Qripin ağırlaşmaları
Digərləri 08 Yan 2023 07:11:00 374 0
Qripin ağırlaşması xəstəliyin ağırlıq dərəcəsindən və orqanizmin müqavimətindən asılıdır. Xəstəliyin ağırlaşmaları ən çox ürək-damar sistemi, ağciyər xəstələri və qan dövranı pozulmuş adamlarda baş verir. Qrip orqanizmin müdafiə qüvvəsini azaldan və xronik gedişə malik xəstəliklərin gedişini ağırlaşdıran bir xəstəlikdir. Xəstələrin bəzilərində qripdən sonra nevrit, nevralgiya və radikulit inkişaf edir. Qripli xəstələrin sinir sistemində ciddi dəyişikliklər meydana gəlir. Bu dəyişikliklər özünü baş ağrıları, yuxusuzluq, hiperesteziya, əsəbilik, bəzən sayıqlama, nevralgiya, meningial əlamətlərlə özünü göstərir. Xəstələrdə yorğunluq, tərləmə, yuxu pozğunluqları, arterial təzyiqin artması baş verir. Qripli xəstələrdə bradikardiya, hipotenziya da müşahidə edilir. Qrip xəstəliyi ən çox uşaqlarda, immuniteti zəif olan adamlarda və yaşlı qadınlarda ağır formada keçir. Onlarda qrip kəskin toksikoz əlamətləri ilə müşahidə edilir. Bu zaman xəstələrdə taxikardiya, yüksək qızdırma, ümumi əhvalın pisləşməsi, döşdə ağrı, getdikcə artan təngnəfəslik olur. Bu əlamətlər meydana gəldikcə xəstəyə yardım edilmədikdə o ölür. Qripin ağırlaşmalarından biri də meningitdir. Bu zaman meningial əlamətlər meydana çıxır və müalicə gecikdikdə xəstələrdə beyin əlamətləri qalır. Qrip xəstəliyinin ən ağır formalarından biri də ildırımvari formasıdır. Bu zaman xəstə qısa bir zamanda ölür.
Bu xəbəri də oxu: "PantsirS" raket sistemi təyyarəmizi necə vurub?
Qanaxma baş verdiyi zaman onun növündən asılı olaraq həkimə qədər ilk
Türk aktrisa Tuba Ünsal Almaniyada ikinci evini almağa hazırlaşır.
Elektrik cərəyanı vurduqda, suda boğularkən, tənəffüs orqanarı sıxıla
Yanıqlar yüksək tempraturun, alovun habelə müxtəlif kimyəvi maddələrin
Bəstəkar-müğənni Murad Arif nüfüzlu "Avroviziya-2023" beynəlxa
Güclü zədələr və hündürdən yıxılmalar zamanı bədənin müxtəlif hi
"Şəfiqə Məmmədova ilə universitetdə eyni illərdə oxumuşuq. Onun m
Yanıqlar zamanı ilk tibbi yardım yanıq travması alan adamın əynindəki pa
"WhatsApp" messencerinə daha bir maraqlı yenilik gəlib. Belə ki, a
Qarşınızda ürək krizi keçirən bir adam varsa, ilk növbə
Türkiyədə çəkilən kadrlar müzakirələrə səbəb olub.
İnsanın həyatında bəzi hadisələr baş verir ki, çıxılmaz vəziyyətdə
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını Mil