“Xan Şuşinski, Sara Qədimova, Qədir Rüstəmov da toylara gediblər, amma onlar...”


Digərləri 21 Yan 2023 03:44:00 336 0

“Xan Şuşinski, Sara Qədimova, Qədir Rüstəmov da toylara gediblər, amma onlar...”

"1-ci və 2-ci kurslarda Cövdət Hacıyevin tələbəsi olmuşam. 3-cü kursda Cövdət Hacıyev dedi ki, məndən nə öyrəndinsə öyrəndin, indi sənə məsləhət görürəm ki, Qara Qarayevin sinfinə keçəsən. Mən təəccübləndim. Amma onlar Qara Qarayevlə bu məsələni artıq həll etmişdilər. 3-cü kursdan mən Qara Qarayevin tələbəsi oldum və müasir musiqiyə çox böyük həvəsim başladı. Qara Qarayev həmişə mənə deyirdi ki, sən həm gözəl pianoçu, həm də bəstəkarsan. Amma 7-8 saat pianoçu kimi vaxtını sərf etmə, daha çox musiqi yazmağa fikir ver. Biz müəllimlərimizi sevmişik, onlara heyran olmuşuq. Bu gün uşaqlar öz müəllimlərinə heç hörmət etmirlər, onları sevmirlər, heyranlıq deyilən bir şey yoxdur. Bəzən gənclər müasirliyi eybəcərliklə səhv salırlar".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib.

"Heç vaxt musiqi yazmağa vaxtım olmayıb. Həmişə dərs demişəm, pul qazanmışam, yoldaşım da, mən də ailə saxlamışıq. Konservatoriyaya gedib həftədə 32 saat dərs deyirdim. Türkiyədə 3 yerdə işləyirdim. Musiqi həyatımın cöhvəridir" deyə bəstəkar bildirib.

Firəngiz Əlizadə yeni yazılan mahnılardan da danışıb.

"Telekanallarda bədii şuralar bərpa olunandan sonra bir az dəyişiklik var. Amma heç nə tam, 100 faiz deyil. Mütləq o bədii şuralarda bəstəkarlar olmalıdır. Çünki telekanal biləvasitə musiqi ilə əlaqəlidir. Təəssüf hissi ilə deyirəm ki, biz hələ də klassik bəstəkarlarımızı, onların əsərlərini lazımı qədər təbliğ edə bilməmişik. Bizim muğam çox yüksək səviyyədədir, amma əcnəbi dillərdə biz bunları yetərincə təbliğ edə bilmirik. Verilişlər, proqramlar toyxanaya çevrilməməlidir. Xan Şuşinski, Sara Qədimova, Qədir Rüstəmov da toylarda ifa ediblər, amma bu onların əsas işinə çevrilməyib. Özü də onlarda başdan ayağa toyu aparmayıblar. Sevənləri olub ki, dəvət edib, gedib hörmətlə, izzətlə, sanballa 1-2 mahnı oxuyub gəliblər. Müasir mahnıların bir çoxuna qulaq asırsan, bilmirsən hind mahnısıdır, yaxud da ərəb? Sözlər də mənasız, çox bəsitdir, eyni fikirlər, sözlər 10-15 dəfə təkrar olunur. Mövzu da yoxdur. Nə vətənpərvərlik mövzusu var, nə də ki, sevgi, məhəbbət. Başa düşürəm ki, gənclər şux mahnı istəyirlər, amma bizim öz şux mahnılarımız da az deyil. O vaxt bəstəkar mahnı yazırdı, fikrində tuturdu ki, bu mahnını filankəs oxusun. Yaxud da öncədən bilirdi ki, mahnını kimi nəzərdə tutub yazır. Bu gün mahnını müğənni yazır, müğənni oxuyur. Söhbət mahnıdan gedirsə, burada məsuliyyət daşıyan müğənni yox, bəstəkardır" deyə sənətkar bildirib.

Hamının hər gün etdiyi bu vərdiş iki qadının kor olmasına səbəb oldu like
  • 21 Yan 03:01  
Digərləri Hamının hər gün etdiyi bu vərdiş iki qadının kor olmasına səbəb oldu

22 və 24 yaşlarında olna iki qadın oftolmoloqa qəfildən görmə qabiliyyə

arrow Ətraflı
Şakiranın Pikenin xəyanətindən necə xəbər tutduğu məlum oldu   çiyələk mürəbbəsi... like
  • 21 Yan 02:22  
Şou-biznes Şakiranın Pikenin xəyanətindən necə xəbər tutduğu məlum oldu çiyələk mürəbbəsi...

Şakiranın Pikenin xəyanətindən necə xəbər tutduğu üzə çıxıb.

arrow Ətraflı
Bu təbii üsulla və 6 hərəkətlə görmənizi yaxşılaşdıra bilərsiniz like
  • 21 Yan 02:01  
Digərləri Bu təbii üsulla və 6 hərəkətlə görmənizi yaxşılaşdıra bilərsiniz

Gözlərin yaxşı görməsi insanın həyat fəaliyyətinə birbaşa təsir edi

arrow Ətraflı
Ən qorxmaz bürclər  Kimlər gözünü qırpmadan ölümə gedə bilər? like
  • 21 Yan 01:44  
Digərləri Ən qorxmaz bürclər Kimlər gözünü qırpmadan ölümə gedə bilər?

Bilinməyən qorxuludur. İnsanları səbəbini anlamadığı, yaxud qeyri-müə

arrow Ətraflı
Bel ağrılarından birdəfəlik qurtarmağın yolları like
  • 21 Yan 01:01  
Digərləri Bel ağrılarından birdəfəlik qurtarmağın yolları

Sağlamlıqla əlaqədar meydana çıxan problemlərdən biri də bel ağrılar�

arrow Ətraflı
Tərəf müqabili olacaqlar like
  • 21 Yan 00:22  
Şou-biznes Tərəf müqabili olacaqlar

"Dünyayı dəyişdirən Aytən" serialına yeni aktyor daxil olub.

arrow Ətraflı
Günün qoroskopu: Qarşılıqlı anlaşmaya ciddi zərurət var like
  • 21 Yan 00:01  
Digərləri Günün qoroskopu: Qarşılıqlı anlaşmaya ciddi zərurət var

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
15 gün əvvəl ölən kişinin meyiti tapılıb like
  • 20 Yan 23:54  
Digərləri 15 gün əvvəl ölən kişinin meyiti tapılıb

Cəlilabadda evdə 15 gün əvvəl ölən kişinin meyiti aşkarlanıb.

arrow Ətraflı
ABŞ "Vaqner"ə sanksiya tətbiq edəcək like
  • 20 Yan 23:52  
Dünya ABŞ "Vaqner"ə sanksiya tətbiq edəcək

ABŞ növbəti həftə Rusiyanın "Vaqner" qrupuna qarşı sanksiya t�

arrow Ətraflı
Məşhur şoumen həbs oluna bilər like
  • 20 Yan 23:51  
Digərləri Məşhur şoumen həbs oluna bilər

Türkiyəli şoumen Mehmet Əli Ərbil hakim qarşısına çıxıb.

arrow Ətraflı
Nazir Hüseynovu rəis müavini təyin etdi like
  • 20 Yan 23:49  
Digərləri Nazir Hüseynovu rəis müavini təyin etdi

Göygöl Rayon Polis Şöbəsinin rəisinin yeni müavini təyin edilib.

arrow Ətraflı
Putin Patruşevin köməkçisini işdən çıxardı  SENSASİON SƏBƏB like
  • 20 Yan 23:47  
Dünya Putin Patruşevin köməkçisini işdən çıxardı SENSASİON SƏBƏB

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası katibinin köməkçis

arrow Ətraflı
Putin TŞnin iclasını keçirdi: Ukrayna müzakirəsi... like
  • 20 Yan 23:45  
Dünya Putin TŞnin iclasını keçirdi: Ukrayna müzakirəsi...

Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında Təhlükəsizlik Şuras

arrow Ətraflı