Tovuzquşu, Qafqaz qırqovulu, yapon toyuqları, xalmaqor qazları... VİDEO FOTO


Digərləri 18 Yan 2023 21:15:00 230 0

Tovuzquşu, Qafqaz qırqovulu, yapon toyuqları, xalmaqor qazları...  VİDEO  FOTO

Qafqaz qırqovulu, tovuzquşu, yapon toyuqları, kəklik, tutuquşu, linda, xalmaqor qazları... Bunlar hansısa zooparkda saxlanılan ekzotik quşların siyahısı deyil. Bu quşları Xaçmaz rayonunun Çaykənarı kəndində yaşayan Ömər Hacıbalayev öz təsərrüfatında bəsləyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ixtisasca mühəndis olan 70 yaşlı Ömər Hacıbalayev 10 ildən çoxdur şəxsi təsərrüfatında müxtəlif ekzotik quşları saxlayır. Bir vaxtlar Baykal-Amur magistralının tikintisində belə işləmiş təcrübəli mütəxəssis uşaqlıqdan quşlara, heyvanlara xüsusi diqqətlə yanaşıb. On yaşı olanda şəhər evində tutuquşu, bülbül və balıqlar saxlayıb. Bir vaxtların hobbisi indi onun əsas məşğuliyyətidir.

Ömər Hacıbalayevin fermasındakı quşların sayı 100-ə yaxındır. Təsərrüfatında ümumilikdə 25 növ ekzotik quş var.

"Əvvəllər bu quşları yalnız maraq üçün saxlayırdım. İndi bu məşğuliyyətdən gəlir əldə edirəm. Ən bahalısı tovuzquşlarıdır. Böyüklərini 300-350 manata, balalarını isə 100-150 manata satmışam. Lakin tovuzquşu digər quşlara nisbətən az məhsuldardır. Üç ildən sonra yumurtlamağa başlayır və bir ilə cəmi 15 yumurta verə bilir. Qırqovulları alıcılara 25 manata təklif edirəm. Ən çox tələbat olan xalmaqor qazlarıdır. Bu qazın özü diri çəkidə 80 manata, yumurtasının bir ədədi isə 25 manata satılır. Heyratı, brahma toyuqların yumurtalarını istəyənlər də çoxdur", - deyə təsərrüfatçı söyləyir.

Ömər Hacıbalayev ekzotik quşların bəslənilməsinin çətin olmadığını bildirir. Amma bu quşlara qulluq zamanı hər növün özünəməxsus xüsusiyyətlərini nəzərə almaq, qida rasionunu düzgün müəyyənləşdirmək və xəstəliklərdən qorumaq lazımdır.

"Bəzi quşları ətinə görə saxlayıram. Xalmaqor qazlarına bizim yerli qazlarla eyni yem verirəm. Yerli qazlar 3-3,5 kiloqram, xalmaqor qazları isə 8-9 kiloqram ət verir. Quşlardan başqa, heyvandarlıq təsərrüfatım da var. Orada da yerli heyvanlarla yanaşı, xarici ölkədən gətirilən qoyun və keçilər saxlayıram. Əsas dolanışığım təsərrüfatdan çıxır", - deyə o bildirib.

Dünya bu qadından danışır: like
  • 18 Yan 21:10  
Digərləri Dünya bu qadından danışır:

ABŞ hərbi kəşfiyyatına ən çox ziyan vuran Kuba kəşfiyyatçısı Ana Mon

arrow Ətraflı
Rahidə: “İki il depressiya yaşadım”  VİDEO like
  • 18 Yan 20:49  
Şou-biznes Rahidə: “İki il depressiya yaşadım” VİDEO

"İki il depressiya yaşadım.  Səbəbini isə yaxınlarım bilir. Uzun z

arrow Ətraflı
“3 saat oturub gözləyir ki, görsün kimkimin arvadını aldı” like
  • 18 Yan 20:41  
Şou-biznes “3 saat oturub gözləyir ki, görsün kimkimin arvadını aldı”

İllər öncə televiziyadan uzaqlaşan tanınmış aparıcı Azər Zahid "

arrow Ətraflı
Kakaolu, dadlı və gözəl görünüşlü şirniyyat  VİDEO like
  • 18 Yan 20:40  
Digərləri Kakaolu, dadlı və gözəl görünüşlü şirniyyat VİDEO

Son.az lent.az-a istinadən növbəti resepti təqdim edir.

arrow Ətraflı
İlham Əliyev çinli dostlarımızı onların təqvimi üzrə Yeni il münasibətilə təbrik edib like
  • 18 Yan 20:30  
Siyasət İlham Əliyev çinli dostlarımızı onların təqvimi üzrə Yeni il münasibətilə təbrik edib

Mən çinli dostlarımızı Çin təqvimi üzrə Yeni il münasibətilə təbrik

arrow Ətraflı
"Allah ağlımı başımdan almasın"  VİDEO like
  • 18 Yan 20:29  
Şou-biznes "Allah ağlımı başımdan almasın" VİDEO

"Həmkarlarım saç rəngləmək, qaş almaq, kiməsə artıq-əskik söz d

arrow Ətraflı
İlham Əliyev Davos Forumunda dəyirmi masada iştirak edib like
  • 18 Yan 20:28  
Siyasət İlham Əliyev Davos Forumunda dəyirmi masada iştirak edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 18-də Azərbaycan Respubl

arrow Ətraflı
İlham Əliyev: Bu, bütün ölkələr, o cümlədən bizim ölkə üçün də çox yaxşı siqnaldır like
  • 18 Yan 20:27  
Siyasət İlham Əliyev: Bu, bütün ölkələr, o cümlədən bizim ölkə üçün də çox yaxşı siqnaldır

Çin iqtisadiyyatı təkcə ölkənizlə məhdudlaşmır. Onun qlobal iqtisadiyy

arrow Ətraflı
Prezident: Çinin qlobal arenada gördüyü işlər yüksək qiymətləndirilməlidir like
  • 18 Yan 20:26  
Siyasət Prezident: Çinin qlobal arenada gördüyü işlər yüksək qiymətləndirilməlidir

Sizə səmimi deyə bilərəm ki, dəstək və əməkdaşlıqla bağlı qlobal a

arrow Ətraflı
"Kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdıq" like
  • 18 Yan 20:25  
Siyasət "Kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdıq"

Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik

arrow Ətraflı
Prezident: Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür like
  • 18 Yan 20:24  
Siyasət Prezident: Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür

Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yü

arrow Ətraflı
İlham Əliyev: Siyasətimiz hər zaman əməkdaşlığa əsaslanıb like
  • 18 Yan 20:23  
Siyasət İlham Əliyev: Siyasətimiz hər zaman əməkdaşlığa əsaslanıb

Düşünürəm ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bi

arrow Ətraflı
Azərbaycanın hədəfi Avropa bazarına qaz ixracını iki dəfə artırmaqdır like
  • 18 Yan 20:22  
Siyasət Azərbaycanın hədəfi Avropa bazarına qaz ixracını iki dəfə artırmaqdır

Biz komanda işini qurmağa nail olduq. İndi - bütün bu infrastruktur layihə

arrow Ətraflı
Prezident: Enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaratmışıq like
  • 18 Yan 20:21  
Siyasət Prezident: Enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaratmışıq

Biz enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə

arrow Ətraflı
İlham Əliyev: Başladığımız bütün proqramların hamısı icra olunub like
  • 18 Yan 20:19  
Siyasət İlham Əliyev: Başladığımız bütün proqramların hamısı icra olunub

Mən hər il regionlara təxminən 30-40 səfər edirəm və insanları hansı p

arrow Ətraflı