Xocavəndin Ərəkül kəndində orta əsrlərə aid
Digərləri 12 Yan 2023 14:30:00 335 0
15 oktyabr 2022-ci ilin AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna Xocavənd rayonu Ərəkül (Xətai) kəndi ərazisində insan qalıqlarının aşkar edilməsi ilə bağlı məlumat daxil olub.
Bu xəbəri də oxu: Üzdəki qırışların qarşısını necə almaq olar?
Bu barədə Son.az-a AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan bildirilib.
Qeyd olunub ki, məlumatı ərazidə fəaliyyət göstərən "Caspian Geomatic" MMC-nin əmakdaşları tərəfindən verilmişdir. İnstitut rəhbərliyinin göstərişi ilə Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının əməkdaşı Vüsal Həsənov aidiyyatı qurumların nümayəndələri ilə bərabər əraziyə baxış keçirmişdir. Aşkar edilmiş insan qalıqları Xocavənd rayonunun Ərəkül kəndinin şimalında, təbii təpəliklərin üzərində yerləşir. İnsan qalıqları Ərəkül kəndi ilə qonşu kəndləri əlaqələndirən torpaq yolun kənarlarında aşkar edilmişdir.
Qeyd edək ki, torpaq yolun çəkilişi zamanı təpə üzərində olan məzarlıq ərazisi iki hissəyə bölünmüşdür. Yolun üzərinə düşən qəbirlər zamanında dağıdılmışdır. Qəbirstanlığın üst torpaq səviyyəsi yoldan ortalama 3-4 metr yüksəklikdə yerləşir. Yolun hər iki kənarında, qərb-şərq istiqamətində ən az beş qəbir kamerasını divar kəsiyindən izləmək mümkündür. Su axıntılarından baş verən sürüşmə nəticəsində qəbir kameraları bir hissəsi tam, digərləri qismən dağılmışdır.
Qəbirstanlığın dövrünü və dəfn adət-ayinlərini müəyyən etmək məqsədi ilə divarda izlənən qəbirlərdən biri arxeoloq tərəfindən açılmışdır. Məlum olmuşdur ki, sürüşmə prosesində skeletin kəllə sümüyü itirilsə də, digər sümüklər anatomik şəklini qorumuşdu. Yaşlı insana aid olan qəbirdə dəfn islam qaydalarına uyğun həyata keçirilmişdir. Qəbr mövcud torpaq səviyyəsindən 2.10 m. dərinlikdə yerləşir.
Arxeoloq-antropoloq Vüsal Həsənov tərəfindən skeletlərin ilkin müayinəsi zamanı, məzarlığın Orta əsrlərə (XIII-XV) aid olduğu müəyyən edilmişdir.
Qazaxda qadının qollarını kəsməsi barədə xəbər vermişdik.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfind
Alman aktrisa və supermodel Tatyana Patitz 56 yaşında vəfat edib.
"Son zamanlar Rusiya ordusunun döyüş fəaliyyəti daxili media məkanın
Zəfər yolunda gecə boyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi ist
Sursat çatışmazlığı Rusiya ordusuna Ukraynanın şərqində hücum əməli
Son vaxtlar xaricdə qatıldığı açılışlar və reklam çarxları ilə adı
Tərtərin Hacıqərvənd kənd tam orta məktəbinin şagirdləri dərs vaxtı
İranda molla rejimi daha bir güneyli gənci işgəncələrə məruz qoyub.
Vətən müharibəsinin şəhidlərindən biri - 2000-ci ildə Gəncədə doğul
İstismar müddətini başa vuran avtomobillər akt əsasında götürülərək
Rusiyaya məxsus "Soyuz MS-22" kosmik gəmisindəki çox ciddi texniki
Müğənni Namiq Qaraçuxurlu əfsanəvi müğənni, mərhum Xalq artisti Oqtay
Yevlaxda 65 yaşlı həkim 20-yə yaxın bıcaq zərbəsi ilə qətlə yetirlib.