İranda molla rejiminin SONU GÖRÜNDÜ


Siyasət 18 Fev 2023 11:59:00 290 0

İranda molla rejiminin SONU GÖRÜNDÜ

İran molla-fars rejimi artıq qürub dövrünü yaşamağa başlayıb. Bunu təkcə ölkədə aylardır davam edən etiraz aksiyaları demir, eyni zamanda dünəndən etibarən 59-cu dəfə işinə başlayan Münhen Təhlükəsizlik Konfransında yaşananlar deməyə əsas verir.

Bütün bu məsələlərin kökündə, proseslərin bu cür inkişafının məğzində isə əsas səbəb kimi təbii ki, İran molla-fars rejiminin yürütdüyü daxili və xarici siyasət dayanır. 

İranda taxt oyunları qızışır

İranda daxili vəziyyət gərginləşdikcə taxt uğrunda mübarizəsi qızışır. Qəribədir ki, hələ mollalar getməyə tələsmir, onlar bu taxt davasında geri çəkilmək fikrində deyil.

İranın devrilmiş şahının oğlu Rza Pəhləvinin yenindən fəallaşması, Vaşinqtonda və Avropada İran rejiminə müxalif olan qüvvələri bir araya toplamağa çalışması deməyə əsas verir ki, molla rejiminin gedişi prosesi sürətlənmək üzrədir. 

Bu məqamda ən diqqət çəkən hadisə heç şübhəsiz ki, ilk dəfə olaraq İranın Münhen konfransına dəvət edilməməsi oldu. Əvəzində İranın şah rejiminin varisi hesab edilən Reza Pəhləvi Münhen Təhlükəsizlik Konfransına dəvət olunub. Reza Pəhləvi tədbir iştirakçıları tərəfindən İranın molla rejiminin əsas müxalif kimi qeyd edilib.

Hadisələrin bu cür inkişafı deməyə əsas verir ki, Qərb, eyni zamanda ABŞ bu məsələdə "stafkasını" Reza Pəhləvidən yana istifadə etmək fikrindədir. Rezaya Münhen konfransında söz haqqının verilməsi bunu bir daha təsdiq edən məqamdır. 

Əslində heç Pəhləvi ailəsi molla rejimini devirmək, varis kimi hakimiyyətə gəlmək məqsədini də artıq gizlətmir. Pəhləvilər sülaləsindən olan sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi və Fərəh Pəhləvinin böyük oğulları Rza Pəhləvi taxt-taca varis kimi özünü görür. 

Beləliklə, bu ana qədər 3 ailə (Qacar, Pəhləvi, Əfşar) özlərini İranın gələcək taxt-tacının varisləri hesab edirlər. Amma Pəhləviyə verilən söz imkanı, Qərbdə ona olan dəstək deməyə əsas verir ki, Avropa və ABŞ üçün hazırda mola rejiminə əsas alternativ məhz odur. 

Hazırlıqlar  tamamlanmaq üzrədir

Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu Reza Pəhləvinin açıqlamaları, tərəfdarlarının aktivləşməsi göstərir ki, son İran şahının oğlu rejimin dəyişməsini və taxta oturmaq üçün bütün hazırlıqları tamamlayıb.

Onun konfransa səsləndirdiyi fikirlər də bir daha düşünməyə tutarlı əsaslar yaradır ki, Rezanın hakimiyyətə gəlməsi İran üçün molla-fars rejiminin dünyaya, eləcə də daxildə türklərə qarşı nifrət ifrazı siyasətinin əksinə olaraq daha tolerant qərarlara şahid olmamıza imkan verəcək. 

Pəhləvinin son açıqlamalarından birində "Rejim Azərbaycanla düşmənçilik edir. Amma Azərbaycan İranın düşməni deyil, dost ölkədir" fikirlərinə yer verməsi də bu deyilənlərin təsdiqidir. Güman etmək olar ki, Reza hazırki rejimdən fərqli olaraq Azərbaycana, türkçülyə qarşı nifrət siyasətini özü üçün prioritet hesab etməyəcək. 

Reza Pəhləvinin digər "SEPAH-ın terrorçular siyahısına daxil edilməsi üçün səylər artırılmalıdır" açıqlamasından da anlamaq mümkündür ki, o, hakimiyyətə gələcəyi təqdirdə Qərbin istəklərini də mütləq nəzərə alacaq. Çünki SEPAH-ın terrorçular siyahısına daxil edilməsi məsələsinin son vaxtlar Qərbdə elə ən çox aktul müzakirə predmeti olması heç kimə sirr deyil. 

Onu da qeyd etmək yerinə düşər ki, Reza Pəhləvi Azərbaycan səfriliyinə edilən terror hücumunu pərdələmək, ona ailə-məişət donu geyindirməyə cəhd etməyə çalışan molla rejimindən fərqli fikirdədir. Pəhləvi dünənki açıqlamasında bildirdi ki, rejim Tehranda Azərbaycan səfriliyinə törədilən silahlı hücumu terror olayı kimi tanımalıdır: "Azərbaycanın Tehrandakı səfirliyinə hücum beynəlxalq hüququn pozulmasıdır".

Onun bu mövqeyi Bakının mövqeyi ilə üst-üstə düşməklə yanaşı, molla-fars rejimindən fərqli olaraq Rezanın hakimiyyətə gələcəyi təqdirdə mollabaşlar kimi terroru dəstəkləməyəcəyi mənasını verir.

1979-cu ildə taxtdan salınmış İran şahı Məhəmmədrza Pəhləvinin oğlu Reza Pəhləvi Münhen konfransı çərçivəsində Azərbaycan telekanallarına müsahibəsində "İran ərazisində yaşayan hər bir insan Güney Azərbaycan sakinlərinə hörmətlə yanaşmalıdır", - deyib. O, bu bəyanatla təsdiqləmiş olur ki, 44 ildir həqiqətən də iranda Güneyli soydaşlarımıza qarşı edilən çox böyük haqsızlıqlar təkrarlanmayacaq

Bakıda da ümidlər böyükdür ki, azərbaycanlıların assimliyasiyası və sıxışdırılması siyasəti Pəhləvi sülaləsinin yeni hakimiyyəti dövründə tamamilə yoxa çıxa bilər. Bu nöqteyi nəzərdən əlbəttə, rejimin dəyişdirilməsi və keçid hökümətinin formalaşdırılması ideyası pis deyil.

Son açıqlamaları, Münhendəki bəyanatlarından  o anlaşılır ki, Qərbin dəstəyi ilə hakimiyyətə gəlməsi planlaşdırılan Reza Pəhləvi İranın gələcək quruluşu və ən böyük etnik qrup olan azərbaycanlıların haqlarını, hüquqlarını molla-fars rejimi kimi əzmək, soydaşlarımıza qarşı hazırki rejim kimi amansız mövqe tutmaq fikrindən çox uzaqdır. 

Ümidlər böyükdür ki, Rezanın bu bəyanatları indiki rejim kimi hakimiyyətə yiyələnə qədər verdiyi xeyli vəd kimi havada qalmayacaq. Görürük ki, İran rejiminin beynəlxalq qanunlara məhəl qoymadığını qeyd edən Reza, bu cür bəyanatlarla hakimiyytə gələcəyi təqdirdə ölkədə vəziyyətin böyük mənada dəyişəcəyinə, insanlara hörmətlə yanaşılacağına, bütün beynəlxalq hüquq normalarının ölkəsində işlək hala gətiriləcəyinə işarə edir. Bu isə gələcəyə daha ümidlə baxmaq üçün hazırda ən böyük təsəllimiz ola bilər. 

Şübhəsiz ki, bu bəyanatlar eyni zamanda Rezanın hakimiyyət uğrunda qatıldığı taxt savaşında Güney azərbaycanlılarının fəallığının, onların bu prosesdə qatqısının həlledici ola biləcəyini anlamasından da irəli gəlir. 

Dünyanın müxtəlif ölkələrinə səpələnən şah tərəfdarları Rza Pəhləvinin xeyrinə imza kampaniyası təşkil etmələri Rza Pəhləvinin İranda yaxın gələcəkdə keçid hökuməti yaradıb azad və demokratik seçki keçirmək planından xəbər verən növbəti vacib detaldır.

Dünən (17 fevral) Münhen şəhərində yaşayan iranlılar "Diktatora ölüm!", "Xamneyiyə ölüm!", "Rədd olsun diktatura!", "Qadınlara azadlıq!" kimi şüarlar səsləndirərək rejimin dözülməz siyasətindən təngə gəldiklərini ifadə etmələri Pəhləvilərin İran taxt-tacına gözlənildiyindən də yaxın zamanda əyləşəcəyi ehtimallarını artırır. Nəzərə alsaq ki, eyni vaxtda sözügedən bənzər şüarlar İranın böyük şəhərlərində də kütləvi aksiyalar zamanı səsləndirilib, demək olar ki, artıq aksiyalar bir ay əvvəlkindən fərqli olaraq pərakəndə yox, daha təşkilatlanmış şəkildə davam edir ki, bunun da effektivlik əmsalı çox yüksəkdir.

Ötən ilin sentyabrından başlayan kütləvi aksiyaların artıq 6 aydır həbslərə və edamlara baxmayaraq davam etməsi İranda daxili vəziyyətin heç də ürəkaçan olmadığını, xalqın, İran vətəndaşlarının rejim devrilməyənə kimi proseslərə fasilə verilməyəcəyini deməyə əsas verir.

Böyük ehtimalla son İran şahının oğlu hesab edir ki, 1979-cü il inqilabında Xomeyni sığınacaq tapdığı Parisdən Tehrana qalib kimi qayıtdığı kimi o da bu ssenari ilə İranın paytaxtına qayıda bilər.

Təhməz Əsədov Son.az

Türkan Şoray da yardımlara qoşuldu like
  • 18 Fev 11:51  
Şou-biznes Türkan Şoray da yardımlara qoşuldu

Türkiyədə baş verən güclü zəlzələnin qurbanlarına edilən yardımlara

arrow Ətraflı
Ötən gün yol qəzalarında 7 nəfər ölüb like
  • 18 Fev 11:40  
Digərləri Ötən gün yol qəzalarında 7 nəfər ölüb

Ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol

arrow Ətraflı
Türkiyə vətəndaşı Kəlbəcərdə faciəvi şəkildə öldü like
  • 18 Fev 11:39  
Digərləri Türkiyə vətəndaşı Kəlbəcərdə faciəvi şəkildə öldü

Kəlbəcərdə tikinti-bərpa işləri zamanı bədbəxt hadisə baş verib.

arrow Ətraflı
Azərbaycanın tanınmış aktyoruna ağır itki  FOTO like
  • 18 Fev 11:37  
Şou-biznes Azərbaycanın tanınmış aktyoruna ağır itki FOTO

Akademik Milli Dram Teatrının aktyoru Rüstəm Rüstəmova ağır itki üz ver

arrow Ətraflı
Azərbaycanın 17 fevraladək Türkiyəyə göndərdiyi humanitar yardım açıqlanıb like
  • 18 Fev 11:25  
Digərləri Azərbaycanın 17 fevraladək Türkiyəyə göndərdiyi humanitar yardım açıqlanıb

Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycanın

arrow Ətraflı
Blinken Əliyev və Paşinyanla like
  • 18 Fev 11:21  
Siyasət Blinken Əliyev və Paşinyanla

ABŞ dövlət katibi Entoni Blinken Münhendə Azərbaycan Prezidenti İlham Əl

arrow Ətraflı
Türkiyədə yeni nazirlik yaradılır, like
  • 18 Fev 11:20  
Dünya Türkiyədə yeni nazirlik yaradılır,

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi iclasda zəlzələnin a

arrow Ətraflı
Sülhməramlılara aid 3 avtomobil Laçın yolundan keçib  FOTO like
  • 18 Fev 11:16  
Digərləri Sülhməramlılara aid 3 avtomobil Laçın yolundan keçib FOTO

Bu gün Rusiya sülhməramlılarına məxsus 3 avtomobil Laçın yolundan keçib

arrow Ətraflı
Filmdəki toy səhnələri real imiş  VİDEO like
  • 18 Fev 10:51  
Digərləri Filmdəki toy səhnələri real imiş VİDEO

Bir neçə gün əvvəl təqdim olunan "Evdə qalmış" filmi ilə ba�

arrow Ətraflı
İsa peyğəmbərin orucunu təkrar etmək istəyən keşiş öldü like
  • 18 Fev 10:40  
Dünya İsa peyğəmbərin orucunu təkrar etmək istəyən keşiş öldü

Mozambikdə Müqəddəs Üçlük (Santa Trinidad) Evangelist Kilsəsinin qurucu

arrow Ətraflı
Cekpot udduğunu arvadından gizlətdi, sonra... like
  • 18 Fev 10:31  
Dünya Cekpot udduğunu arvadından gizlətdi, sonra...

Çin vətəndaşı lotereyada 8,4 milyon yuan (1,8 milyon AZN) qazanıb.

arrow Ətraflı
“Xanım kimi peşmanlıq hiss edirəm” like
  • 18 Fev 10:20  
Şou-biznes “Xanım kimi peşmanlıq hiss edirəm”

"Bütün mahnılarımı sevərək oxuyuram. İfa edəndə düşündüyüm d

arrow Ətraflı
Səfərbərlik təminat bazasında komandaqərargah təlimi keçirilib  VİDEO  FOTO like
  • 18 Fev 10:11  
Digərləri Səfərbərlik təminat bazasında komandaqərargah təlimi keçirilib VİDEO FOTO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına

arrow Ətraflı
“Cənazəmə siyasətçi gəlməsin” like
  • 18 Fev 09:51  
Şou-biznes “Cənazəmə siyasətçi gəlməsin”

Türkiyənin məşhur müğənni və bəstəkarı Yıldız Tilbe növbəti qalma

arrow Ətraflı
DSXnin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib  FOTO like
  • 18 Fev 09:50  
Digərləri DSXnin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib FOTO

Fevralın 17-də Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsg

arrow Ətraflı