dərslərinə
Digərləri 28 Fev 2023 12:22:00 302 0
İranda onlarla qadın tələbə hicab qanununa "düzgün" əməl etmədiyinə görə "məcburi konsultasiya sessiyalarında" iştiraka məcbur edilir.
Bu xəbəri də oxu: "TikTok"da şantaj olunan qadının nişanı POZULDU, işdən çıxarıldı
Son.az xəbər verir ki, məlumatı İranın akademik qrupu yayıb. İran Tələbələri Birliyi Şurası bildirir ki, Şiraz Universitetində tələbələrə göndərilən bildirişdə "hicabın çıxarılması və düzgün tələbə geyimində olmamaq" "pozuntu" kimi qeyd olunur. Tələbələrin məcburi konsultasiya üçün universitet rəhbərliyi ilə əlaqə saxlaması istənilir. Şura digər universitetlərdə oxşar addım atıldığını bildirib. Tehrandakı Soore Universitetində qadın tələbələr qrupuna göndərilmiş mesajda onları "məcburi mədəniyyət düşərgəsi"ndə iştiraka dəvət edirlər. Son həftələr etirazçı tələbələri dəstəklədiyinə görə bəzi universitet professorlarının işdən çıxarılması xəbərləri gəlib.
İranda universitetlər və tələbələr uzun müddət daha böyük sosial və siyasi azadlıqlar uğrunda mübarizənin önündə gediblər. 1999-cu ildə tələbələr islahatçı qəzetin bağlanmasına etiraz ediblər. Tehran Universitetinin yataqxanalarına zorakı reydlər zamanı bir tələbə öldürülüb.
HRANA xəbər agentliyinin məlumatına görə, yanvarın 26-dək ən azı 700 universitet tələbəsi həbs olunub.
İran Fəhlələrinin Azad Birliyinin məlumatına görəsə, İsfahan Polad Şirkətinin bir neçə fəhləsi həbs olunub. Onlar sənaye kompleksinin ərazisində özlərinin iş şəraitinə etiraz yürüşlərində saxlanıblar.
Azər Nuriyev Son.az
Cari ilin döyüş hazırlığı planına uyğun olaraq qumbaraatan və snayper
Paytaxtın Yasamal rayonu, 161 nömrəli orta məktəbin müəllimi və valideyn
İpoteka sisteminin aktiv olması həm güzəştli, həm də adi ipoteka ilə ev
Mədəniyyət sahəsində instutisional islahatların aparılmasına çox ciddi
Müğənni Zeynəb Həsəni eşq yaşadığını açıqlayıb.
Bu gün Binəqədi və Masazırda içməli suyun verilişində məhdudiyyətlər
Regionda aparıcı aktora çevrilən Azərbaycanın son illər dünyada artan n�
Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr"
Zəlzələ proqnozları ilə məşhurlaşan hollandiyalı mütəxəssis Frank Hu
Müxtəlif səbəblərdən (xüsusilə də burada subyektiv səbəblər çoxdur)
Dekabrın 22-si Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət nazir
Azərbaycanda lotereya tarixində ən böyük uduş qazanılıb.
Türkiyənin cənub-şərqində baş verən və genişmiqyaslı dağıntılar, �
Azərbaycanı 2011-ci ildə "Avroviziya"da təmsil edən müğənni Ni
Bakının Qaradağ rayonu, Sahil qəsəbə sakini övladının məktəbdə müə