Brusellyoz
Digərləri 18 Fev 2023 06:04:00 293 0
Xəstəliyi qrammənfi Brusella bakteriyaları törədir. Əsas infeksiya qaynağı xəstələnmiş heyvanlar, (iri və xırdabuynuzlu mal-qara) təşkil edirlər. Yolxuma kontakt, alimentar, hava-damcı yolu ilə baş verir. Patogenezi: Brusellalar orqanizmdə hematogen, limfogen yolla yayılırıar. Xəstəliyin kəskin fazasında mərkəzi sinir sistemində serroz - hemorragik iltihabi hallar aşkar edilir. Sinir köklərində, periferik sinirlərdə, simpatik düyünlərdə iltihabi dəyişikliklər olur. Klinikası: Xəstəliyin inkubasiya dövrü 2-4 həftə təşkil edir. Xəstənin temperaturu 40 dərəcə C-ə yüksəlir, üşütmə, tərləmə, oynaq və əzələ ağrıları, yuxusuzluq, baş ağrısı, limfa düyünlərinin böyüməsi baş verir. Çox vaxt burun qanaxmaları ilə hemorragik diatez müşahidə olunur. Sonra xəstəlik kəskin fazadan xroniki fazaya keçir. Bu zaman xəstədə ümumi intoksikasiya əlamətləri azalır, ancaq xəstənin daxili üzvlərində zədələnmə əlamətləri üstünlük təşkil edir. Brusellyoz zamanı sinir sisteminin bütün şöbələri ( mərkəzi, periferik, vegetativ) zədələnir. Vegetativ sinir sisteminin zədələnməsi xəstənin dərisinin qurumasına, tüklərin tökülməsinə, dırnaqlarının kövrəkləşməsinə, arıqlamasına, osteoporoza səbəb olur. Brusellyozun nevroloji təzahürləri uzun müddət ərzində residivləşə və yaxşılaşa bilir. Diaqnostikası: Qanda laborator müayinələr zamanı mikrobun müayinəsinin müsbət nəticəsi zamanı təsdiq edilir. Müalicəsi: Brusellyozun kəskin və yarımkəskin formalarında xəstəyə antibiotiklər təyin edilir. Bundan başqa ümumi möhkəmləndirici vasitələr, simptomatik müalicələr də aparılır. Sinir sisteminin periferik zədələnməsi zamanı fizioterapevtik müalicənin aparılması məsləhət görülür.
Bu xəbəri də oxu: Əri tərəfindən döyülən qadın qızı ilə birgə
Dünyada xeyli model var. Lakin botokssuz, dolğu və əməliyyata ehtiyacı olm
1. Qıcqırma. Qıcqırma əsas simptom hesab olunur. Bu döş sümüyü arxas�
"33 dəqiqə muğam dəstgahı oxumuşam. Muğam ifaçısı olmuşam. Qız�
Qızılcayabənzər məxmərək - kəskin virus infeksiyası olub, kiçik ləkə
Aparıcı Zümrüd Bədəlova türk aktyor Murat Yıldırımla bağlı paylaşı
Öddaşı xəstəliyində orqanizmdə fiziki-kimyəvi dəyişikliklər və xəst
Rus teleaparıcı və müğənni Olqa Buzova çimərlik geyimində şəkillərin
Xora xəstəliyinin kliniki şəkli böyük polimorfizmlə xarakterizə olunur.
Bir neçə ay öncə ana olan müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı
31 yaşlı model Emili Ratajkovski sosial şəbəkədə şəxsi brendi olan Inam
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərinin qismən bağlanması səbəbindən Er
Fevralın 6-dan indiyədək təbii fəlakət zonasında 65 təyyarə, 66 helikop
Mobil internetin ən ucuz olduğu ölkə İsraildir - 1Gb üçün 0,04 dollar.