Azərbaycanda dollar bolluğu:


Digərləri 27 Yan 2023 08:59:00 307 0

Azərbaycanda dollar bolluğu:

Valyuta çıxışına nəzarət güclənib; Rusiyadan göndərişlər artıb, bir də...

Ötən ilin ikinci rübündən etibarən Azərbaycan Mərkəzi Bankının keçirdiyi hərraclarda xarici valyutaya olan tələbin kəskin azalması müşahidə olunmaqdadır. Yanvar ayının ötən müddəti ərzində bankların dollar alışı minimum səviyyəyə düşüb. Belə ki, Mərkəzi Bankda yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar bir dollar belə almayıblar. Onlar  tərəfindən valyuta sifarişi verilməyib, yəni valyuta satışı olmayıb. Ondan əvvəlki hərracda isə satışın həcmi cəmi 1,5 milyon dollar olub. Yanvarın 5-də keçirilmiş ilin ilk hərracında 52.7 milyon dollar satıldığı halda növbəti hərraclarda uyğun olaraq 51.2 milyon dollar, 35 milyon dollar, 18.7 milyon dollar, 1.5 milyon dollar alınıb. Sonuncu hərracda isə ümumiyyətlə, dollar almaq istəyən bank tapılmayıb.

Son.az musavat.com-a istinadən bildirir ki, ümumilikdə yanvar ayında keçirilmiş 6 hərracda 159.1 milyon dollar satılıb. Halbuki 2022-ci ilin yanvarında keçirilmiş 6 hərracda bu göstərici 4 dəfə çox - 642.7 milyon dollar olub.

2022-ci ilin dekabr ayında Mərkəzi Bank valyuta hərraclarında 595,9 milyon dollar satıb. 2021-ci ilin dekabrında satışın həcmi 989,1 milyon dollar olmuşdu. Nəzərə alsaq ki, 2022-ci ilin dekabrında dövlət büdcəsindən xərcləmələr 4 milyard manatdan yuxarı olub, bu zaman məntiqlə dollara tələbat artmalıydı. Dollara tələbatı artıran digər amil 2022-ci il ərzində idxaldakı artımdır. Məsələn, ötən il dövlət sektorunun idxalı kəskin şəkildə artıb - 2,1 dəfə və ya 1,3 milyard dollar artaraq 2.5 milyard dollara çatıb. Ümumi idxalda dövlət sektorunun payı 10 faizdən 17,5 faizə yüksəlib.

Biz son 15 ilə yaxın müddətdə məhz bu tendensiyanı izləmişik: ilin son ayları, növbəti ilin ilk ayında dollara tələbat kəskin artır, satışlar çoxalırdı. Lakin 2022-ci il boyu, həmçinin 2023-cü ilin əvvəlində tamam fərqli mənzərəni izləyirik.

Bu vəziyyətin səbəbləri bir sıra amillərlə izah edilir. Bank mənbələri hazırda banklararası bazarda dollary bolluğunun yaşandığını bildirirlər. Bunun bir səbəbi neft-qaz qiymətlərinin artması fonunda ölkəyə daxil olan dolların həcminin də çoxalmasıdır. Digər bir amil kimi xarici ölkələrdən fiziki şəxslər tərəfindən Azərbaycana göndərilən dollar pul baratlarının kəskin artımı çıxış edir. Mərkəzi Bankın statistikasından aydın olur ki, 2022-ci ilin 9 ayında ölkəyə 2,8 milyard dollara yaxın pul baratı daxil olub. Bunun 2,4 milyard dolları Rusiyadan göndərilən pullardır. 2022-ci ilin sentyabrında Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra bu ölkədən kənara pul göndərişlərində kəskin artımın olması sonuncu rübdə Azərbaycana göndərişlərin ən azı 1 milyard dollar artdığını deməyə əsas verir.

2022-ci il ərzində qeyri-neft ixracında da artım baş verib - həcmi 3 milyard dollar çatıb. Eyni zamanda ötən il ərzində bankların xaricdən cəlb etdikləri vəsaitin həcmində də artım qeydə alınıb. Mərkəzi Bankın statistikasına əsasən Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2022-ci il dekabrın 31-nə 1 milyard 761,9 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 65,7 faiz çoxdur. 2022-ci ilin dekabrında bankların xarici öhdəlikləri 7,4 milyon manat və ya 0,4 faiz azalıb (noyabrda 75,6 milyon manat azalıb). Lakin 2022-ci ilin sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 6 milyard 427,7 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 10,7 faiz çoxdur.) Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə Azərbaycanda bankların xarici öhdəlikləri 12,9 faiz azalmışdı.

Azərbaycanda bankların xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilmiş kreditlər, qeyri-rezidentlərdən cəlb edilmiş depozitlər, qeyri-rezidentlərin qarşısında yerləşdirilmiş qiymətli kağızlar hesabına formalaşır.

Və bu öhdəliklər 2023-cü ilin ilk ayında da artmağa davam edir. Yanvarın 26-da açıqlanan məlumata əsasən Beynəlxalq Maliyyə Korporasiyası (IFC) "Bank Respublika" ASC-yə 40 milyon ABŞ dolları kredit ayırıb. Bankdan verilən məlumata görə, bununla bağlı tərəflər arasında saziş imzalanıb. Bu, son illər beynəlxalq maliyyə təşkilatları ilə Azərbaycan bankları arasında imzalanan ən böyük kredit müqavilələrindən biridir.

Bank mənbələrindən verilən məlumata görə, bu il ərzində daha bir neçə bank xaricdən irihəcmli vəsaitlər cəlb etməyə hazırlaşır. Maraqlıdır ki, hazırkı dollar bolluğunda inzibati qərarların da rolu var. Belə ki, Mərkəzi Bankı ötən ilin sentyabrında banklara daxili təlimat göndərib. Həmin təlimatda bankların saxlaya biləyəcəyi dolların həcminə məhdudiyyət tətbiq olunub, konkret həcm müəyyənləşdirilib. Bu həcmi aşan bankları isə cərimə gözləyir. Bəzi bank mütəxəssisləri hesab edirlər ki, bu təlimat Mərkəzi Banka nəhayət ki, Azərbaycanda banklararası bazarın işlək hala gəlməsinə nail olmağa imkan verib. Çünki banklar istədikləri qədər xarici valyuta saxlaya bilmirlər. Onlar məcburən Mərkəzi Bankın müəyyən etdiyi həcmdən artıq valyutanı sistem daxilindəki bazarda satışa çıxarırlar. Ehtiyacı olan banklar həmin həcmləri alırlar. Nəticədə tənzimləyici bankların dollarla bağlı vəziyyətini aydın şəkildə görür və əməliyyatları izləyə bilir. Banklar da öz növbəsində bank bazarından dollar əldə etməkdə maraqlıdır, çünki bu zaman xüsusən də xaricə ödəmələrdə nağdsız əməliyyatlarda komissiya tutulmur.

Dollara tələbatı azaldan daha bir amil kimi büdcənin icrasına başlanmaması göstərilir. Bir qayda olaraq, ilin ilk aylarında büdcədən yalnız icrası məcburi xarakter daşıyan ödənişlər üzrə vəsait xərclənir. Əsaslı xərcləmələr adətən mart ayından start götürür. Lakin nəzərə alsaq ki, bu tendensiya son illərdə daim müşahidə olunur və ilin əvvəlində ölkədə dollara tələbatın artmasına mane olmur, onda bu ilin istisna təşkil etməsi üçün əsas olmadığını söyləyə bilərik.

Dollara tələbatı azaldan əsas səbəblərdən biri inflyasiyanı cilovlamaq üçün Mərkəzi Bankın dövriyyədəki pul kütləsini azaltmaq siyasəti çıxış edə bilər. Qurumun 2023-cü il üçün pul-kredit siyasəti bəyanatında cari ildə müxtəlif alətlərdən istifadə etməklə dövriyyədəki manat kütləsini azaltmağa davam edəcəyini açıqlamışdı. Ötən ilin son aylarında, həmçinin yanvar ayı boyunca Mərkəzi Bank müxtəlif müddətləri əhatə edən notların yerləşdirilməsini sürətləndirib.

Digər tərəfdən, ötən ilin ikinci yarısından etibarən Azərbaycandan kənara valyuta çıxarılması prosesinə nəzarət sərtləşdirilib. İyul ayında Cinayət Məcəlləsi və İnzibati Məcəlləyə müxtəlif əməliyyatlar çərçivəsində xarici ölkələrə valyuta çıxararaq geri qayıtmasını təmin etməyən şəxslərə yönəlik cəzalar və cərimələrin kəskin artırılmasına dair dəyişikliklər qüvvəyə minib.

Ötən ilin sonlarında Milli Məclisdə "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun layihəsinin müzakirələri başlayıb. Qanun valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınmasına nəzarət qaydasını da müəyyən edir və bu sahədə bir sıra ciddi nəzarət tədbirlərini müəyyənləşdirir.

Bundan əlavə, ötən ilin noyabr ayında Milli Məclis  "Valyuta tənzimi haqqında" Qanuna dəyişiklikləri nəzərdə tutan layihənin də müzakirəsinə başlayıb. Müzakirələr zamanı təklif irəli sürən qurumun - Mərkəzi Bankın nümayəndələri qeyd edirdilər ki, son illərdə dünya iqtisadiyyatında baş verən proseslər valyuta əməliyyatları üzrə nəzarətin gücləndirilməsini zəruri edir. Bu isə valyuta əməliyyatları üzrə yeni effektiv nəzarət mexanizmlərinin tətbiqini labüdləşdirir. Dəyişiklik valyuta əməliyyatları ilə bağlı vahid məlumat bazasının formalaşdırılmasının və həmin bazadan istifadənin hüquqi əsaslarını müəyyən edir.

Qeyd edək ki, 2016-cı ildən faktiki olaraq valyuta əməliyyatında qeyri-rəsmi müəyyən məhdudiyyət var və valyuta əməliyyatı zamanı vətəndaşdan şəxsiyyət vəsiqəsi tələb olunur. İl ərzində təxminən 11 min 500-12 min dollara yaxın vəsaitin dəyişdirilməsi nəzərdə tutulur. Ümumi bir sistem yaradılıb və vətəndaş banka gedib valyuta əməliyyatı həyata keçirmək istəyərkən onun indiyədək nə qədər valyuta aldığı görünür. Nəticədə limit dolandan sonra ona valyuta satmaqdan imtina edilirdi. Ekspertlərə görə, yeni dəyişikliklə bunun qanunvericilik bazası yaradılıb, amma bu addım o qədər də effektiv olmaya bilər.  Çünki bunun praktiki tətbiqi çox çətin məsələdir. Yəni limiti dolan şəxsin başqasının adı ilə  valyuta alması mümkündür. Lakin təcrübə göstərir ki, indiyədək qeyri-rəsmi xarakter daşıyan limit valyuta alışına xeyli dərəcədə azaldıcı təsir göstərir.

Dollara tələbin azalması fonunda Dövlət Neft Fondundan valyuta satışının minimuma düşməsi diqqəti cəlb edir. Belə ki, ötən ilin dekabrında Mərkəzi Bankın hərraclarında satılan 595,9 milyon dolların cəmi 92,4 milyon dolları Dövlət Neft Fonduna məxsus olub. Fonddan "report"a verilən məlumatda qeyd olunur ki, 2022-ci ildə dövlət büdcəsinə proqnozda nəzərdə tutulandan daha çox vəsaitin daxil olması səbəbindən ARDNF-dən dövlət büdcəsinə transfert azalıb və bu, nəticə etibarilə fondun manat alışı məqsədilə həyata keçirdiyi valyuta satışına təsir göstərib.

Beləliklə, AMB uzun fasilədən sonra ilk dəfə ötən ay valyuta ehtiyatlarının bir hissəsini (503,5 milyon ABŞ dolları) hərraca çıxarmalı olub. Bununla belə, ay ərzində qurumun valyuta ehtiyatları 1 026,5 milyon ABŞ dolları və yaxud 12,9  faiz artaraq 7 969,2 milyon ABŞ dollarından 8 995,7 milyon ABŞ dollarına çatıb. Bu isə ölkədə dollar bolluğunun olmasından xəbər verir. Belə bolluğa həm də quru sərhədlərinin bağlı olması üzündən xarici səfərlərin azalması da təsir göstərir...

Ancelina Coli illərdir apardığı mübarizədən geri çəkildi: Pulu qurtarıb like
  • 27 Yan 08:52  
Digərləri Ancelina Coli illərdir apardığı mübarizədən geri çəkildi: Pulu qurtarıb

Hollivud aktrisası Ancelina Coli qadınlara qarşı zorakılıqla mübarizə xe

arrow Ətraflı
Kinoittifaqın sədri ətrafında like
  • 27 Yan 08:48  
Digərləri Kinoittifaqın sədri ətrafında

Şəfiqə Məmmədova ittihamlar qarşısında;  Azərbaycan Kinematoqrafçıla

arrow Ətraflı
"Məsələləri mürəkkəbləşdirməyin, dərhal atəşkəs lazımdır" like
  • 27 Yan 08:47  
Dünya "Məsələləri mürəkkəbləşdirməyin, dərhal atəşkəs lazımdır"

Ukraynadakı böhranın sülh yolu ilə nizamlanması lazımdır, lakin bu, ayla

arrow Ətraflı
”Evimizə daşınan şübhəli sular  kim nəzarət etməlidir? like
  • 27 Yan 08:46  
Digərləri ”Evimizə daşınan şübhəli sular kim nəzarət etməlidir?

Eyyub Hüseynov: "Azərbaycanda su biznesinə heç kim nəzarət etmir"

arrow Ətraflı
Qəzza zolağından İsrailə 2 raket atılıb like
  • 27 Yan 08:39  
Dünya Qəzza zolağından İsrailə 2 raket atılıb

Yanvarın 26-dan 27-nə keçən gecə Qəzza zolağından İsrail ərazisinə ik

arrow Ətraflı
Röyanın qovulmasına köməkçisindən reaksiya like
  • 27 Yan 08:29  
Şou-biznes Röyanın qovulmasına köməkçisindən reaksiya

Bir neçə gündür sosial şəbəkələrdə tanınmış mügənni Röya Ayxanı

arrow Ətraflı
BVF Ukraynaya 16 milyard ayıra bilər like
  • 27 Yan 08:24  
Dünya BVF Ukraynaya 16 milyard ayıra bilər

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 16 milyard dollara qədər çoxillik y

arrow Ətraflı
Etirazlar 47 gündür like
  • 27 Yan 08:18  
Digərləri Etirazlar 47 gündür

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
ABŞ Türkiyəyə F16ların satışı ilə bağlı like
  • 27 Yan 07:57  
Dünya ABŞ Türkiyəyə F16ların satışı ilə bağlı

ABŞ prezidenti Co Baydenin administrasiyası F-16 qırıcılarının satışın

arrow Ətraflı
"Terminator" Ukrayna ordusunun məntəqələrini vurdu like
  • 27 Yan 07:52  
Dünya "Terminator" Ukrayna ordusunun məntəqələrini vurdu

Rusiyanın "Terminator" texnikası Kremennoy ərazisində Ukrayna qoş

arrow Ətraflı
Avropa Komissiyası iki ölkəni məhkəməyə verdi like
  • 27 Yan 07:46  
Dünya Avropa Komissiyası iki ölkəni məhkəməyə verdi

Avropa Komissiyası Bolqarıstan və Slovakiyanı yerli qanunvericiliyə bərpao

arrow Ətraflı
Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb like
  • 27 Yan 07:36  
Dünya Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb

Artıq 12 ölkə Ukraynanın Rusiyanın hərbi təcavüzünə qarşı mübarizə

arrow Ətraflı
Ermənilər meşələrimizi belə məhv edir  FOTO like
  • 27 Yan 07:31  
Digərləri Ermənilər meşələrimizi belə məhv edir FOTO

Qarabağdakı ermənilər ekoloji böhranı daha da dərinləşdirirlər.

arrow Ətraflı
Aİ Rusiyanın dondurulmuş pullarını like
  • 27 Yan 07:26  
Dünya Aİ Rusiyanın dondurulmuş pullarını

Avropa Komissiyası Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin bir h

arrow Ətraflı
BMT Ukraynaya 50 milyon ayırdı like
  • 27 Yan 07:21  
Dünya BMT Ukraynaya 50 milyon ayırdı

BMT-nin Humanitar Fondu Ukraynanın şərqində və cənubunda humanitar əməli

arrow Ətraflı