Nə üçün ABnin Ermənistandakı missiyasında fransızlardan iki dəfə çox alman yer alıb?
Siyasət 17 Fev 2023 23:00:00 307 0
Xəbər verildiyi kimi 2023-cü il fevralın 20-dən etibarən Avropa İttifaqı Ermənistanda 100 ekspert və müşahidəçidən ibarət yeni müşahidə missiyası yerləşdirməyə hazırlaşır.
Bu xəbəri də oxu: Prezident nepallı həmkarı ilə görüşüb
Bu, Avropa İttifaqının iki il davam edəcək ikinci missiyasıdır.
Son.az musavat.com-a istinadən bildirir ki,həmin missiyada fransızlardan daha çox alman "missionerlər" yer alıb. Halbuki Fransa bölgədə daha aktiv görünür və Ermənistanda əsas nüfuz sahibi sayılır.
Verilən informasiyaya əsasən, hələ ki missiyaya səkkiz fransız jandarmı və 15-ə qədər alman polisi daxil edilib. Almaniyadan olan politoloq Alexander Rar Ermənistan mətbuatına verdiyi müsahibədə bunun səbəblərini izah edib. Onun sözlərinə görə, hazırda Berlin üçün Avropa İttifaqında aparıcı rolunu möhkəmləndirmək çox vacibdir.
O Almaniya, Fransa, Böyük Britaniya və Polşa arasında təhlükəsizlik məsələsində Avropada liderlik uğrunda gizli mübarizə getdiyini xatırladıb.
"Buna görə də Almaniya Avropa İttifaqında öz rolunu gücləndirmək üçün Cənubi Qafqazdakı münaqişənin həlli məsələsində daha çox iş görməyə və özünü fəal şəkildə ifadə etməyə hazırdır. Bu bir geosiyasi oyundur", - deyə alman politoloq bildirib.
Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinin aparıld�
Ermənistan Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron aras
İran qabaqcıl silahların qlobal tədarükçüsünə çevrilib və Tehran haz�
Bu gün Belarusun Rusiya tərəfində Ukraynaya qarşı müharibəyə qoşulmas�
Ermənistan prezidenti Vahan Xaçaturyanın fərmanları ilə orduda kadr dəyi�
Ermənistanın Baş naziri Nikol Paşinyan ötən ilin sonunda Brüsseldən xahi
Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ nəticəsində dağılan bi
İranın əyalət mollası Türkiyədə zəlzələdən zərər çəkənləri İs
"Uşaqlar tibbi müayinədən keçdilər, hər şey qaydasındadır. Qan te
ABŞ ordusu Suriyanın şimalında İŞİD terror qruplaşmasına qarşı əməl
Trabzonun Akyazı rayonunda yol hərəkətinə nəzarət edən polis məmuru avt
Türkiyənin ən böyük geyim istehsalı müəssisələrinin zəlzələnin baş