Bakıda bu binanın sakinləri də DAĞINTILAR ALTINDA QALA BİLƏR
Digərləri 13 Fev 2023 14:13:00 323 0
Artıq 23 ailənin "TABUTU" hazırdır...
Bu xəbəri də oxu: Azərbaycanlı qadın ABŞdə qəzada öldü
Türkiyədəki dəhşətli zəlzələ faciəsinin qurbanlarının sayı hər ötən saat artmaqdadır. Bunun bir təbii fəlakət olması ilə yanaşı, bu qədər insan tələfatına görə ən böyük məsuliyyəti məhz aidiyyatı qurumlar, məsul şəxslər, tikintidən cavabdeh olan şirkətlərin daşıdığı artıq hər kəsə bəs-bəllidir.
Lakin bu gün Türkiyədəki dəhşətli dağıntıların Bakıda təkrarlanmasına hər an şahid ola bilərik. Belə ki, təəssüflər olsun ki, qardaş ölkədə baş verən güclü təbii fəlakət olmadan belə biz Azərbaycanda yaşayış olan müxtəlif binalarda dəhşətli uçqun, dağıntı təhlükəsi ilə hər an üz-üzə qala bilərik.
Belə binalardan biri Sabunçu qəsəbəsində "Stansiyanın yanı, 32" adlanan ünvanda yerləşən bir əsrlik tarixə malik tikilidir. Son.az-a açıqlamalarında həyatlarının hər an təhlükədə olduğunu deyən sakinlər aidiyyatı qurumların dərdlərinə əlac olmaq istəmədiklərindən gileylənirlər.
Az qala başlarına uçacağını deyən 23 ailənin yaşadığı qəzalı vəziyyətdə olan bu köhnə tikilinin sakinləri qeyd edirlər ki, artıq bədbinliyə o qədər qapılıblar ki, hər axşam səhərə çıxmayacaqları düşüncəsi ilə yatmaq məcburiyyətində qalırlar.
Hətta aralarında ötən əsrdən qalan bu uçuq-sökük iki mərtəbəli binanın elə sakinləri də var ki, "bina indi uçar" deyə, qorxudan gecəni səhərə kimi gözlərinə yuxu getmədiyini bildirirlər.
Binanın müxtəlif hissələrində artıq uzun illərdir yaranan iri çatlar yaşayışa yararsız hala gələn bu köhnə tikilinin 23 ailədən ibarət sakinləri üçün istənilən an məzara dönmək təhlükəsindən xəbər verir. Bünövrəsi demək olar ki, sökülən bu yaşayış binasını ayaq üstə saxlayan taxtalar isə artıq çürüyüb.
Sakinlərin Son.az-a verdiyi məlumata görə, aidiyyatı qurumlar istismar müddəti çoxdan bitən binaya dəfələrlə gəlib baxış keçirərək tikilinin QƏZALI VƏZİYYƏTDƏ olması barədə rəy versələr də, onlara binanın sökülməsi və ərazidən köçürülmələri barədə bu zamana kimi heç bir söz deyilməyib.
Güclü külək olanda binada silkələnməni adi gözlə görməyin mümkün olduğunu bildirən bina sakinləri onların səsinə səs verənin tapılmadığını, hər gün daha da böyüyən və yaranan yeni çatların yaxın zamanda böyük faciə ilə nəticələnəcəyindən qorxduqlarını deyirlər.
Qeyd edək ki, bu binanın qəzalı vəziyyətdə olduğu barədə ilk rəy hələ Sovet dövründə - 1973-cü ildə verilib.
Bəs istismar müddəti hələ 50 il bundan əvvəl bitən bu tikilidə 23 ailəni yaşamaq məcburiyyətində qoyan kim(lər)dir?
Təhməz Əsədov Son.az
Unibank Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək
İkinci Qarabağ müharibəsi başa çatandan bir ay sonra "Azərenerji&quo
Ancelina Coli dəhşətli zəlzələnin baş verdiyi Türkiyə və Suriyayla ba�
Türkiyənin müxalif "İYİ" Partiyasının üzvü Əhməd Çabukelin
Güclü siyasi əlaqələrimiz çox böyük təməldir. Neft-qaz və hazırda el
Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox
Bu, doğrudan da çox önəmli tədbirdir və İtaliya-Azərbaycan dostluğunu b
Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə banklar assosiasiyası əlill
İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını deyil, bö
Rostovda elektrik skuterinin partlaması səbəbindən mənzildə baş verən ya
"Ermənistan" fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran
Türkiyədə əsrin ən dəhşətli fəlakətlərindən olan zəlzələ qurbanl
Mingəçevir şəhəri "Az-Dress" qəsəbəsində keçmiş məcburi k�
Əminəm ki, biz bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və ne
"Azərenerji" ilə İtaliyanın "Ansaldo" şirkəti arasınd