Şeyx Əbdül: Bəhramın cəsarəti çatmayıb desin ki…
Şou-biznes 17 Yan 2023 09:25:00 1130 0
Kənddən gələn biri kimi demək istəyirəm ki, o vaxt biz şəhərdə elm, təhsil, mədəniyyət axtarışında idik. Böyük şəhərlər mədəniyyət, sənət beşiyi, elm mərkəzi olub. Ancaq bu gün kənd sakini şəhərə elm, təhsil dalınca deyil, dolanışıq üçün gəlir. Ən ciddi problem budur.
Bu xəbəri də oxu: Dünyanın ən qoca rəqqasəsi öldü
Bu sözləri kult.az-a açıqlamasında xalq artisti Şeyx Əbdül Mahmudov əməkdar artist Bəhram Bağırzadənin rayondan gələn bəzi insanların şəhər mədəniyyətini mənimsəməməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
"Bəhramın dediyi məsələni mən başqa aspektdən izah etmişəm. Televiziyalarda bu mövzuyla bağlı gedən verilişlərdə əvvəllər mən də iştirak edirdim. Ancaq bundan psixoloji və mənəvi əzab çəkdim. Çünki bunun sosial faciə olduğunu gördüm. Bəlli oldu ki, kəddə yaşayan övladlarımızın ən böyük problemi sosial məsələlərdən doğur. Bu insanlar özlərinə bir yol tapa bilmirlər.
Çox təəssüf ki, kənd mühitində doğulub böyüyən şəxs rayondakı işsizlik, problemlər ucbatından Bakıya üz tutur. Halbuki o şəxslərə yaşadıqları yerdə şərait yaradılsa, bu cür müzakirələrə də ehtiyac qalmaz", - xalq artisti bildirib.
Ş.Ə.Mahmudovun sözlərinə görə, belə məsələlər izah edilmədən birmənalı şəkildə danışmaq sözsüz ki, narazılığa səbəb olur:
"Əminəm ki, Bəhramın qətiyyən kəndçiləri aşağılamaq fikri olmayıb. Sadəcə olaraq ya hər şeyi olduğu kimi deməyə cəsarəti çatmayıb, ya da izah etmədən birbaşa nəticəni deyib. Kəndçilər necə dolanmalıdır? Otlaq sahəsin əlindən alırsansa və yaxud çox baha qiymətə ona icarəyə verirsənsə, əkin sahələri əsasən böyük sahibkarların əlindədirsə, meyvəsini, tərəvəzini, kartof-soğanını gətirib şəhərdə sata bilmirsə, qapısında isə qəpik-quruşa verirsə, necə yaşasın? Kəndçi niyə gətirib məhsulunu rahat satıb gedə bilmir? Onlara niyə şərait yaradılmır? Bayramdan-bayrama 2-3 yarmarka yaratmaqla deyil, bu məsələlər köklü şəkildə həll edilməlidir.
Həll edilmir, insanlar da ailələrini qoyub, Bakıya, yaxud Rusiyaya üz tuturlar, nəticədə də elə problem yaranır".
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus av
Hamiləliyin son aylarında qadınları düşündürən məsələlərdən biri d
Ukraynadakı müharibə Serbiyaya mənfi təsir edib.
İngiltərədə on minlərlə tibb bacısı hökumətin maaşları artırması �
Qanaxmalar daxili və xarici omaqla 2 növə ayrılır. Daxili qanaxmaya diqanoz
Rusiyalı hakerlər ABŞ-ın Vergi Xidmətinin sistemlərinə müdaxilə edərə
"Ukraynanın enerji infrastrukturunun çökməsi hər an baş verə bilər&
Dövlət Gömrük Komitəsinin (DGK) 2022-ci il ərzindəki fəaliyyətinin yeku
İnsanın özünə qarşı diqqətli olması hər bir yaşda gözəldir. Bu məq
Britaniya Ukrayna ordusuna bu günə qədər ən əhəmiyyətli hərbi yardım p
2022-ci ildə Çinin əhalisi 1,411 milyard nəfərə qədər azalıb ki, bu da
Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada
Türkiyə Texnologiya Komandası Vəqfi Azərbaycanda "Deneyap" texnol
Hamilələrdə ürək-damar xəstəliklərindən sonra ikinci yerdə böyrək x�
Rusiya İran və Şimali Koreyadan raket və dronlarla bağlı kömək istəmək