“3 saat oturub gözləyir ki, görsün kimkimin arvadını aldı”
Şou-biznes 18 Yan 2023 20:41:00 400 0
İllər öncə televiziyadan uzaqlaşan tanınmış aparıcı Azər Zahid "Tik-Tok" sosial şəbəkədəsində fərqlilik edərək veriliş yayımlayıb. Ötən gün "Təkərdə" realiti şousunun ilk buraxılışı təqdim olunub. Realiti şouda "Tik-Tok"un ən məşhur və qalmaqallı yayımçıları iştirak edir. Sözügedən şounu bir gündə 47 mindən çox insan izləyib. Bəziləri iddia edir ki, sosial şəbəkələr zamanla ənənəvi teleyayımları sıradan çıxaracaq. Çünki artıq insanlar televiziyalardan çox sosial şəbəkələrə maraq göstərir.
Bu xəbəri də oxu: "İkinci evliliyə pis baxıram, boşansam, ailə qurmayacağam" VİDEO
Mövzu ilə yenisabah.az-a danışan tanınmış teleaparıcı Rövşanə Bektaşi bildirib ki, insanlar bir yenilik gördükdə digərindən zamanla uzaqlaşırlar: "Televiziyaya yaxud sosial şəbəkələrə baxmaq hər insanın öz seçimidir. Artıq bir inkişaf var, bir zamanlar kino çıxanda istər-istəməz digər sahələrə maraq azaldı. Teatr çıxanda ədəbiyyata marağın azalacağı deyilirdi. Televiziya kəşf olunanda teatrlara baxan olmayacağı deyilirdi. İndi internet əsridir, dünya tamamilə inkişaf edib. Bu gün dünya ovcumuzun içərisindədir. Biz bəzən həqiqətlə barışmaq, qəbullanmaq istəmirik, amma hər zaman bu ziddiyət olub, yenilik çıxanda köhnədən beşəlli yapışırıq ki, yox, mümkün deyil, biz bunu buraxa bilmərik. Amma zaman öz diktəsini edir. İsətsək də, istəməsək də zamanla yeniliyə qapı açmağa məcburuq. Bu gün artıq sosial media dediyimiz məkan qəzetlərə marağı öldürüb. Biz bir zamanlar qəzetlərdən də yapışmışdıq ki, mütləq qalmalıdır, amma bu gün qəzet sıradan çıxır. Çox az qism insan qəzet alıb oxuyur. İnsanlar qəzet almırlar. Bu gün hətta kinoteatrlara gedənlər də azalıb, çünki hər şey əlimizin içindədir. Bu da yəqin ki, bir keçid dövrüdür. Demək olmaz ki, televiziya verilişlərinə maraq azdır, xeyr, verilişlər yetərincə baxılır, reytinqlər var. Amma ola bilər ki, zamanla sosial mediada yayımlanan internet verilişləri daha maraqlı və dinamik olsun".
Onun sözlərinə görə, artıq insanların 2-3 saatlıq verilişlərə baxmağa hövsələsi yoxddur:
"İnsanların 2-3 saat yayımlanan verilişlərə baxmağa həvəsi yoxdur. Onlar 3 saatlıq canlı yayımları izləmək istəmirlər, artıq buna vaxt da yoxdur. Söhbət orta və gənc nəsildən gedir, yaşlı nəsil nənələr oturub sosial verilişlərə baxırlarsa, bu göstərici ola bilməz, çünki kütləvi deyil. Hələ ki, bir uçurum arasında qalmışıq. Ola bilər ki, 5-10 ildən sonra sosial media bütövlükdə televiziya anlayışını arxivləşdirsin. Təbii ki, biz bunun olmasını istəməzdik, lakin gələn sel qarşısında insan aciz olur. Ona görə də bu halda biz məcburuq ki, qəbul edək. Soail media verilişlərinin hansı formada olacağını, hansı formada həyatımıza girəcəyini isə zaman göstərəcək. İndiki halda iki cəbhə var: televiziya izləyiciləri və sosial media izləyiciləri. Hələlik mübarizə gedir, sonda hansı qalib, hansı məğlub olacaq zamanla görəcəyik".
Uzun illərdir televiziya sahəsində çalışan Rövşanə Bektaşi qısa verilişlərin tərəfdarı olduğunu deyib:
Son.az lent.az-a istinadən növbəti resepti təqdim edir.
Mən çinli dostlarımızı Çin təqvimi üzrə Yeni il münasibətilə təbrik
"Həmkarlarım saç rəngləmək, qaş almaq, kiməsə artıq-əskik söz d
Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 18-də Azərbaycan Respubl
Çin iqtisadiyyatı təkcə ölkənizlə məhdudlaşmır. Onun qlobal iqtisadiyy
Sizə səmimi deyə bilərəm ki, dəstək və əməkdaşlıqla bağlı qlobal a
Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik
Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yü
Düşünürəm ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bi
Biz komanda işini qurmağa nail olduq. İndi - bütün bu infrastruktur layihə
Biz enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə
Mən hər il regionlara təxminən 30-40 səfər edirəm və insanları hansı p
Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanma
Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşl�
Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, tək