“Zeynəb Xanlarovanın İrəvandakı konsertinə bilet tapmadım, hamısını ermənilər almışdı...”


Şou-biznes 16 Yan 2023 19:20:00 543 0

“Zeynəb Xanlarovanın İrəvandakı konsertinə bilet tapmadım, hamısını ermənilər almışdı...”

"Cənab prezident İlham Əliyevin öz doğum günündə İrəvanlılar və Qərbi Azərbaycanlılarla görüşündən sonra bizim içimizdə bir daha böyük ümid yarandı. Bu görüş elə-belə görüş deyildi. Xatırlayırsınızsa cənab prezident hər zaman doğum günlərini məcburi köçkünlərlə birlikdə qeyd edirdi. Hər zaman da onlara deyirdi ki, vaxt gələcək bayramları öz torpağınızda keçirəcəksiniz. Artıq o vaxt gəlib çatıb. Yəqin ki, biz də öz torpağımıza qovuşacağıq. Ən azından heç olmasa ora gedib-gələcəyik".   Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış prodüsser Oqtay Əliyev deyib. 

"Facebookda bir İrəvan ermənisi ilə yazışırdım. Hər bir erməni kimi o da iddia edirdi ki, İrəvan, Zəngəzur sizin torpaqlar deyil, bizdən nə istəyirsiz?! Onunla uzun-uzadı danışıb, tarixi başa salmağa nə vaxtım, nə də ki, həvəsim var idi. Bir kəlmə dedim ki, mən İrəvanlıyam. Nəslim-köküm hamısı orada doğulublar, İrəvan xanının kökündənik. Sən mənə İrəvanda qədim bir erməni abidəsi yaxud tarixi məkan göstər, deyim ki, sən orada yaşamısan. Bu sözlərimlə də onu susdurdum. Hələ də mənə cavab yazmayıb. Cavab olmayacaq da. Olmayan şeyi necə desinlər ki?!" deyə prodüsser deyib.   Oqtay Əliyev daha sonra doğma torpağında keçən günlərini xatırlayıb.

"Mən özüm İrəvanda Azərbaycan məktəbində oxumuşam. Çox maraqlı məktəb idi, hamı bir-birini tanıyırdı. Bizə qarşı hələ o illərdə ermənilərin böyük nifrəti var idi. O vaxt heç müharibə vəziyyəti də deyildi. Biz onlara sübut etməyə çalışırdıq ki, sizdən daha ağıllıyıq, daha çalışqanıq. Azərbaycan dilində danışan kimi hamı dönüb sənə tərs-tərs baxırdı. Uşaqlıq dövrü də, gənclik dövrü də orada çox maraqlı idi. Həyət evində yaşayırdıq. Gözəl məhəlləmiz var idi. O məhəllənin özünün adət-ənənələri var idi. Toylar, nişanlar orada başqa cür keçirilirdi. Ermənilər həm Azərbaycanlıları bəyənmirdilər, həm də azərbaycanlılardan ötrü ölürdülər. Bir radioları var idi, saat 5-dən sonra orada Əlibaba Məmmədovun, Zeynəb Xanlarovanın, Şövkət Ələkbərovanın və s. müğənnilərimizin mahnılarını səsləndirirdilər. Yadımdadır ki, İrəvanda səhv etmirəmsə iki dəfə Zeynəb Xanlarovanın konserti oldu. Zəngi çayının üstündə böyük bir stadion var idi. 82 yaxud da 86 min tamaşaçı tutumu var idi. Konsertə bir həftə qalmışdı, fikirləşdik ki, gedib rahat bilet alarıq. Konsertə bilet yox idi. Tanışlıqla stadionun o biri başında bilet tapdıq. Hamısı ermənilər idi! Zeynəb Xanlarovanın ifalarına ermənilər ayaqüstə qulaq asıb, rəqs edirdilər. Mən çox istərdim ki, biz torpağımıza qayıdaq. Həqiqətən də bu hər bir İrəvanlı üçün həyatı vacib məsələdir" deyə tanınmış prodüsser deyib.

Mingəçevirdə kanalizasiya suları binanın zirzəmisinə dolub like
  • 16 Yan 18:49  
Digərləri Mingəçevirdə kanalizasiya suları binanın zirzəmisinə dolub

9 mərtəbəli binanın zirzəmisi çirkab sularla dolub üfünət ətrafı bür

arrow Ətraflı
Məşhur model gəlini ilə  FOTO like
  • 16 Yan 18:40  
Şou-biznes Məşhur model gəlini ilə FOTO

Türkiyəli model və aparıcı Ebru Şallı 45 yaşını ailəsi və dostların

arrow Ətraflı
“Leyli anadan olanda Rafiqi ilk təbrik edənlərdən biri də Roza Tağıyeva idi”  FOTO like
  • 16 Yan 18:20  
Şou-biznes “Leyli anadan olanda Rafiqi ilk təbrik edənlərdən biri də Roza Tağıyeva idi” FOTO

"Kiçik dost məclislərində Rafiq dostları üçün mahnılar ifa edirdi.

arrow Ətraflı
Azərbaycanda həyata keçirilən sosial islahatlar davamlı xarakter daşıyır  ŞƏRH like
  • 16 Yan 17:58  
Siyasət Azərbaycanda həyata keçirilən sosial islahatlar davamlı xarakter daşıyır ŞƏRH

Azərbaycanda həyata keçirilən sosial islahatlar davamlı xarakter daşıyır

arrow Ətraflı
Türkiyədən Azərbaycana komissiyasız pul köçürmək like
  • 16 Yan 17:54  
Digərləri Türkiyədən Azərbaycana komissiyasız pul köçürmək

Hazırda Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələrini təşki

arrow Ətraflı
İranda daha 4 məhkum edam edildi like
  • 16 Yan 17:51  
Digərləri İranda daha 4 məhkum edam edildi

İranın Rudan, Şiraz və Zahidan şəhərlərində narkotik maddələrin ticar

arrow Ətraflı
ABŞ Qarabağ məsələsində Rusiya ilə "RAZILAŞIR" like
  • 16 Yan 17:39  
Siyasət ABŞ Qarabağ məsələsində Rusiya ilə "RAZILAŞIR"

"Fransa Milli Assambleyasının sədrinin İrəvana səfəri və Qarabağla

arrow Ətraflı
Cəfər Mirzəyevə 6 il cəza verildi like
  • 16 Yan 17:30  
Digərləri Cəfər Mirzəyevə 6 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il Almaniyadan Azərbaycana de

arrow Ətraflı
Türkiyəli aktrisa intihara cəhd edib?  FOTO like
  • 16 Yan 17:20  
Şou-biznes Türkiyəli aktrisa intihara cəhd edib? FOTO

22 yaşlı türkiyəli aktrisa Hafsanur Sancaktutanın damarlarını kəsərək

arrow Ətraflı
Mustafa Ceceli Manaf Ağayevin mahnısını oxudu  VİDEO like
  • 16 Yan 16:51  
Şou-biznes Mustafa Ceceli Manaf Ağayevin mahnısını oxudu VİDEO

Türkiyəli müğənni Mustafa Ceceli həmkarı Manaf Ağayevin repertuarına �

arrow Ətraflı