Dövlət Gömrük Komitəsi ötən ildəki fəaliyyətinə
Digərləri 17 Yan 2023 08:52:00 340 0
Dövlət Gömrük Komitəsinin (DGK) 2022-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan müşavirə keçirilib.
Bu xəbəri də oxu: Bu sahibkarlar 6000 manat cərimələnəcək
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, iclasda giriş nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması ilə əlaqədar Ulu Öndərin xatirəsinin daim yaşadılması, onun ideyaları, xalqımız, dövlətimiz qarşısındakı tarixi xidmətləri barədə danışıb.
Qeyd olunub ki, Ümummilli Liderin gömrük əməkdaşları qarşısında proqram xarakterli çıxışı gömrük xidmətinin mühüm dövlət təsisatlarından biri kimi formalaşmasına zəmin yaratdı. Həmçinin vurğulanıb ki, gömrük orqanları fəaliyyətini hər zaman olduğu kimi, cari ildə də Ulu Öndərin milli dövlətçilik və azərbaycançılıq məfkurəsinə sədaqət prinsipi əsasında davam etdirəcək.
İclasda hesabat nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov 2022-ci ildə qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, ticarətin asanlaşdırılması, xarici ticarətin və gömrük sərhədindən mal dövriyyəsinin, o cümlədən tranzit yük daşımalarının artırılması, çevik idarəetmə sisteminin tətbiqi, sahibkarlığın inkişafı və şəffaf biznes mühitinin formalaşması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Bildirilib ki, 2022-ci ildə müəyyən olunmuş 4 milyard 605 milyon manat illik büdcə öhdəliyinə qarşı faktiki olaraq 5 milyard 653 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb, bu da nəzərdə tutulan proqnozdan 1 milyard manat artıqdır.
Hesabat dövründə 694-ü cinayət xarakterli olmaqla 28 min 475 hüquqpozma faktı aşkar edilib, bu faktlar üzrə şübhəli bilinən 708 nəfər barəsində müvafiq tədbirlər görülüb. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 77 fakt aşkar olunub, ümumilikdə 934 kiloqram, 428 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb ki, onların 89,6 faizini daha təhlükəli narkotik vasitələr - heroin və metamfetamin təşkil edir.
Hesabat nitqi ilə bağlı aparılan müzakirələrdən sonra çıxış edən Şahin Bağırov işğaldan azad edilən ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını, bu sahədə gömrük orqanlarının qarşısında müəyyənləşdirilən vəzifələrin icrası məqsədilə bütün zəruri tədbirlərin həyata keçiriləcəyini deyib.
Vurğulanıb ki, görülən işlərlə bağlı əsaslı təhlillər aparılmalı, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində düşünülmüş, elmi əsaslara söykənən addımlar atılmalı, idarəçilik təkmilləşdirilməli, müasir standartlara cavab verən gömrük modeli formalaşdırılmalıdır. Bu məqsədlə gömrük prosedurlarının və nəzarət tədbirlərinin səmərəliliyinin artırılması, həyata keçirilən layihələrin və yeniliklərin səmərəliliyinin ölçülməsi, smart həllərin tətbiqinin genişləndirilməsi, müasir tələblərə cavab verən risk sistemlərinin qurulması, adekvat hüquq-mühafizə tədbirlərinin həyata keçirilməsi istiqamətində qətiyyətli addımlar atılmalıdır. Eyni zamanda, cari ildə gömrük orqanlarının fəaliyyət proqramında nəzərdə tutulan məsələlərin icrası-xidmət səviyyəsinin yüksəldilməsi, gömrük işinin təşkili prosesində şəffaflığın, gömrük-biznes, gömrük-vətəndaş münasibətlərində qarşılıqlı etimadın artırılması, bütün sahələrdə fəaliyyətin səmərəli şəkildə qurulması istiqamətində dayanıqlı həllər tətbiq edilməlidir.
Sonra iclasda "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2023-cü il üçün İş Planı"na dair təkliflərin təqdim edilməsi və cari il üzrə müəyyən olunmuş tədbirlərin tam yerinə yetirilməsi tapşırılıb.
İnsanın özünə qarşı diqqətli olması hər bir yaşda gözəldir. Bu məq
Britaniya Ukrayna ordusuna bu günə qədər ən əhəmiyyətli hərbi yardım p
2022-ci ildə Çinin əhalisi 1,411 milyard nəfərə qədər azalıb ki, bu da
Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada
Türkiyə Texnologiya Komandası Vəqfi Azərbaycanda "Deneyap" texnol
Hamilələrdə ürək-damar xəstəliklərindən sonra ikinci yerdə böyrək x�
Rusiya İran və Şimali Koreyadan raket və dronlarla bağlı kömək istəmək
Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliy
Astara sərhəd-keçid məntəqəsində İran yük maşınlarının sərhəddən
Xolesterinin asan yolla azaldımasının sirrini sizinlə bölüşmək istəyiri
Ukrayna Rusiyaya qarşı əks-hücum üçün Qərb ölkələrindən ən azı 100
Ukrayna Prezidenti Volodimir Zelenskinin son bir ildə 12-dən çox sui-qəsd c�
Ət kiçik uşaq orqanizminin böyüməsi üçün lazım olan zülallarla zəngi
Ukrayna ordusunun 2022-ci il fevralın 24-dən əvvəlki sərhəd xətlərini az