Süni zəlzələ yaratmaq mümkündürmü?
Digərləri 17 Fev 2023 23:34:00 270 0
Dünyanın üzləşdiyi təbii fəlakətlər arasında minlərlə insan tələfatı ilə nəticələnən zəlzələləri mühüm yer tutur. Zəlzələlər təbii fəlakətlər arasında zərərverici xüsusiyyətə malik olan və insanları ən çox qorxudan hadisələrdən biridir.
Bu xəbəri də oxu: Sumqayıtda "BYD" istehsal ediləcək Ehtiyat hissələri də
Son.az bildirir ki, AZƏRTAC-ın müxbirinin ekspert, memarlıq üzrə fəlsəfə doktoru, dosent Əzimxan Həsənovla müsahibəsi də bu aktual mövzuya həsr olunub.
- Ölkəmizdə 1960-ci illərdə tikilmiş "Xruşovka"ların və iripanelli "Leninqrad layihəsi" adlanan binaların zəlzələyə davamlılığı necədir?
- Respublikamızda "Xruşovka"lar və iripanelli binaların istismar müddətinin sona yetməsi barəsində söylənən fikirlərin məncə heç bir əsası yoxdur. Bu binalarla əlaqədar ümumi danışmaq olmaz və iripanelli binaya konkret istismar müddətinin qoyulması doğru deyil. Nəzəri baxımdan beton binaların istismar müddəti 100 və daha çox illərlə ölçülür. Məlumat üçün bildirim ki, 1988-ci ildə Ermənistanda baş vermiş 7,4 bal gücündə zəlzələ zamanı ərazidə yalnız 2 bina salamat qalmışdı. 9 mərtəbəli həmin binalar 7 bal zəlzələyə davam gətirmək üçün nəzərdə tutulmuşdu.
Həmçinin qeyd edim ki, 2000-ci ilin noyabrın 25-də Bakı şəhərində 4,5 maqnituda və 6,5 intensivliyi olan zəlzələdə panel binalar sirkələnsə də, güclü zədələr olmadı.
- Bəzi mütəxəssislərin fikrincə, Bakıda tikilən bir sıra hündürmərtəbəli binaların inşasında keyfiyyətli tikinti materiallarından istifadə olunmayıb. Bu da onların yüksək ballı zəlzələyə davamlılığını azaldır.
- Bakı şəhərində və respublika ərazisində tikintilərdə istifadə olunan materiallarının keyfiyyətinə nəzarət FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
Bildiyimizə görə, tikinti meydançasına daxil olan hər betondan nümunələr alınır və keyfiyyəti yoxlanılır. Həmçinin istifadə olunan armatur materiallarının keyfiyyəti və sinfinin sertifikata uyğunluğu da tikinti müfəttişliyi tərəfindən təhlil edilir.
- Azərbaycanda zəlzələ riski varmı və zəlzələ riskinə qarşı hazırlıqla bağlı hansı işlər görülməlidir?
- Azərbaycanda riskli binalar dedikdə ilk öncə ağıla gələn problem sakinlərin və mülkiyyətçilərin sonradan binada apardıqları müdaxilə və dəyişikliklərdir. Zəlzələyə davamlılıq baxımından ən çox narahatlığımız da budur. Qanunvericiliyə görə, hər bir mülkiyyətçi və təşkilat binanın qorunmasına məsuliyyət daşıyır.
Zəlzələ riskinə qarşı hazırlıqla bağlı mən bir mütəxəssis kimi bəzi amillərin nəzərə alınmasına ehtiyac olduğunu vacib hesab edirəm.
Belə ki, 2010-cu ildə qüvvəyə minmiş "Seysmik rayonlarda Tikinti" AzDTN 2,3-1 normativ sənədinə uyğun olaraq dəmir-beton karkas, çərçivə-rabitəli çoxmərtəbəli binaların layihələndirilməsində monolit-tirsiz bünövrə-tavasının qalınlığını (h) mərtəbə sayından asılı olaraq (hesabata uyğun) qəbul olunmalıdır. Bünövrəsinin qoyulma dərinliyinin yer səthindən binanın hündürlüyünün onda biri (1/10) H qədər torpağın altında yerləşməsini, yüksaxlayan dəmir-beton sütunlarının en kəsiklərinin sahəsini təyin edərkən ərazinin seysmikliyindən asılı olan əmsalı (8 bal üzrə 1,35) və sütunlarda armaturların birləşməsində qaynaq birləşməsinə ciddi əməl edilməlidir.
Ağır nəticələrə səbəb olan zəlzələ litosferdə, yəni yerin üst qabığında baş verən dinamik proseslər nəticəsində əmələ gəlir. Müxtəlif tektonik plitə və bloklarının sürüşməsi və toqquşması yeraltı təkanlara səbəb olur. Yeraltı təkanlar təsirindən yerin üst qatı belə, öz formasını dəyişir. Zəlzələ yerin üst qatına nə qədər yaxın məsafədə olarsa, o qədər təsiri çox olur. Zəlzələnin mərkəzdən olan məsafəsi yaxın olduqca şiddəti artır. Rixter şkalası ilə ölçülən zəlzələlərə görə 6-7 bal gücündəki zəlzələ orta dərəcəli hesab edilir. 8,9,10 və 11 bal gücündə baş verən zəlzələ isə dağıdıcı kimi qiymətləndirilir.
- Azərbaycanda zəlzələ yaradan amillər hansılardır?
- Azərbaycanın yerləşdiyi ərazidə baş verən zəlzələlər əsasən seysmoloji baximdan Ərəbistan və Avrasiya tektonik plitə və bloklarının hərəkəti nəticəsində əmələ gəlir.
Tektonik zəlzələ 3 qrupa bölünür:
1-ci qrup zəlzələlər - dayaz (hiposentr 0-60 kilometr dərinlikdə olan)
2-ci qrup zəlzələlər - orta dərin (hiposentr 70-300 kilometr dərinlikdə olan)
3-cü qrup zəlzələlər - dərin (hiposentr 300 kilometrdən çox dərinlikdə olan)
O cümlədən, dərin neft-qaz quyularının qazılması, eləcə də, qrunt sularının və su anbarlarının qeyri-peşəkar səviyyədə işlənməsi nəticəsində də zəlzələ riskləri yaranır.
- Ölkəmizdə potensial zəlzələ ocaqları hansı ərazilər hesab edilir? Seysmik aktivliyə nəzarət olunurmu?
- Azərbaycan Respublikasında tikinti rayonları zəlzələ şiddətinə görə 8 və 9 ballıq ərazilərinə ayrılıb. Bu ərazilər Azərbaycan Respublikası Milli Elmlər Akademiyası tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsidir. Seysmik rayonlaşdırma xəritəsinə görə ölkəmizin əksər hissəsi 8 ballıq, 20 faizə yaxın ərazisi isə 9 ballıq ərazidə yerləşdiyi görünür.
Ölkəmizdə potensial zəlzələ ocaqları Xəzər dənizində, həmçinin Böyük və Kiçik Qafqazın Azərbaycan ərazisindədir. Bundan başqa, əsas zəlzələ təhlükəsi olan ərazilər Abşeron yarımadası, Bakı, İsmayıllı, Şamaxı və Gəncə hesab edilir.
Seysmik aktivliyə nəzarət Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən həyata keçirilir. Hazırda isə Azərbaycanda əsas tektonik blokları müşahidə edən 32 GPS stansiyası mövcuddur.
- Tarixi və gücü məlum olmayan, proqnozlaşdırması çətin olan zəlzələ hadisələrinə necə hazırlaşmalıyıq?
- Bilirsiniz, yer qabığında müxtəlif səslərə qulaq asmaqla zəlzələni proqnozlaşdırmaq mümkündür. Yer qabığında hər bir böyük pozuntulardan qabaq xırda pozuntular baş verir, bunlar zəlzələ yaratmır. Baş verən pozuntular müxtəlif səslər yaradır, səs cihazları ilə bu səsləri eşitmək mümkün olur. Bundan başqa, meyil ölçənlər vasitəsi ilə Yer səthinin meylini öyrənmək mümkündür. Proqnozlaşma, həmçinin atmosferin elektrik vəziyyətini dəyişməsi, yəni zəlzələdən əvvəl və zəlzələ zamanı elektromaqnit dalğalarının əmələ gəlməsi üzərində aparılan müşahidələrə də əsaslanır.
Zəlzələ haqqında xəbər verən bu üsullar yalnız zəlzələ ərəfəsində nəticə verə bilər.
Zəlzələyə qarşı hazırlaşmaq əsas etibarı ilə iki istiqamətdə olmalıdır. Birincisi, dövlət tərəfindən təşkil edilən tədbirlər, yəni zəlzələ zamanı insanların özlərini necə aparması üçün metodiq göstərişlər, bukletlər hazırlayıb onlara çatdırmalı və təlimlər (iş yerlərində, universitetlərdə, və məktəblərdə) təşkil edilməlidir.
İkincisi isə hər bir insana məxsus zəlzələ çantasının olmasıdır. Bu çantada ən zəruri - qida, su, geyim, gigiyena materialları və vacib sənədlər olmalıdır.
- Mütəxəssislər hesab edir ki, dünyada süni zəlzələlər də baş verir. Sizin bu məsələyə münasibətiniz...
- Xeyr! Mümkün deyil. Ona görə ki, bununla məşğul olan HAARP texnologiyasının məqsədi inosfer qatında fiziki prosesləri öyrənmək üçün nəzərdə tutulub. Bu araşdırma hər kəsə açıq idi. Mən bu sahədə mütəxəssis deyiləm, ancaq HAARP texnologiyasının "zəlzələ yaratmaq", "iqlim dəyişmək" kimi bir gücünü görmürəm. Bilirik ki, zəlzələnin şiddəti və böyüklüyü vardır. Şiddət, zəlzələnin verdiyi zərərə-tələfata, dağıntılara baxaraq ölçülür. Zəlzələnin böyüklüyü isə ortaya çıxan enerjidir. Bu enerji çox böyükdür. Hazırda o enerjini ortaya çıxara biləcək texnologiya yoxdur.
Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, o cümlədən yəhudi icma
Pakistanın Kəraçi şəhərində terrorçuların polis idarəsinə silahlı h�
Dövlətimiz tərəfindən yəhudi icmasına daim dəstək göstərilir, onları
Bir qrup konqresmen ABŞ Prezidenti Co Baydeni Ukraynanı F-16 qırıcıları il
Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı keçmiş komandanı Rüstəm
Türkiyənin Adıyaman rayonunda dağıntılar altında qalan 5 nəfərlik ailə
Xəbər verildiyi kimi 2023-cü il fevralın 20-dən etibarən Avropa İttifaqı
Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinin aparıld�
Ermənistan Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron aras
İran qabaqcıl silahların qlobal tədarükçüsünə çevrilib və Tehran haz�
Bu gün Belarusun Rusiya tərəfində Ukraynaya qarşı müharibəyə qoşulmas�
Ermənistan prezidenti Vahan Xaçaturyanın fərmanları ilə orduda kadr dəyi�
Ermənistanın Baş naziri Nikol Paşinyan ötən ilin sonunda Brüsseldən xahi
Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ nəticəsində dağılan bi