Azərbaycanda həyata keçirilən sosial islahatlar davamlı xarakter daşıyır ŞƏRH
Siyasət 16 Yan 2023 17:58:00 370 0
Azərbaycanda həyata keçirilən sosial islahatlar davamlı xarakter daşıyır. Prezident İlham Əliyev yanvarın 13-də yeni sosial islahat çərçivəsində sosial müavinətlər, təqaüdlər, maaşların artımı ilə bağlı bir sıra sərəncam və fərmanlar imzaladı. Bu artımlar 800 mindən çox insanı əhatə edəcək.
Bu xəbəri də oxu: Fransanın COP29la bağlı yanaşması qeyrikonstruktivdir Ceyhun Bayramov
Bununla bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, sosial-iqtisadi siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması son 5 ildə vətəndaş rifahının təminatı istiqamətində 4-cü sosial islahat paketinin təsdiqlənməsiylə öz təsdiqini tapır.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirilən sosial islahatlar hər zaman vətəndaşların rifahının qorunmasına, onların yaşayış səviyyəsinin yüksəlməsinə hədəflənib. Elə dövlət başçısının imzaladığı son sərəncam da əhalinin böyük bir qisminin sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurlu davamını təmin edir. Nəzərə alsaq ki, bütün bu addımlar pandemiyadan və müharibədən sonra, dünya iqtisadiyyatının tənəzzül yaşadığı bir vaxtda atılır, bu onu deməyə əsas verir ki, Azərbaycanda sosial paketin artımı daim dövlətin diqqət mərkəzindədir.
Bununla da 2019-cu ildən bu günə kimi dörd sosial islahatlar paketi qəbul olunur. Nəticədə əhalinin əksəriyyətinin maddi rifahı yüksəlib.
Təbii ki, əhalinin sosial müdafiəsi daha da gücləndirilməsi prosesi davamlı olacaqdır. Azərbaycanın əsas hədəfi sosial iqtisadi göstəricisinə görə dünyada qabaqcıl ölkələr sırasında olmaqdır", - deyə deputat əlavə edib.
Siyasi şərhçi Elçin Mirzəbəyli isə Trend-ə açıqlamasında bildirib ki, vətəndaşların sosial rufahının təmin edilməsi Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir.
"Qlobal iqtisadi böhranın, geosiyasi kataklizmlərin, müharibə və qarşıdirmaların, pandemiyanın doğurduğu çoxsaylı fəsadlara, ərzaq, enerji və maliyyə bazarlarında nəzərə çarpan problemlərə baxmayaraq, ölkəmizdə son 5 il ərzində 4-cü sosial islahat paketinin təsdiqlənməsi vətəndaş məmnunluğunun, insan amilinin dövlətimizin üçün bütün digər istiqamətlərin fövqündə dayandığını bir daha təsdiqləyir. Bu sıraya işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən nəhəng quruculuq-bərpa işlərini, Böyük Qayıdışa hazırlıq prosesini, eləcə də dövlətimizin təhlükəsizliyi, müdafiə qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirləri, bütün bunların gerçəkləşdirilməsi üçün nəhəng maliyyə resurslarının tələb olunduğunu da əlavə etsək, vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasının dövlətimiz üçün nə dərəcədə mühüm əhəmiyyətə malik olduğunu müəyyənləşdirə bilərik", - deyə E.Mirzəbəyli bildirib.
O qeyd edib ki, bununla yanaşı, nəzərə almaq lazımdır ki, ölkədə həyata keçirilən sosial islahatlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət həyatının bütün sahələri üzrə gerçəkləşdirilən genişmiqyaslı islahatların tərkib hisəsidir.
"Gəlirlərin optimallaşdırılması və leqallaşdırılması, korrupsiyaya qarşı mübarizə, vergi siyasətinin iqtisadi fəallığa və inkişafa xidmət edən mahiyyət alması, dövlət idarəçiliyi sisteminin dövrün dəyişən reallıqlarına daha çevik cavab verə biləcək hala gətirilməsi, iqtisadi fəallığın artması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər, şübhəsiz ki, nəticə etibarilə dövlətin gəlirlərinin daha da artmasına zəmin yaradır. Bu isə öz növbəsində sosial sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, vətəndaşlarımızın sosial rifah halının daha da yaxşılaşdırılması üçün olduqca mühüm amildir. Bu gün gerçəkləşdirilən islahatların əsas hədəfi böyük Zəfərimizin yaratdığı yüksək əhval-ruhiyyənin, quruculuq-yaradıcılıq ruhunun, mücadilə əzminin həyatımızın bütün sahələrinə daşınması, gələcək nəsillərə daha güclü, daha qüdrətli Azərbaycanın ərməğan edilməsidir. Güclü dövlətin güclü də vətəndaşı olur", - deyə o əlavə edib.
Hazırda Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələrini təşki
İranın Rudan, Şiraz və Zahidan şəhərlərində narkotik maddələrin ticar
"Kainat Gözəli" (Miss Universe) gözəllik müsabiqəsinin təşkila
"Fransa Milli Assambleyasının sədrinin İrəvana səfəri və Qarabağla
Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il Almaniyadan Azərbaycana de
22 yaşlı türkiyəli aktrisa Hafsanur Sancaktutanın damarlarını kəsərək
"NUR Art House" xalça qalereyası, "Arts Council Azerbaijan"
Türkiyəli müğənni Mustafa Ceceli həmkarı Manaf Ağayevin repertuarına �
Xalq artisti Brilliant Dadaşova ötən gün dünyasını dəyişən əfsanəvi
Silahlılar Burkina Fasonun şimalında 60-a yaxın qadını qaçırıblar.
Polis Akademiyasının kursantı xəstəlikdən ölüb.
Türk model və müğənni Seçil Çiftçi keçmiş sevgilisini öldürüb.
Ötən gün Novxanı-Binəqədi yolunun Mehdiabad qəsəbəsi ərazisindən keç