Şeyx Əbdüldən Vəfa Şərifovaya: “Günah onu efirə buraxanlardadır”
Şou-biznes 13 Fev 2023 15:59:00 306 0
"İtimə sevgi göstərəcək şəxsə 800 manat maaş verəcəyəm". Bu açıqlamanı qatıldığı şou-proqramların birində müğənni Vəfa Şərifova edib. O bildirib ki, Moskvada özünə it alıb gətirib. Sevimli heyvanına Bakıda baxmaq üçün baxıcı axtarır.
Bu xəbəri də oxu: İlk dəfə boşanmağından DANIŞDI: "Kiminsə ərini ələ keçirib, yəqin özlərindən biliblər məni..."
Təbii ki, Vəfa Şərifovanın bu çıxışı sosial şəbəkələrdə ciddi tənqidlərə və iradlara yol açıb. Sosial şəbəkə istifadəçiləri insanların çətin sosial durumda olduğu bir vaxtda efirdən belə fikirlərin səsləndirilməsini qəbul etməyiblər. Üstəlik, belə çıxışların gənc nəslin tərbiyəsinə və dünya görüşünə mənfi təsir göstərdiyini bildiriblər.
Son.az xəbər verir ki, məsələ ilə bağlı Xalq artisti Əbdül Mahmudovun fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, sənəti və səsi olmayan Vəfakimilərin bu cür hərəkətləri başa düşüləndir: "Çünki, onlar yaradıcılıqları ilə deyil, ucuz və düşük reklamları ilə gündəmdə qalmaq istəyirlər. Mən Vəfa Şərifova adlı sənətçi tanımıram. Çünki, bayağı mahnılara qulaq asmıram. Amma o belə bir fikir səsləndiribsə, Azərbaycan xalqını təhqir edib. "Həci"lərin və bir də toy sahiblərinin pulu ilə harınlayan birisinin belə söz deməsi bağışlanılmazdır". Xalq artisti fikrini inkişaf etdirərək onu da dedi ki, günah Vəfa Şərifovada deyil: "Günah onu efirə buraxandadır. Nə yazıq ki, bu gün televiziyaların qapısı karvansara qapısına dönüb. Kim istəyir pulunu verib efirə çıxıb özünün döşünü başını, atını-itini, avtomobilini reklam edir. Televiziyaların nə efir siyasəti var, nədə ki, onlara "dur"deyən. Kim nə istəyir efirdən üfürür. Son nəticədə günah Azərbaycan xalqındadır. Xalq bu cür həssas məslələrə konkret və kəsərli münasibət bildirməli, həmin müğənnini və yaxud televiziyanı baykot etməlidir".
Ali Məhkəmənin sədri Ramiz Rzayev Milli Təhlükəsizlik Nazirliyinin (MTN)
"CinemaPlus" kinoteatrlar şəbəkəsində, "Dəmir qadın: Nesli
Azərbaycanla-İsrail münasibətləri yeni səviyyəyə keçib.
Bakının Nərimanov rayonunda 1991-ci il təvəllüdlü Vüsal ailə münaqiş�
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə
Aktrisa Zülfiyyə Qurbanova rol aldığı "Əqrəb mövsümü" serial
Fransanın müdafiə naziri Sebastien Lekornyu "Marvel Universe" filmi
Türkiyədə zəlzələdən əziyyət çəkən bölgələrdə axtarış əməliy
Zəlzələ zamanı ən çox dördgünlük körpə övladım üçün narahat idim
Tarixən müxtəlif illərdə dünyada dağıdıcı zəlzələlər qeydə alın�
Rusiyada məşhurlaşan Azərbaycanlı bloger Hüseyn Həsənov Türkiyəyə zə
Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdən sonra x
Artıq 23 ailənin "TABUTU" hazırdır...
Unibank Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək