İrəvanın bu mövqeyi müharibəyə təhrikdir


Digərləri 23 Fev 2023 12:43:00 181 0

İrəvanın bu mövqeyi müharibəyə təhrikdir

Ermənistan XİN rəhbəri Mirzoyan Bakının Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifini qəbuledilməz adlandırıb və Qarabağın "humanitar blokadada" olduğunu iddia edib. O, İrəvanın imtinasını Laçın yolunun parametrlərinin Üçtərəfli Bəyanatda qeyd olunması ilə əsaslandırıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı analitik Vera Andreyeva deyib.

"Söhbət Rusiya və Azərbaycan prezidentlərinin, eləcə də Ermənistanın Baş nazirinin imzaladığı sənədin altıncı bəndindən gedir. Mirzoyan qeyd edib ki, guya Ermənistan marşrutların keçdiyi dövlətlərin suverenliyini və qanunvericiliyini rəhbər tutaraq, regional kommunikasiyaların, o cümlədən dəmir yolu əlaqəsinin tezliklə açılmasına sadiqliyini ifadə edib.

Burada aşkar bir detala diqqət yetirmək yerinə düşər: Azərbaycan suveren dövlətdir və heç bir ölkə Bakıya öz ərazisində hansı addımları atacağını deyə bilməz. Bu, bir neçə onilliklər ərzində bu əraziləri işğal altında saxlayan Ermənistan hakimiyyəti üçün daha problemlidir. Ona görə də Mirzoyanın bəyanatları yalnız suveren dövlətin, indiki halda Azərbaycanın ərazisinə iddia siyasətinin davamı kimi qiymətləndirilə bilər. Ermənistan ordusunun 44 günlük müharibə zamanı tam məğlubiyyətə uğradığını, iqtisadi və siyasi böhrana görə silahlı qüvvələrinin qısa müddətdə bərpa olunmayacağını nəzərə alsaq, İrəvanın mövqeyi xüsusilə tragikomik görünür", - o bildirib.

Analitik qeyd edib ki, erməni nazirin toxunduğu Üçtərəfli Bəyanatın altıncı bəndinə gəlincə, sənəd İrəvanın başlatdığı münaqişəyə sülh yolu ilə son qoymaq, eləcə də Bakıya ərazi bütövlüyünü bərpa etməyə mane olan problemləri həll etmək istiqamətində Azərbaycanın xoşməramlılığı əsasında bağlanıb:

"Maraqlıdır ki, son vaxtlara qədər İrəvandan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatlar səslənirdi. Bu baxımdan Mirzoyanın açıqlamasını anlamaq daha çətindir. Ermənistan hakimiyyəti Qarabağın "humanitar blokadada" olduğunu iddia edir, buna cavab olaraq Bakı İrəvana Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edir. İrəvan isə imtina edir. Bu, Ermənistanın mövcud problemin həllində maraqlı olmadığını deməyə əsas verir.

Digər tərəfdən, İlham Əliyevin təklifi regionda sülhün bərqərar olmasında maraqlı olan ölkələr tərəfindən də dəstəklənib. Odur ki, İrəvanın Laçın yolu və Zəngəzur dəhlizində nəzarət-buraxılış məntəqəsi quraşdırmaqdan imtina etməsini Bakını problemi hərbi yolla həll etməyə təhrik kimi düşünməyə əsas verir. Axı ölkənin suverenliyinin təmin edilməsi birbaşa Azərbaycan Müdafiə Nazirliyinin səlahiyyətindədir".

Xocalı soyqırımında təqsiri olanlar məsuliyyətə cəlb olunmalıdırlar like
  • 23 Fev 12:35  
Siyasət Xocalı soyqırımında təqsiri olanlar məsuliyyətə cəlb olunmalıdırlar

Fransanın "La Gazette" xəbərlər portalında 31 il əvvəl erməni

arrow Ətraflı
İşğaldan azad edilmiş ərazilərdə xeyli silahsursat aşkarlanıb like
  • 23 Fev 12:32  
Digərləri İşğaldan azad edilmiş ərazilərdə xeyli silahsursat aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə xeyli silah-sursat aşkarlanıb.

arrow Ətraflı
İsrail HƏMASın bazalarını darmadağın etdi like
  • 23 Fev 12:21  
Dünya İsrail HƏMASın bazalarını darmadağın etdi

İsrail ordusu HƏMAS-ın Qəzza sektorundakı bazasına raket zərbələri endi

arrow Ətraflı
KOBİA sahibkarlara bazar araşdırması üçün dəstək göstərir like
  • 23 Fev 12:14  
Digərləri KOBİA sahibkarlara bazar araşdırması üçün dəstək göstərir

Hazırda KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlara daxili bazar a

arrow Ətraflı
Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir like
  • 23 Fev 12:13  
Siyasət Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir

Azərbaycanın Pakistandakı Səfirliyi bu ölkənin aparıcı ali təhsil ocaql

arrow Ətraflı
Flora Kərimova onu da məhkəməyə verir like
  • 23 Fev 11:59  
Şou-biznes Flora Kərimova onu da məhkəməyə verir

Xalq artisti Flora Kərimova məhkəməyə müraciət edib.

arrow Ətraflı
Şahbuza polis rəisi like
  • 23 Fev 11:54  
Siyasət Şahbuza polis rəisi

Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Polis Şöbəsinə rəis təyi

arrow Ətraflı
Orta Dəhliz layihəsi təşəbbüsündə Azərbaycanın xüsusi rolu var like
  • 23 Fev 11:52  
Siyasət Orta Dəhliz layihəsi təşəbbüsündə Azərbaycanın xüsusi rolu var

Orta Dəhliz layihəsi təşəbbüsündə Azərbaycanın xüsusi rolu var.

arrow Ətraflı
“Bakı gecələri”nin qarşısında ərini ürəyindən bıçaqladı like
  • 23 Fev 11:48  
Kriminal “Bakı gecələri”nin qarşısında ərini ürəyindən bıçaqladı

Abşeron rayonu, Xırdalan şəhərində qadın ərini bıçaqlayıb.

arrow Ətraflı
Park Cinemada “Evdə Qalmış” filminin imza günü keçirildi like
  • 23 Fev 11:46  
Şou-biznes Park Cinemada “Evdə Qalmış” filminin imza günü keçirildi

21 fevral Park Bulvar-da yerləşən Park Cinema kinoteatrında "Evdə qalm

arrow Ətraflı
10 min manat pensiya alırlar like
  • 23 Fev 11:26  
Digərləri 10 min manat pensiya alırlar

Dövlət Gömrük Komitəsinin təqaüdə göndərilən generalları 8-10 min ma

arrow Ətraflı
Azərbaycanda Ramazan ayı bu tarixdə başlayacaq like
  • 23 Fev 11:17  
Digərləri Azərbaycanda Ramazan ayı bu tarixdə başlayacaq

Azərbaycanda müqəddəs Ramazan ayının daxil olacağı gün məlum olub.

arrow Ətraflı
Rusiya 2324 fevralda raket hücumu planlaşdırır like
  • 23 Fev 11:15  
Dünya Rusiya 2324 fevralda raket hücumu planlaşdırır

Rusiya ordusu bu gün və sabah kiçikmiqyaslı raket hücumu planlaşdırır la

arrow Ətraflı
Sabahdan plyonkalarla bağlı yeni qaydalar qüvvəyə minir like
  • 23 Fev 11:04  
Digərləri Sabahdan plyonkalarla bağlı yeni qaydalar qüvvəyə minir

Sabahdan etibarən nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin ç�

arrow Ətraflı
Prezident Yaponiya İmperatorunu təbrik edib like
  • 23 Fev 11:03  
Siyasət Prezident Yaponiya İmperatorunu təbrik edib

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbri

arrow Ətraflı