Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi, gözləri tutuldu


Kriminal 03 Yan 2023 18:20:00 266 0

Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi, gözləri tutuldu

Son.az Kulis.az-a istinadən müğənni, Əməkdar artist Kəmalə Rəhimli haqqında maraqlı faktları təqdim edir.

Kəmalə Rəhimli 1952-ci ildə Bakının Qala kəndində doğulub. Ailəsi ilə birgə sonralar Şüvəlana köçüb. Anası əslən şüvəlanlı, ata tərəfi isə İsmayıllının Lahıc kəndindəndir. Valideynləri müəllim olub. Ailədə dörd bacı, bir qardaş olublar. Ortancıl bacı olan Kəmalə gənc yaşlarında atasını itirir.

***

Orta məktəb illərində musiqiyə həvəsi yaranır. Ancaq anası onun musiqiçi olmağını yox, başqa sahə üzrə ali təhsil almağını istəyir. Hətta o, doqquzuncu sinifdə oxuyarkən Nuru adlı müəllimin ansamblında çıxış edir və burada müğənni Məmmədbağır Bağırzadə ilə tanış olur. Bundan sonra rejissor, aktyor Şəmsi Bədəlbəyli Kəmalənin fəaliyyət göstərdiyi mədəniyyət evinə zəng edib Moskvada səhnədə çıxış etmək üçün iki müğənni axtardığını deyir. Seçmələrdə ona səsinin daha çox xalq mahnılarına uyğun olduğunu deyirlər və musiqi təhsili almağını məsləhət görürlər.

Kəmalə isə sənədlərini eyni vaxtda həm Xarici Dillər Universitetinə, həm də Asəf Zeynallı adına musiqi kollecinə təqdim edir. Ancaq iş elə gətirir ki, Asəf Zeynallı adına musiqi kollecinə daxil olur. Kəmalə Rəhimli kollecdə oxuyanda tarzən Elxan Müzəffərovun ansamblı ilə televiziyada ilk dəfə çıxış edir. Daha sonra tanınmış bəstəkar Ələkbər Tağıyev ifaçıya şərait yaradır və o ilk dəfə Azərbaycan Radiosunun efirində Məmmədbağır Bağırzadə ilə "Bakı" mahnısını ifa edir.

***

Kəmalə xanımın sözlərinə görə, oğlan tələbələrdən çox utanırmış. Hətta müəlliminə utandığından deyib ki, onları sinifdən çıxarın rahat oxuyum. Buna görə də "Lalə" qızlar ansamblında oxumağa can atır və Ceyran Haşımova ilə danışır. İş elə gətirir ki, o, Kəmalənin səsini çox bəyənir və məşqlərə çağırır. Bundan sonra gənc müğənni ansamblla birgə qastrollara yollanır.

Kəmalə xanım bir dəfə etiraf edib ki, Azərbaycanda "Mercedes" markalı avtomobil sürən ilk qadındır.

***

Müğənni səhnəyə erkən yaşlarında çıxmağına baxmayaraq, Nisə Qasımova, Firuzə İbadova, Zöhrə Abdullayeva və Ruhəngiz Allahverdiyeva ilə konsertlər verir. Onların konserti o qədər anşlaqla keçirdi ki, biletlər tapılmır, böyük izdiham yaşanırdı.

"Lalə" qızlar ansamblında çıxış edərkən onu kinorejissor Hüseyn Seyidzadə "Qayınana" filminə dəvət edir. O vaxtı Şamaxıda qastrol zamanı ifaçıya bərk soyuq dəyir və həkimlər ürək pərdəsində problem yarandığını söyləyir. Kəmalə Mərdəkanda xəstəxanada müalicə alan zaman Hüseyn bəy filmə çəkilməsi üçün onun yanına adam göndərir. Eyni zamanda da rejissor Həsən Seyidbəyli onu "Nəsimi" filmində rol alması üçün dəvət edir. Ancaq heç birinə razılıq verməyən Kəmalə "axı mən hələ gəncəm, kino sahəsində oynaya bilmərəm", - deyir.

***

Kəmalə xanım həmçinin, öz dövrünün gəncləri arasında dövlət tədbirlərində səhnə alan ilk ifaçıdır. Bu, onun ən böyük uğurlarından biridir. Qısa zamanda populyarlıq əldə edən müğənniyə dirijor Niyazidən, Rəşid Behbudovdan təkliflər gəlir və o da bu təklifləri dəyərləndirir. Kəmalə Rəhimli ilk dəfə Rəşid Behbudovla SSRİ-də qeyri-dost ölkə hesab edilən Pakistana səfər edir. Hətta Kəmalə xanım müsahibələrində deyir ki, qorxurduq bizə oxuduğumuz yerdə atəş açarlar:

"Səhnəyə çıxmamışdan əvvəl insanlara deyirdilər ki, onlar müsəlmandırlar və ondan sonra çıxış edirdik. Bir şəhərdə konsert verəndən sonra digər bir şəhərə gedəndə artıq orada bizi tanıyırdılar".

Təbrizdə “omikron”un alt ştamı tapıldı like
  • 03 Yan 18:11  
Dünya Təbrizdə “omikron”un alt ştamı tapıldı

Təbrizdə koronavirusun "omikron" ştamının alt ştamı müşahidə

arrow Ətraflı
Dünyanın ən uzun daş körpüsü haradadır? like
  • 03 Yan 18:00  
Digərləri Dünyanın ən uzun daş körpüsü haradadır?

Dünyanın ən uzun daş körpüsünün Türkiyədə olduğunu bilirsinizmi?

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 03 Yan 17:57  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 16 yeni yoluxma faktı qeyd

arrow Ətraflı
Tatlısəs Dua Lipanın fotosunun gerçək olduğunu düşündü like
  • 03 Yan 17:51  
Şou-biznes Tatlısəs Dua Lipanın fotosunun gerçək olduğunu düşündü

Türkiyəli sənətçi İbrahim Tatlısəs dünyaca məşhur müğənni Dua Lipa

arrow Ətraflı
Cildiniz qurudursa, bu maskanı sınayın like
  • 03 Yan 17:40  
Digərləri Cildiniz qurudursa, bu maskanı sınayın

Günəşli, küləkli havalar, dərinin uzun müddət baxımsız qalması, az s

arrow Ətraflı
Rusiyanın müharibədə itkilərinin ümumi sayı like
  • 03 Yan 17:31  
Dünya Rusiyanın müharibədə itkilərinin ümumi sayı

Rusiya Silahlı Qüvvələrinin son sutka ərzində itkiləri 750 hərbçi, 5 ta

arrow Ətraflı
Azərbaycanda kişi arvadını hamamda başqası ilə tutdu, qardaşı isə... like
  • 03 Yan 17:20  
Kriminal Azərbaycanda kişi arvadını hamamda başqası ilə tutdu, qardaşı isə...

Şabran rayonunda 1992-ci il təvəllüdlü Aydın qısqanclıq zəminində yara

arrow Ətraflı
Qobustandakı partlayışın baş vermə anı like
  • 03 Yan 17:14  
Digərləri Qobustandakı partlayışın baş vermə anı

Xəbər verdiyimiz kimi, bu gün Bakı - Astara yolunun Qobustan rayonu ərazisi

arrow Ətraflı
Böyük zərbə: Bu şirkət Rusiya ilə əlaqələri kəsdi like
  • 03 Yan 17:11  
Dünya Böyük zərbə: Bu şirkət Rusiya ilə əlaqələri kəsdi

Rusiyanın Ukraynaya müharibəsi və Kremlə qarşı tətbiq olunan sanksiyalar

arrow Ətraflı
Türkiyə televiziyasında "Ay Laçın" SƏSLƏNDİ like
  • 03 Yan 16:51  
Şou-biznes Türkiyə televiziyasında "Ay Laçın" SƏSLƏNDİ

Türkiyənin "Haber Global" kanalında yayımlanan "Sahrap Soysal

arrow Ətraflı
Həkimdən maraqlı açıqlama like
  • 03 Yan 16:40  
Digərləri Həkimdən maraqlı açıqlama

Çox eşitmişik, xəstələnən adama tez sağalması diləyi ilə "yastı

arrow Ətraflı
Almaniyada insanların zibil qutularında eşələnməsinə icazə veriləcək like
  • 03 Yan 16:31  
Dünya Almaniyada insanların zibil qutularında eşələnməsinə icazə veriləcək

Almaniyanın Kənd Təsərrüfatı Naziri Cem Özdemir zibil qablarından yemək

arrow Ətraflı
Bunların yeyərək həm sağlam olun, həm də gözəlləşin like
  • 03 Yan 16:20  
Digərləri Bunların yeyərək həm sağlam olun, həm də gözəlləşin

Bəzi qidalar var ki, onlar həm orqanizm, həm də gözəllik üçün önəmlid

arrow Ətraflı
“Hər il aldadılıram” like
  • 03 Yan 16:11  
Şou-biznes “Hər il aldadılıram”

Açıqlamaları və şəxsi həyatı ilə tez-tez gündəmdə olan İrem Derici

arrow Ətraflı