Şər imperiyasının qara oyunu


Digərləri 27 Fev 2023 13:23:00 216 0

Şər imperiyasının qara oyunu

Sumqayıtda ermənilərin 35 il bundan öncə törətdikləri və tarixdə tayı-bərabəri olmayan təxribatının növbəti ildönümüdür. 

Həqiqətən də, bəşəriyyət tarixi boyu belə bir hadisənin şahidi olmayıb. Bu təxribat tarixə bir xalqın öz çirkin məqsədinə çatmaq üçün soydaşlarını qurban verməsi ilə yadda qalıb. 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Məqsəd də bəlli idi - hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq.

Aparılan təhqiqat, bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edib və bu şəxsin Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürdüyü üzə çıxıb. Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi. Həmin hadisələrdən sonra ermənipərəst sovet rəhbərliyi faktları araşdırmaq əvəzinə azərbaycanlıları günahkar çıxarmağa başladı. İllər uzunu da belə oldu.

Erməni lobbisi illər uzunu 2016-cı il martın 31-də Moskva şəhərində jurnalist Səadət Qədirovanın "Sumqayıt hadisələri barədə ilk mənbələrdən" adlı kitabının təqdimat mərasimində SSRİ prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və digərləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını bildiriblər. Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub.

SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyini dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atıblar. Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq daha geniş miqyas alardı.

Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib. Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.

Sumqayıt hadisələri ermənilərin çirkin məqsədlərinə çatmaq üçün bir tramplim oldu. Sonra baş verənlər hamıya məlumdur. Münaqişə qaynar fazaya keçdi və Qarabağın Azərbaycan kəndlərindəki faciələr, Xocalı soyqırımı, Qarabağın və ona bitişik yeddi rayonun bütünlüklə işğalı, etnik təmizləmə baş verdi. 30 illik danışıqlar nəticəsiz qaldıqdan sonra nəhayət ki, 2020-ci ilin sentyabr-noyabr ayları - İkinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin erməni işğalçılarından azad etdi.

Bir daha təkrarlamaq və qeyd etmək lazımdır ki, yalnız yuxarıda dərc olunmuş məlumatlar bir daha onu nümayiş etdirir ki, ermənilərlə azərbaycanlılar arasında münaqişə Sumqayıt hadisələrindən başlamayıb, əksinə Sumqayıt hadisələrinin özü Ermənistanın Azərbaycana ərazi iddiaları irəli sürməsi ilə başlayan prosesin faciəvi davamına çevrilib.

Kamran Seyidov Son.az

“Sovetski”də narkoşəbəkə qurmuş qadınlar ələ keçdi like
  • 27 Fev 13:19  
Kriminal “Sovetski”də narkoşəbəkə qurmuş qadınlar ələ keçdi

Yasamal rayonunda "patı" satan 3 qadın saxlanılıb.

arrow Ətraflı
Məcburi gətirilməsi tələb olunan məşhur vəkil məhkəməyə gəlməyib like
  • 27 Fev 13:08  
Digərləri Məcburi gətirilməsi tələb olunan məşhur vəkil məhkəməyə gəlməyib

Külli miqdarda mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanas�

arrow Ətraflı
Sabah da hava dumanlı, küləkli olacaq like
  • 27 Fev 13:00  
Digərləri Sabah da hava dumanlı, küləkli olacaq

Fevralın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk

arrow Ətraflı
KOBlar daha üç ticarət şəbəkəsində məhsullarını sata biləcəklər like
  • 27 Fev 12:57  
Digərləri KOBlar daha üç ticarət şəbəkəsində məhsullarını sata biləcəklər

Daha bir ticarət şəbəkəsinə daxil olan üç marketdə mikro və kiçik sah

arrow Ətraflı
"Aşıq Muşqulat" yol polisində işə BAŞLADI like
  • 27 Fev 12:54  
Digərləri "Aşıq Muşqulat" yol polisində işə BAŞLADI

Xalq arasında Aşıq Muşqulat kimi tanınan Elnur Mahmudov Bakı şəhər Döv

arrow Ətraflı
Kədərdə və taledə çiyinçiyinə like
  • 27 Fev 12:40  
Digərləri Kədərdə və taledə çiyinçiyinə

Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əm�

arrow Ətraflı
İranda etirazçılar polisə hücum edib: like
  • 27 Fev 12:35  
Digərləri İranda etirazçılar polisə hücum edib:

İranın Əhvaz şəhərində gənc etirazçılar polis qüvvələrinin qərarga

arrow Ətraflı
Azərbaycandan alınan təbii qaz Türkiyə vasitəsi ilə Avropa ölkələrinə çatdırılacaq like
  • 27 Fev 12:24  
Digərləri Azərbaycandan alınan təbii qaz Türkiyə vasitəsi ilə Avropa ölkələrinə çatdırılacaq

Azərbaycandan alınan təbii qaz Türkiyə vasitəsi ilə Avropa ölkələrinə

arrow Ətraflı
Azərbaycan KOBun rəqəmsallaşmasının daha da sürətləndirilməsi üçün potensiala malikdir like
  • 27 Fev 12:22  
Digərləri Azərbaycan KOBun rəqəmsallaşmasının daha da sürətləndirilməsi üçün potensiala malikdir

Azərbaycan kiçik və orta biznesin (KOB) rəqəmsallaşmasının daha da sür�

arrow Ətraflı
Vüqar Səfərlinin müsadirə olunmuş ƏMLAKLARININ SİYAHISI like
  • 27 Fev 12:19  
Digərləri Vüqar Səfərlinin müsadirə olunmuş ƏMLAKLARININ SİYAHISI

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət D�

arrow Ətraflı
"Kim milyonçu olmaq istəyir"in iştirakçısı da zəlzələdə like
  • 27 Fev 12:08  
Digərləri "Kim milyonçu olmaq istəyir"in iştirakçısı da zəlzələdə

"Kim milyonçu olmaq istəyir" yarışmasından tanınan Simay Atlı

arrow Ətraflı
Sosial şəbəkələrdə tanış olduğu qadınların evini soydu like
  • 27 Fev 11:57  
Kriminal Sosial şəbəkələrdə tanış olduğu qadınların evini soydu

Bakıda kişi sosial şəbəkədə tanış olduğu qadının evini qarət edib.

arrow Ətraflı
Rusiyalı siyasətçi və jurnalist Qleb Pavlovski vəfat edib like
  • 27 Fev 11:48  
Dünya Rusiyalı siyasətçi və jurnalist Qleb Pavlovski vəfat edib

Rusiyalı siyasətçi və jurnalist Qleb Pavlovski 71 yaşında vəfat edib.

arrow Ətraflı
Aİ Ermənistana şərt qoydu: like
  • 27 Fev 11:44  
Siyasət Aİ Ermənistana şərt qoydu:

Əgər Ermənistan özü hazır və sadiqdirsə, Avropa İttifaqı (Aİ) Erməni

arrow Ətraflı
Siyasətçi onlayn iclasa çılpaq çıxdı like
  • 27 Fev 11:42  
Dünya Siyasətçi onlayn iclasa çılpaq çıxdı

Sosial Demokrat Partiyasından deputat Alberto-İosif Karayan Rumıniyanın payt

arrow Ətraflı