Nuh peyğəmbər əslində nə qədər yaşayıb?
Digərləri 18 Fev 2023 22:20:00 327 0
Sual: Nuh peyğəmbər əslində nə qədər yaşayıb? Bildiyiniz kimi bu məsələ mübahisəlidir. Ayədə belə deyilir: "50 ili çıxılmaqla aralarında 1000 il qaldı". Buradan belə çıxır ki, Nuh peyğəmbər 950 il yaşayıb. Amma bir tədqiqatçıdan eşitmişəm ki, Şumerlərin dövründə il məfhumu 1 aylıq vaxtı bildirmək üçün işlədilirmiş. Əgər belədirsə, 1000 ili mübaliğəli yox, normal bir ömür müddəti kimi qəbul etmək olar. Yəni, təxminən 83 və ya 84 il. Bir tərəfdən də bunu: "Allahın qanununda dəyişiklik tapa bilməzsən" ayəsi ilə birlikdə düşünəndə 950 illik bir ömür həqiqətən də, çox mübaliğəli görünür. Mən səhv fikirləşməkdən Allaha sığınıram. Görəsən, bu məsələdə düzgün variant nədir?
Bu xəbəri də oxu: Eldar Əzizov açıqladı: Bu binalar söküləcək
Cavab: Allah belə buyurur:
"Göyləri və yeri yaratdığı gündən bəri Allah yanında - Allahın kitabında ayların sayı 12-dir. Bunlardan 4-ü haram aylardır. Bu, düppədüz bir hesabdır. Nəbadə, özünüzü bu aylarda yanlış bir şeyə atasınız (səhvə yol verəsiniz). O müşriklər sizinlə necə savaşırlarsa, siz də onlarla elə savaşın. Bilin ki, Allah qorunanlarla bərabərdir" (Tövbə, 9/36).
Bu ayəyə əsasən dünya yaradıldığı gündən bəri 1 il 12 aydan ibarətdir. Başqa sözlə, Nuh peyğəmbərin yaşadığı müddət 950 ay deyil, ayədə açıq-aydın bir formada bildirildiyi kimi 950 ildir. Biz bu məsələdə Şumerlərə dair məlumatı yox, Allahın kəlamında deyilənləri nəzərə almalıyıq.
"Dağlıq Qarabağ" ifadəsi daha etibarlı deyil.
Türkiyədə baş verən zəlzələdən əziyyət çəkən insanlara Azərbaycan
Kaliforniya və Ayova Universitetlərində (ABŞ) çalışan alimlər yaxınlard
Cahiliyyə dövründə Ərəblərin arasında uşaq götürmək geniş yayılmı
Türkiyənin Kahramanmaraş və Adıyamanın vilayətlərində yenidən zəlzəl
Son zamanlar deşici, yandırıcı, gözlərə belə təsir edən miqren ağrıl
Amerikalı qız Odri Kopp ciddi infeksiyanın qurbanı olub.
Sual: Mən qohum evliliyi nəticəsində yaranan genetik bir xəstəlik ucbatın
Çoxunuz "Kokeyşn Büro" haqqında fikir gözləyirdiniz, yaxşı ki
Orqanizmin ümumi sağlamlığı, o cümlədən, düzgün və tamdəyərli qidal
Sual: Müəllim (İstanbul Universiteti İlahiyyat fakültəsinin professoru Abd
Sarımsaq damarları xolesterindən qoruduğu üçün beyinə də faydalıdır.
Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə
Hamımız başa düşürük ki, regionda vəziyyətə ikivektorlu yanaşma zəru