Rusiya XİN Aİ missiyasının Ermənistanda işə başlamasına reaksiya verib


Siyasət 20 Fev 2023 22:25:00 276 0

Rusiya XİN Aİ missiyasının Ermənistanda işə başlamasına reaksiya verib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın sərhədyanı rayonlarında Aİ-nin mülki monitorinq missiyasının işə başlamasını şərh edib.

Bu barədə bazar ertəsi Trend Rusiya XİN-in mətbuat xidmətinə istinadən xəbər verir.

"Yeni missiyanın yalnız mülki xarakter daşıdığını vurğulayan Avropa İttifaqının nümayəndələri qeyri-səmimidirlər. Bu, Aİ-nin təhlükəsizlik və müdafiə üzrə Ümumi Siyasəti çərçivəsində baş verir. Buna görə də buna uyğun yanaşma olmalıdır. Təəssüf ki, biz Avropa İttifaqının və bütövlükdə Qərbin müttəfiq Ermənistanda hər hansı vasitə ilə möhkəmlənmək istəyini ilk dəfə deyil ki, qeydə alırıq", - deyə M.Zaxarova bildirib.

O qeyd edib ki, Moskva bu cəhdlərdə Cənubi Qafqazda münasibətlərin real normallaşması maraqlarından uzaq eksklüziv geosiyasi məqsədlər görür.

"Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir. Bakının bu təşəbbüslə bağlı ictimai səsləndirdiyi mənfi qiymətləndirmələrə məhəl qoyulmur.

Bundan əlavə, Avropa İttifaqının müxtəlif regional münaqişələrin həllində iştirak təcrübəsi çox qeyri-müəyyəndir. Çətin ki, Brüssel bu sahədə uğurları ilə öyünə bilər", - deyə XİN-in nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış sazişlər yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas amili olaraq qalır.

"Onların hərtərəfli həyata keçirilməsi, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, iki ölkənin ictimaiyyəti, ekspertləri, dini dairələri, parlamentariləri arasında əlaqələrin qurulması, o cümlədən sülh razılaşmasının inkişafı üzrə danışıqlar bölgədəki vəziyyəti yaxşılaşdırmağın birbaşa yoludur. Rusiya Federasiyası buna hər cür töhfə verməyə hazırdır", - deyə M.Zaxarova bildirib.

ABdən vətəndaşlarına: İrana getməyin! like
  • 20 Fev 22:20  
Dünya ABdən vətəndaşlarına: İrana getməyin!

Avropa Birliyi üzv ölkələrin vətəndaşlarına İrana səfərdən çəkinm�

arrow Ətraflı
Hataydakı zəlzələdən sonra like
  • 20 Fev 22:08  
Dünya Hataydakı zəlzələdən sonra

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Türkiyədə baş verən güclü zə

arrow Ətraflı
Vilayət Eyvazovdan yeni TƏYİNAT like
  • 20 Fev 22:03  
Digərləri Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında yeni təyinat olub.

arrow Ətraflı
Şoyqu Muradovla bağlı Putinin qərarını icra etdi like
  • 20 Fev 21:57  
Dünya Şoyqu Muradovla bağlı Putinin qərarını icra etdi

Rusiya müdafiə naziri Sergey Şoyqu bir sıra yüksək rütbəli hərbçiləri

arrow Ətraflı
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılıb like
  • 20 Fev 21:51  
Dünya Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılıb

Bu ilin aprel-iyun aylarında Ermənistanda ehtiyatda olan hərbçilər üçün

arrow Ətraflı
Mirzoyan AB missiyasının nümayəndələri ilə görüşdü like
  • 20 Fev 21:45  
Dünya Mirzoyan AB missiyasının nümayəndələri ilə görüşdü

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Mülki Planlaşdırma və Davr

arrow Ətraflı
Məşhur aktrisanın evindən oğurluq edilib like
  • 20 Fev 21:39  
Kriminal Məşhur aktrisanın evindən oğurluq edilib

Əməkdar artist Nahidə Orucovanın evindən oğurluq olub.  

arrow Ətraflı
Çərşənbələr hansı ardıcıllıqla keçirilməlidir? like
  • 20 Fev 21:33  
Digərləri Çərşənbələr hansı ardıcıllıqla keçirilməlidir?

Dünyadakı 13 iqlim tipinin 9-nun Azərbaycanda olması ölkəmizdə Novruz qab

arrow Ətraflı
Türkiyədə daha bir güclü zəlzələ olub like
  • 20 Fev 21:26  
Dünya Türkiyədə daha bir güclü zəlzələ olub

Türkiyədə daha bir güclü zəlzələ meydana gəlib.

arrow Ətraflı
AB İrana qarşı sanksiyaları genişləndirdi like
  • 20 Fev 21:22  
Dünya AB İrana qarşı sanksiyaları genişləndirdi

Avropa Birliyi insan haqlarının pozulmasına görə İrana qarşı sanksiyalar

arrow Ətraflı
Türkiyədə güclü zəlzələ baş verib  FOTO like
  • 20 Fev 21:15  
Dünya Türkiyədə güclü zəlzələ baş verib FOTO

Türkiyədə 6,4 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Azərbaycanda bu televiziya və radionun yayımı dayandırıldı like
  • 20 Fev 21:11  
Digərləri Azərbaycanda bu televiziya və radionun yayımı dayandırıldı

Naxçıvan televiziyası və radiosunun yerüstü və rəqəmsal yayımında fas

arrow Ətraflı