Yuxubərzəx aləminin kiçik nümunəsi
Digərləri 11 Fev 2023 20:40:00 304 0
Bərzəx aləminin nümunəsi bu dünyada yuxu görməkdir. İnsan yuxuda çoxlu qəribəlikləri müşahidə edir. Bəzən yuxuda görür ki, bir od çalasında yanır. Fəryad edir, "məni qurtarın!", deyə qışqırır. Oyandıqdan sonra ətrafındakılara deyir ki, mənim səsimi eşitmədinizmi? Deyirlər ki, yox. Halbuki onun özü təsəvvür edirdi ki, boğazı fəryad etmək nəticəsində az qalır ki, deşilsin. Yaxud, yuxuda görür ki, zəncirə çəkilmişdir və zəncirin göstərdiyi təzyiq nəticəsində boğulmaq ərəfəsindədir. Nə qədər fəryad edirsə bir kəs onun dadına çatmır. İndi Allah daha yaxşı bilir ki, ölülər necə də fəryad çəkirlər amma biz eşitmirik. Bəli, ora başqa bir yerdir. Bəzi vaxtlar batini işlər zahirə də sirayət edir. "Kafi" kitabında Həzrət Cəfər ibni Mühəmməd Sadiq əleyhis-salamdan belə rəvayət edilib: Yuxu görmək xilqətin əvvəllərində yox idi. Peyğəmbərlərin birinin zəmanəsində Qiyamət barəsində söhbət etdi, camaat isə suallar verirdilər. Məsələn, ölü necə dirilə bilər? Həmin gecə yatdıqda müxtəlif yuxular gördülər. Sabahkı gün isə həmin yuxuları bir-birinə nəql etdilər. Həmçinin, həmin peyğəmbərə də dedilər. Peyğəmbər buyurdu: Allahın höccəti sizin üçün tamam oldu. Çünki, yuxuda gördükləriniz öldükdən sonra görməli olacaqlarınızın kiçik bir nümunəsidir.
Bu xəbəri də oxu: Ermənistanın Rusiyaya yeganə yolu
Bəzən batini işlər zahirdə də təsir qoyur. Bizə deyiləndə ki, qəbirstanın ziyarətinə gedin, "Fatihə" oxuyun, belə bir sual yarana bilər ki, ölünün ruhu bu nöqtədə deyil, əksinə, Allah bilir ki, onun ruhu haradadır. Amma onun cəsədi bu yerdə dəfn olunduğuna görə həmin məkanla əlaqəsi vardır. Rəvayətdə qeyd olunur ki, Möminin ruhu "Vadiyüs-səlam"da, Həzrət Əli əleyhis-salamın qonşuluğunda, kafirin ruhu isə "Bərəhut" səhrasındadır. ölümdən sonra bədən bərzəxi bir bədəndir; dünyadakı bədən kimi maddiyyatla əlaqəli olan çirkin bədən deyil, kölgəsi yoxdur. O qədər lətifdir ki, ruhlardan bəziləri (əgər, məhbus olmazsa) bütün aləmə əhatə tapa bilərlər. Mərhum Şeyx Mahmud Əraqi "Darüs-səlam" kitabının axırında nəql edir ki, Əl cəlil, böyük arif olan Seyyid Məhəmməd Əli Əraqi (onun adı Həzrəti İmam Zaman əleyhis-salamı görənlər sırasında qeyd olunub) buyurur: Uşaqlıq çağlarında öz əsl vətənimdə (İraqın kəndlərindən biri olan Kərimrub kəndi) idim. Adını və nəsəbini tanıdığım bir şəxs vəfat etdi. Onu gətirib bizim evlə üzbəüz olan məqbərədə dəfn etdilər. 40 gün müddətinə qədər hər vaxt məğrib olanda onun qəbrindən qalxan atəşin, alovun əlamətləri görünürdü. Bu qəbirdən can yandıran nalə və ahu-fəğan eşidirdim. Gecənin əvvəllərində o qədər ahu-nalə şiddətlənirdi ki, mən qorxub, təlaş hissi keçirirdim. öz-özümə əsməyə başlayırdım. Huşdan getmə adəti məndə baş vermişdi. Qohumlarım bu məsələdən agah olub məni götürüb öz evlərinə apardılar. Bir müddətdən sonra özümə gəlib o meyyiti görməklə məndə yaranan bu halətdən təəccübdə qaldım. Çünki, onun həyatının haləti ona köməyi yox idi. Sonradan məlum oldu ki, o kişi, bir müddət hökumət divanxanasında qazi işləyirmiş. Bir seyyiddən ağır məbləğdə vergi istəyib və o seyyid o məbləği verə bilməyib. Bu şəxs o seyyidi həbs etdirmiş və bir müddət zindanın tavanından asılı halda saxlamışdı. Kitabın müəllifi mərhum Əraqi deyir: Mən o ölən şəxsi görmüşdüm, ancaq rüsvay olmasın deyə, adını nəsəbini demirəm. (Sonra deyir:) Bu seyyid nəql edir ki, Tehranın ətraf məntəqələrindən birində yerləşən İmamzadə Həsən əleyhis-salamın ziyarətinə getdik. Yoldaşlardan biri qəbrin yanında zikr deməyə, ziyarət etməyə məşğul idi. Gün batan çağı gözlənilmədən o qəbirdən şiddətli hərarət qalxmağa başladı. Sanki onun daxilində dəmir əridilən sobalar qızdırılmışdı. O qəbrin ətrafında yaşamaq mümkün deyildi. Oradakı camaat da bu hadisəni müşahidə edirdilər. Elə ki, qəbrin daşını oxuyanda gördüm ki, bir qadının adı yazılıb. Mətləbin qısası budur ki, bəzi vaxtlarda əzabın şiddətindən ruh bərzəx aləmində həmin cəsədə də təsir qoyur. Məsələn, Yəzid ibni Müaviyənin (Allah ona lə"nət etsin) misal göstərmək olar. Belə ki, Bəni Abbas dövründə Bəni Üməyyədən olanların qəbirlərini açır, cəsədlərini yandırırdılar. Yezidin qəbrini açanda, cəsədin yanıb külə dönməsini göstərən nazik bir xətdən başqa bir şey tapmadılar. Bu mətləbin şahidləri olduqca çoxdur, qeyd olunanlarla kifayətlənirik. Belə ki, ruh bərzəx aləmində sevincdə, yüksək əhval-ruhiyyədədirsə, onun cəsədi də həyatın müəyyən mərhələsindən bəhrələnir. Bəlkə də bu mətləb də çoxdur. Baş vermiş bir neçə halı qeyd etməklə kifayətlənirik. "Səfinətul-bihar" kitabının 2-ci cildinin 562-ci səhifəsində nəql olunur ki, Müaviyənin zamanında o məl"unun köstərişi ilə "Ühüd" dağını kəhriz çəkmək üçün qazırdılar. Həzrət Həmzənin barmağına külüng dəyir və qan axmağa başlayır. Əmr ibni Cəmu və Əbdüllah ibni Əmr-hər ikisi "Ühüd" şəhidlərindən idi. Amma kəhrizin yolu üstündə olduqlarına görə pak cəsədləri çölə çıxmışdı. Halbuki tər-təzə idi. Bir qəbir qazıb onları yenidən orada dəfn edirlər. O böyük şəxsiyyətlərin dəfn olunduğu vaxtdan Müaviyənin hakimiyyətə gəldiyi vaxta qədər 40 il keçmişdi. "Rovzatul-cənnat" kitabında nəql olunub ki, Bağdad hakimlərindən bəzisi camaaatın Həzrəti Musəbni Cəfər əleyhis-salamın qəbrini çox ziyarət etdiyini görəndə, şərif qəbri dağıtmaq qərarına gəldilər. Dedilər ki, gəlin qəbri açaq. Əgər cəsəd təzə olsa, ziyarətinə icazə verərik; yox əgər təzə olmasa, icazə vermərik. Onlardan biri dedi ki, şiələrin öz alimləri barəsində olan əqidələri, elə həmin əqidədir. Yaxınlıqda, çayın kənarında şiələrin böyük alimlərindən biri olan Məhəmməd ibni Kuleyninin qəbri yerləşir. Şiələrin əqidələrinin doğruluğunu bilmək üçün yaxşı olar ki, əvvəlcə onun qəbrini açaq. Sonra mərhum Kuleyninin qəbrini açırlar və cəsədinin sanki təzəcə dəfn olunmuş kimi təzə-tər, çürüməmiş görürlər. Cəsədinin kənarında bir uşaq da dəfn edilmişdi. Deyəsən, onun övladlarından imiş. Bağdadın hakimi əmr edir ki, o böyük alimin qəbrini təmir edib üstündə böyük bir məqbərə düzəltsinlər. Bundan sonra həmin qəbir böyük ziyarətgah kimi məşhurlaşır. Həmin kitabda Şeyx Səduq Məhəmməd ibni Babəveyhin kəramətlərindən də qeyd olunub (O, Rey şəhərində, Həzrəti Əbdül-Əzim əleyhis-salamın qəbrinin yanında dəfn olunub). Bu kəramətlərdən bəzisi bizim zəmanəmizdə də zahir olmuşdur. Camaatdan çoxları bu hadisəni müşahidə etmişlər. Belə ki, o böyük alimin cəsədi dəfnindən min il keçməsinə baxmayaaq, çürüməmiş, sağlam qalmışdı. Məsələ belə olmuşdu: Güclü sel nəticəsində qəbir yarılmışdı. Onu təmir etmək istəyəndə, cəsədi, qoyulduğu sərdabədə salamat görürlər. Bu məsələ Tehranda ildırım sürətilə yayılır və dövrün şahı Fətəli Şaha çatır. Şah deyir ki, bu kəraməti yaxından görmək istəyirəm. öz vəzir-vəkillərindən və bir neçə alimlə birlikdə həmin yerə gəlirlər. Alimlər şahın oraya girməsini məsləhət görmürlər. Sonra şahın əmri ilə alimlər və vəzirlər sərdabəyə daxil olurlar. Cəsədi olduğu kimi görüb nəql edirlər. Şah əmr edir ki, o şərif qəbrin üstündə əzəmətli bir bina düzəltsinlər. Bu bina hal-hazırda da böyük ziyarətgahlardan biridir. İbni Babəveyhin vəfat tarixi 385-ci hicri qəməri ili, qəbrinin açılması hadisəsi isə 1338-ci hicri qəməri ilinə təsadüf edir. Deməli, onun vəfatından qəbrinin açılmasına qədərki vaxt 855 ildir. Qısa şəkildə demək olar ki, bərzəx aləminə etiqad insan ruhunun ölümdən Qiyamətə qədər bərzəx aləmindəki verdiyi xəbərlər ilahi vəhydir ki, Quranda və rəvayətlərdə Peyğəmbərdən mütəvatir şəkildə bizə gəlib çatmışdır. Qeyd olunduğu kimi, məlaikə, Qiyamət, Sirat, Cənnət, Cəhənnəm, Mizan və s. kimi məsələlərə iman gətirmək kimi, bunların hamısı qeyb aləminə imandır. Və bunun da səbəbi ilahi vəhylərdir. Burada belə məsələlərin baş verməsinin çox qəribə olmasını, bərzəx aləminin münkirlərin yaratdığı şübhələrə cavab verilməsi, ruhların necə savabda, yaxud əzabda olmaları barədəki şübhələrin cavablarından biri, yaxşı və pis yuxulardır. Yuxuda insan səs-küy, həyəcanlı səhnələri görür, ancaq onun yanında olanlar eşitmir. Bəzən yuxu aləmində ölmüş insanları yaxşı və xoşhal halda; yaxud pis və ağır vəziyyətdə görürük. Yuxunu görən o yuxunu işin həqiqətindən, vaqe olmasından bir xəbər kimi hesab etməməlidir. Çünki, yuxulardan çoxu, insanın vəhm qüvvəsinin yaratdığı şeylərdir. Onlardan çoxu mürəkkəb olub təbirə ehtiyacı var. Amma onlardan bəziləri sadiq yuxular olub həqiqətdən söz açırlar. Bilmək lazımdır ki, sadiq yuxularda da əgər bir kəs ölən bir şəxsi yaxşı halda görsə, onun həmişə bu halda olmasını hökm etmək olmaz. Çünki, ehtimal verilir ki, ölən insan həmin halda itaət və xeyir əməl etdiyi saatlar müqabilində müəyyən nemətlərdən bəhrələnir, başqa saatlarda isə, layiqsiz, yaramaz və pis əməllərinin saatlarında isə ruhi əzablara mübtəla olur. Bunun əksi də mümkündür: əgər meyyiti pis halda, xəstəlik halında görsələr, bu onun həmişə belə halda olmasına dəlalət etmir. Çünki, bu, onun etdiyi günahlar müqabilində olan saatı ola bilər və sonradan yaxşı işlərinin müqabilində yaxşı nemətlərdən bəhrələnə bilər. Bütün bunları qeyd etməkdə məqsədimiz budur ki, əgər bir kəs ölmüş bir şəxsi yuxuda pis halda görsə, heç də məyus olmasın və ehtimal versin ki, sonradan o, yaxşı halda olacaqdır. Onun barəsində dua etmək, onun əvəzindən sədəqə vermək, saleh əməllər görməklə ona nicat versin. Əgər meyyiti yaxşı halda görsə, həmişə bu halda olmasına yəqin etməsin və deməsin ki, daha diri şəxslərin onun dadına yetişməsinə ehtiyac yoxdur. Sözün uzadılmasında məqsədimizdən biri də budur ki, biz öləndən sonra bərzəx aləmində olan xəbərlər çox az adamlara aşkar olur. Fərzən əgər məlum da olsa, haradan bizim üçün ürəyi yananlıq etməsi məlum olar? Deməli, yaxşı olar ki, nə qədər ki, diriyik, özümüzün fikrində olaq. Yəni, öz keçmiş əməllərimizi dəqiq şəkildə araşdıraq; əgər hər hansı vacib bir əməli fövtə vermiş olsaq, yerinə yetirək, günahlarımızdan tövbə edək, bacardığımız qədər saleh, yaxşı əməlləri görməyə çalışaq. Xüsusilə, müstəhəb və vacib ehsanlar etməklə axirət səfərinə tədarük görək.
Ömrü boyu yaxşı riyaziyyatçı olmaq istəyən Abraham de Muavr ən böyük
Dünyanı cənginə alan yaddaş və beyin pozuntusu Alsgeymerin gəlişini ill�
Putin mümkün olan yerdə və tarixə istinad etmədən ordusu ilə hücuma ke�
Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planına
Allahın buyurduğu "əgər bacarırsınızsa Quran kimi bir surə gətirin
Hər evin dərman qutusunda yod şüşəsini tapmaq olur. Yod ilk tibbi yardım
İbn Əsəm "Əl-Fütuh"da qeyd edir ki, Yezid ibn Müaviyənin məktu
"Səninləyəm Türkiyəm" adlı yardım kampaniyasının 3-cü mərh�
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yardım göndərən vətən
Bu gün Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat h
Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından sağ çıxarı
"Azərbaycanın Zəfərində azərbaycanlılar qədər türk milləti də q
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiy�
Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna Prezident Ofisinin rəhbəri A