İlham Əliyevin qəti mövqeyi və Paşinyanın ucuz bəhanələri


Siyasət 20 Fev 2023 10:19:00 186 0

İlham Əliyevin qəti mövqeyi və Paşinyanın ucuz bəhanələri

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclas keçirildi. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, ATƏT-in baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.

Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanın tələblərini açıq şəkildə dilə gətirdi, Azərbaycan tərəfindən yaradılmış yeni reallıqları növbəti dəfə bütün dünyaya çatdırdı. Azərbaycan tərəfi artıq Ermənistana sülh sazişi ilə bağlı təkliflərini təqdim edib və Ermənistan siyasi rəhbərliyi müxtəlif yollarla sülh sazişinin imzalanması ilə bağlı prosesi ləngitməyə çalışır.

Sülh müqaviləsində Qarabağ haqqında hansısa müddəanın olması qəbuledilməzdir

Sülh müqaviləsinin müddəaları ilə bağlı Azərbaycanın mövqeyi qətidir. Dağlıq Qarabağ problemi həll olunub. Azərbaycan hərbi-siyasi iradə nümayiş etdirərək BMT qətnamələrini öz hərbi gücü hesabına həll edib. Bu reallıq bütün dünya tərəfindən qəbul olunub və olunmalıdır.

Vardanyan Azərbaycan ərazisindən qovulmalıdır

Münhen Təhlükəsizlik Konfransı sülh üçün yaxşı platformadır, lakin sülhə doğru atılacaq addımlara kənar müdaxilələr prosesi ləngidir. Müxtəlif qüvvələrin prosesi birbaşa müdaxilə cəhdi, öz maraqlarından çıxış etməsi, "Vardaniyan" kimi layihələr, Paşinyanın qeyri-stabil mövqeyi indiyə qədər sülh müqaviləsinin imzalanmasını ləngidən əsas amillərdir. Azərbaycan hakimiyyəti dəfələrlə Qarabağda yaşayan erməni icması ilə danışıqlar aparmağa hazır olduğunu bəyan edib, lakin Vardanyan onun timsalında digərləri ermənilərin yox, kənar qüvvələrin maraqlarına xidmət edir. Azərbaycan isə Ermənistandan fərqli olaraq daxili işlərinə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməyib və imkan verməyəcək.

Azərbaycan və Ermənistanın uzun sürən qarşılıqlı nifrət və düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsi zəruridir

Azərbaycan tərəfinin müharibədən dərhal sonra Ermənistana sülh sazişinin imzalanması ilə bağlı təkliflər göndərməsi də bunun əməli sübutudur. Lakin Ermənistanda revanşist fikirlər bu gün də qalmaqdadır və bir çox hallarda bu fikirlər Ermənistan siyasi rəhbərliyi tərəfindən səsləndirilir və alovlandırılır. İsrarla erməni cəmiyyətinə Azərbaycana-fobiya, azərbaycanlılara qarşı düşmənçilik, qisas ideyaları aşılanır. Regionda sülhün formalaşması üçün isə bu yol verilməzdir.

İclas çərçivəsində isə Ermənistan baş naziri növbəti dəfə absurd bəhanələr səsləndirməyə çalışdı, gah Azərbaycanlıların dağıdılan abidələrinin Sover dövründə baş verdiyini bildirdi, gah da gündə 50-dən çox avtomobilin keçdiyi Laçın yolunun bağlandığını və ermənilərin guya blokada da qaldığını dilə gətirdi. Artıq bir növ dünya ictimaiyyəti də ermənilərin bu yalanlarına, özlərini yazıq göstərmə cəhdlərindən təngə gəlib. Geniş anlamda neytral mövqedə dayanan beynəlxalq birlik ermənilərin bu təxribatçı açıqlamalarının əsl mahiyyətini anlayır.

Ümumilikdə Münxen konfransı çərçivəsində baş tutan panel müzakirələri region üçün müsbət yöndə addım hesab etmək olar. Təbbi ki, sonrakı gedişat bu müzakirələrin nəticələrini daha aydın göstərəcək. Ermənistan Baş nazirinin dəfələrlə müsbət addımlarının əslində manipulasiya olduğunun və sonrakı mərhələdə tamam əks təşəbbüslər göstərdiyinin də şahidi olmuşuq.

TREND

TRACECA AvropaQafqazAsiya dəhlizinin rəqəmsallaşdırılması üzrə işçi qrup yaradacaq like
  • 20 Fev 10:17  
Digərləri TRACECA AvropaQafqazAsiya dəhlizinin rəqəmsallaşdırılması üzrə işçi qrup yaradacaq

TRACECA-ya üzv ölkələr Avropa-Qafqaz-Asiya dəhlizinin rəqəmsallaşdırıl

arrow Ətraflı
“Bu hadisə çiyinlərimizdən tutub, bizi silkələdi” like
  • 20 Fev 10:15  
Şou-biznes “Bu hadisə çiyinlərimizdən tutub, bizi silkələdi”

Aparıcı Vüsalə Əlizadə Türkiyədəki zəlzələ ilə bağlı paylaşım e

arrow Ətraflı
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri Kapital Bankda olublar like
  • 20 Fev 10:07  
Digərləri İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri Kapital Bankda olublar

Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Rövşən Al

arrow Ətraflı
Xilasedicilərim tapdıqları qızıl və zinət əşyalarını polisə təhvil verdi like
  • 20 Fev 09:54  
Dünya Xilasedicilərim tapdıqları qızıl və zinət əşyalarını polisə təhvil verdi

Türkiyənin Hatay bölgəsində FHN-in xilasediciləri tərəfindən aparılan

arrow Ətraflı
Fortescue Future Industries Azərbaycanla yaşıl enerji sahəsində sıx əməkdaşlıq edəcək like
  • 20 Fev 09:52  
Digərləri Fortescue Future Industries Azərbaycanla yaşıl enerji sahəsində sıx əməkdaşlıq edəcək

Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti Azərbaycanla yaşıl

arrow Ətraflı
Reperin konsertində atışma like
  • 20 Fev 09:41  
Şou-biznes Reperin konsertində atışma

Reper Motanın Moskvada gecə klublarından birində keçirilən konsertində qo

arrow Ətraflı
Münxendə qurulan antiRusiya İttifaqı like
  • 20 Fev 09:30  
Siyasət Münxendə qurulan antiRusiya İttifaqı

Fransa prezidenti Emmanuel Makron Münxen Təhlükəsizlik Konfransında çıxı

arrow Ətraflı
Azərbaycan Ordusunun polkovnikleytenantı qəflətən vəfat etdi like
  • 20 Fev 09:27  
Digərləri Azərbaycan Ordusunun polkovnikleytenantı qəflətən vəfat etdi

Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağa

arrow Ətraflı
Pambıq zavodunda yanğın: like
  • 20 Fev 09:24  
Digərləri Pambıq zavodunda yanğın:

Sabirabadda pambıq zavodunda yanğın zamanı Fövqəladə Hallar Nazirliyini (

arrow Ətraflı
Ümidsiz yol gözləyən gəlincik, çanta, ayaqqabı və... like
  • 20 Fev 09:18  
Dünya Ümidsiz yol gözləyən gəlincik, çanta, ayaqqabı və...

Türkiyədə baş verən zəlzələ nəticəsində Osmaniyədə fəlakət qurban

arrow Ətraflı
Türkiyədən sonra bu ölkədə güclü zəlzələ olacaq: 8,5 bal gücündə like
  • 20 Fev 09:07  
Dünya Türkiyədən sonra bu ölkədə güclü zəlzələ olacaq: 8,5 bal gücündə

Yunanıstanın iki alimi seysmik aktivliyin tarixini qiymətləndirərək, yaxı

arrow Ətraflı
"Rusiyaya sanksiya Avropanı çökdürür" like
  • 20 Fev 08:59  
Dünya "Rusiyaya sanksiya Avropanı çökdürür"

AB Rusiyaya yönəlmiş, lakin Avropaya zərər verən yeni sanksiyalar tətbiq

arrow Ətraflı
İnsanı cavan saxlayan məhsullar... like
  • 20 Fev 08:54  
Digərləri İnsanı cavan saxlayan məhsullar...

Tərkibində təbii biotənzimləyicilər - poliprenollar və bioflavonoidlər o

arrow Ətraflı
“Taliban” tərk edilmiş hərbi bazaları xüsusi iqtisadi zonalara çevirməyə hazırlaşır like
  • 20 Fev 08:49  
Dünya “Taliban” tərk edilmiş hərbi bazaları xüsusi iqtisadi zonalara çevirməyə hazırlaşır

Əfqanıstanda tərk edilmiş xarici hərbi bazalar ölkənin iqtisadi artımın

arrow Ətraflı
Yaycı: Türkiyənin müdafiə sənayesi çökə bilər like
  • 20 Fev 08:47  
Dünya Yaycı: Türkiyənin müdafiə sənayesi çökə bilər

İsgəndərun və Hatay Mavi Vətənin (Türkiyənin ərazi suları - red.) qəl

arrow Ətraflı