Öd kisəsində diskineziya ağrıları
Digərləri 18 Fev 2023 07:01:00 266 0
Öd kisəsində diskineziyalar sağ qabırğa altına və qarının sağ yarısında tez-tez əmələ gələn, tutmaşəkilli ağrılarla xarakterizə olunur. Ağrı sindromu adətən pəhriz pozğunluğundan və psixi-emosional gərginlikdən sonra meydana çıxır. Ağrılar qəfildən başlayır və artır. Ağrılar yeməkdən bir saat və daha çox sonra əmələ gəlir və güclənir. Öd kisəsi xəstələrində ağrılar aşağıdakı qidaların qəbulundan sonra başlayır: - yağlı - kəskin - soyuq xörəklər - ağır xörəklər. Xəstələrin çoxu ürək nahiyyəsində ağrının və ürəkdöyünmənin olmasından şikayət edirlər. Ağrılar sağ kürəyə, çiyinə irradiasiya edə bilir. Bəzən ağrı tutmaları ürəkbulanma,qusma,bağırsağın funksional pozğunluqları,qəbizlik ilə müşayət olunur. Bəzən belə xəstələrdə aşağıdakı əlamətlər də özünü göstərir: - hipotenziya - ürəkdöyünmə - artmış qıcıqlılıq - yuxunun pozulması - çox tərləmə - baş ağrıları. Öd kisəsi diskineziyası zamanı həzm orqanlarının digər funksional dəyişikliklərinə də rast gəlmək mümkündür. Bunlara aiddir: - pilorospazm - mədənin hipokineziyası - duodenostos - yoğun bağırsağın hipo-hiperkineziyası. Obyektiv müayinədə öd kisəsi nahiyyəsində ağırlıq hiss edilir. Ağrı tutmalarından sonra bir müddət sağ qabırğaaıtı nahiyyədə ağırlıq hissi qalır. Ağrı tutmaları deşici və güclü olur. Xəstələr çox vaxt iştahanın azalmasından, hava ilə gəyirmədən və ağızda acılıq hissindən şikayət edirlər.
Bu xəbəri də oxu: Keçmiş prokuror vəfat etdi
Türkiyənin daxili işlər naziri Süleyman Soylu "CNN Türk" televiz
Dünyada xeyli model var. Lakin botokssuz, dolğu və əməliyyata ehtiyacı olm
1. Qıcqırma. Qıcqırma əsas simptom hesab olunur. Bu döş sümüyü arxas�
"33 dəqiqə muğam dəstgahı oxumuşam. Muğam ifaçısı olmuşam. Qız�
Qızılcayabənzər məxmərək - kəskin virus infeksiyası olub, kiçik ləkə
Aparıcı Zümrüd Bədəlova türk aktyor Murat Yıldırımla bağlı paylaşı
Öddaşı xəstəliyində orqanizmdə fiziki-kimyəvi dəyişikliklər və xəst
Rus teleaparıcı və müğənni Olqa Buzova çimərlik geyimində şəkillərin
Xora xəstəliyinin kliniki şəkli böyük polimorfizmlə xarakterizə olunur.
Bir neçə ay öncə ana olan müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı
31 yaşlı model Emili Ratajkovski sosial şəbəkədə şəxsi brendi olan Inam
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərinin qismən bağlanması səbəbindən Er