Bu cərimənin məbləği artırıldı
Digərləri 12 Yan 2023 19:34:00 371 0
Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət artırılır.
Bu xəbəri də oxu: Bu marşrut üzrə minimum qiymətlər açıqlanıb
Son.az Trend-ə istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Sənədə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq, vəzifəli şəxslər 2500 manatdan 4 min manatadək məbləğdə, hüquqi şəxslər 5 min manatdan 7 min manatadək məbləğdə cərimə ediləcək.
İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək inzibati məsuliyyətdən azad olunacaqlar.
Alimlərin fikrincə, Qərb yarımkürənin ən böyük gölü olan Yuta ştatı
Pakistanlı aktrisa Mehrin Şah film çəkilişi ilə bağlı gəldiyi Bakıda t
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının icl
Prezident İlham Əliyev "Dövlət qulluğu haqqında" Azərbaycan Res
Prezident İlham Əliyev yerli mətbuata verdiyi müsahibəsində müfəssəl fo
Rusiyanın tanınmış müğənnisi Valeri Meladzenin Rusiyaya girişi 50 il qa
"Fitch Solutions" beynəlxalq reytinq agentliyi 2023-cü ildə Azərb
"Xalqın, tamaşaçıların mənə çox istəyi, diqqəti var. Nə vaxtsa h
Xalq artisti Flora Kərimova "Ermənistanın Xalq artisti" fəxri adı
Rusiyada sosial şəbəkələrdə qorxunc hadisənin görüntüləri yayılıb.
Xəbər verdiyimiz kimi, Əməkdar artist Vahid Əliyev açıq ürək əməliyya