Hər iki həyat yoldaşı güllələndi, ona görə qadınlar çadrasını atdı,


Kriminal 22 Yan 2023 14:00:00 259 0

Hər iki həyat yoldaşı güllələndi, ona görə qadınlar çadrasını atdı,

Son.az Kulis.az-a istinadən Xalq artisti, böyük aktrisa Mərziyyə Davudova haqqında maraqlı faktları təqdim edir.

Mərziyə Yusif qızı Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olub. Kəndlərindəki dördillik "Darültəhsil", daha sonra isə "İqbal" rus-tatar məktəbində oxuyur. Bu dövrlərdə teatr fəaliyyətinə başlayır, burada həvəskarların hazırladıqları tamaşalarda oynayır.

***

İlk dəfə səhnəyə "Birinci teatr" adlı tamaşada Ərəfə rolunu oynayır. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onun oyununu bəyənir və onu Bakıya dəvət edir. Həmin ərəfədə on altı yaşlı Mərziyyə anasını itirir. 1919-cu ildə isə Bakıya gəlib Birləşmiş Dövlət Teatrosu nəzdindəki kollektivə aktrisa qəbul edilir.

Aktrisanın ən böyük arzusu Hüseyn Ərəbliniski ilə səhnədə tərəf müqabili olmaq olur. Lakin, 1919-cu ildə Ərəblinski öldürülür. Mərziyyə Davudova o dövrün ən güclü aktyorlarından biri olan Abbas Mirzə Şərifzadə ilə eyni səhnəni paylaşır. Getdikcə onların arasında isti, yaxın münasibət yaranır. Bu yaxınlıq onların ailə qurmasına səbəb olur.

***

Mərziyyə Davudova çox qısa müddətdə Akademik Milli Dram teatrının ən aparıcı aktrisalarından birinə çevrilir. "Sevil" pyesində Sevil rolunu o qədər təbii ifa edir ki, tamaşaya baxmağa gələn qadınlar zaldaca çarşablarını çıxarıb atırlar.

***

Onun səhnədə göstərdiyi təbii oyunu və sənət yanğısı haqqında Cəfər Cabbarlı yazırdı: "Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir".

Aktrisa qısa müddətlik Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olur.

***

Aktrisa 1936-cı ildə Xalq artisti adını alır. 1956-1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləyir. Azərbaycan SSR Ali Sovetinin deputatı olur.

***

O, "Maqbet", "İblis", "Otello", "Sevil" kimi tamaşalarda özünə məxsus rollar ifa edib. "Hacı Qara", "Bir ailə", "Bakının işıqları" filmlərinə çəkilir. "Bəxtiyar" filmində Bəxtiyarın anası Gülbadam rolunu ifa edir.

"İblis" tamaşasında Abbas Mirzə Şərifzadə ilə tərəf müqabili olur. Tamaşa böyük uğur qazanır. Amma bir müddət sonra cütlük boşanır. Mərziyyə Davudova ikinci dəfə digər istedadlı həmkarı Ülvi Rəcəblə ailə qurur. Bu evlilikdən onların Rauf adlı oğlu dünyaya gəlir.

***

Mərziyyə xanım Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli və mürəkkəb qadın obrazları yaratdır.

Xalq artisti Hökümə Qurbanova öz xatirələrində yazırdı: "Bu da taleyin qismətidir. Mərziyyə xanımın ilk dəfə yaratdığı obrazları sonralar mən oynadım. Həmişə həyəcan keçirirdim ki, o bu məsələyə necə baxacaq. Böyük ürək və istedad sahibi idi. Həmişə tamaşadan sonra məni ilk təbrik edib oyunumu bəyəndiyini söyləyən Mərziyyə xanım olardı. Bu aktrisa əsl sənət fədaisi kimi gənclərə xüsusi qayğı göstərərdi".

***

1937-ci ilin repressiyası aktrisanın taleyindən yan keçmir. 1937-ci ildə həyat yoldaşı Ülvi həbs olunaraq güllələnir. 1937-ci il dekabrın 3-də Dövlət Təhlükəsizliyi İdarəsi 3-cü şöbəsinin müvəkkili, leytenant Kovrijenko Şərifovun məsuliyyətə cəlb edilib həbs olunması barədə qərar verir. Qərar yuxarı instansiyalarda da təsdiq edilir. Böyük teatr xadimini ad günü ərəfəsində həbsə alırlar. Bakının Çadrovaya küçəsi, 115 ünvanda yerləşən evində axtarış aparılır və müsadirə zamanı tapdıqları bir teatr qılıncı və iki teatr tapançası olur. 1938-ci il oktyabrın 30-da 44 yaşlı Abbas Mirzənin casusluq fəaliyyətinə görə güllələnməsi qərara alınır. Əmr isə noyabrın 16-da yerinə yetirilir.

Ancaq 1955-ci ilə qədər Mərziyyə xanım və qızı, aktrisa Firəngiz Şərifova onun necə öldüyünü bilmir. Həmin il oktyabrın 15-də Firəngiz xanım Dövlət Təhlükəsizliyi Komitəsinə müraciət edərək atasının son taleyi haqqında məlumat verilməsini tələb edir. SSRİ Baş Prokurorluğu Abbas Mirzənin işini araşdırıb onun haqqında çıxarılmış qərarı ləğv edir və iş xətm olunur. Ancaq nədənsə Firəngiz xanıma atasının 1938-ci il noyabrın 16-da güllələndiyini deyil, 1941-ci il noyabrın 1-də ürək infarktından vəfat etdiyini bildirirlər.

***

Mərziyyə Davudova uzun zaman istintaq üçün hüquq orqanlara çağırılır. Deyilənə görə, əri repressiya olunandan sonra Mərziyyə Davudova balaca boxça yığıb, evin bir küncündə saxlayırmış ki, indi gəlib onu da aparacaqlar, güllələyəcəklər. O illərin xofu ömrünün sonuna kimi Mərziyyə xanımın qəlbində yaşayır.

***

Mərziyyə Davudova 6 yanvar 1962-ci ildə Bakı şəhərində uzun sürən xərçəng xəstəliyindən vəfat edir.

Son.az 

Serenay 1.5 milyon qazandı like
  • 22 Yan 13:51  
Şou-biznes Serenay 1.5 milyon qazandı

"Ailə" serialı ilə ekranlara qayıtmağa hazırlaşan aktrisa Seren

arrow Ətraflı
Pəhriz zamanı da dadlı yeməklər yemək olar like
  • 22 Yan 13:40  
Digərləri Pəhriz zamanı da dadlı yeməklər yemək olar

Hər bir pəhriz aclıq, halsızlıq və stress deməkdir. Xörəkləri tərəv�

arrow Ətraflı
Moskvada binaların damlarında hava hücumundan müdafiə sistemləri niyə yerləşdirilib? like
  • 22 Yan 13:31  
Dünya Moskvada binaların damlarında hava hücumundan müdafiə sistemləri niyə yerləşdirilib?

Rusiyada binaların damlarında hava hücumundan müdafiə sistemlərinin quraş

arrow Ətraflı
Qlobal neft hasilatı rekord həddə yüksələcək like
  • 22 Yan 13:20  
Digərləri Qlobal neft hasilatı rekord həddə yüksələcək

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal ortalama gündəlik neft hasilatı il�

arrow Ətraflı
“Toppuş bacı”nın ƏRİ: "Gördüyüm, tanıdığım ən gözəl insan, qiyamətdə görüşərik" like
  • 22 Yan 13:14  
Şou-biznes “Toppuş bacı”nın ƏRİ: "Gördüyüm, tanıdığım ən gözəl insan, qiyamətdə görüşərik"

Xəbər verdiyimiz kimi, xərçəngdən əziyyət çəkən Əməkdar artist Tün

arrow Ətraflı
Arestoviçdən gözlənilməz açıqlama: like
  • 22 Yan 13:11  
Dünya Arestoviçdən gözlənilməz açıqlama:

Kiyev döyüş meydanında qalib gəlmək şansını itirir.

arrow Ətraflı
Naxçıvanda kişi baldızı qızını yoldan çıxardı: "Yerə boş meşok sərdi..." like
  • 22 Yan 13:00  
Kriminal Naxçıvanda kişi baldızı qızını yoldan çıxardı: "Yerə boş meşok sərdi..."

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda 1983-cü il təvəllüdlü

arrow Ətraflı
Müdafiə Nazirliyinin həftəlik icmalı like
  • 22 Yan 12:54  
Siyasət Müdafiə Nazirliyinin həftəlik icmalı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

arrow Ətraflı
Azərbaycanda məktəbli qız zorlanıb? like
  • 22 Yan 12:51  
Kriminal Azərbaycanda məktəbli qız zorlanıb?

Azərbaycanda rayonların birində məktəbli qız zorlanıb.

arrow Ətraflı
Üzdəki ölü hüceyrələri təmizləyən maska like
  • 22 Yan 12:40  
Digərləri Üzdəki ölü hüceyrələri təmizləyən maska

Gündəlik istifadə etdiyimiz kosmetik vasitələr, ətraf mühit və çirkli h

arrow Ətraflı
Əməkdar artist Tünzalə Əliyeva like
  • 22 Yan 12:38  
Şou-biznes Əməkdar artist Tünzalə Əliyeva

Azərbaycan Respublikasının Əməkdar artisti, Tünzalə Əliyeva vəfat edib.

arrow Ətraflı
Almaniyanın müdafiə naziri Ukraynaya səfər edəcək like
  • 22 Yan 12:31  
Dünya Almaniyanın müdafiə naziri Ukraynaya səfər edəcək

Almaniyanın müdafiə naziri Boris Pistorius tezliklə - yaxın dörd həftəd�

arrow Ətraflı
“Mərsiyə məclisləri İslamda haram sayılır” like
  • 22 Yan 12:20  
Digərləri “Mərsiyə məclisləri İslamda haram sayılır”

İlahiyyat İnstitunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirino

arrow Ətraflı
Finlandiya Rusiyanın 187 milyon avroluq aktivlərini dondurub like
  • 22 Yan 12:11  
Dünya Finlandiya Rusiyanın 187 milyon avroluq aktivlərini dondurub

Finlandiya Rusiyanın 187 milyon avro məbləğində aktivlərini dondurub.

arrow Ətraflı
Həftənin ilk iş gününün HAVAsı like
  • 22 Yan 12:02  
Digərləri Həftənin ilk iş gününün HAVAsı

Yanvarın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk

arrow Ətraflı