İki övladını birdən itirdi, anası onu heç vaxt bağışlamadı, saçlarını kəsdirib torbaya yığdı


Kriminal 03 Yan 2023 16:00:00 379 0

İki övladını birdən itirdi, anası onu heç vaxt bağışlamadı, saçlarını kəsdirib torbaya yığdı

Son.az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Nuriyyə Əhmədova haqqında maraqlı faktları təqdim edir.

Əsl adı Nuriyyəxanım olan Nuriyyə Əliağa qızı Əhmədova 26 dekabr 1950-ci ildə Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub. Atası hərbçi, anası evdar qadın olub.

***

1970-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsinə daxil olub. İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.

Ailəsi aktrisa olmasını istəməyib. Anası onu sonadək bu peşəyə görə bağışlamayıb. Nuriyyə xanım bunu lənət hesab edib. Ümumiyyətlə, aktrisanın dəhşətli etiraflarından biri də məhz budur; o sənətə görə lənətləndiyini düşünüb:

"Mənim səhvim o oldu ki, ailə həyatı qurdum. Sənətdə yüksəldikcə ailədə itkilərimin sayı da çoxaldı. Bir gün gülmüşəm, bir saat sonra ağlamışam. Anam aktrisa olmağıma görə məni son nəfəsinə kimi bağışlamadı".

*** "Həm ziyarət, həm ticarət", "Bağ mövsümü", "Yuxu", "Bala başa bəla", "Fransız", "Bəxt üzüyü", "Hər şey yaxşılığa doğru", "Yoxlama", "Sahilsiz gecə", "Yerlə göy arasında", "Milli bomba", "Mozalan" süjetləri...

Kinoda onun istedadını üzə çıxaran Şahmar Ələkbərov olub. "Sahilsiz gecə" filmində erməni fahişəsi Roza rolunu verməklə onun aktyor ampluasının genişliyini sübut edib: "Ürkək utancaq qız idim. O zamanadək ana, bacı rolları oynayırdım. Birdən-birə bu obraz!".

***

Filmoqrafiyasında bu qədər epizodik olsa da, parlaq, yaddaqalan filmləri, obrazları olan aktrisa şübhəsiz xoşbəxtdir. Amma, yəqin ki, kino sənəti tarixində onun qədər faciəli taleyi olan aktrisa yoxdur. Həyatda bədbəxt, sənətdə xoşbəxt qadın. Özü haqqında "mənim həyatım elə ayrı bir filmdir" deyirdi...

Nuriyyə Əhmədova Musiqili Teatrda işlədiyi vaxtda Əminə Yusifqızının qardaşı, musiqiçi Xanlar İbadovla tanış olub ailə qurur. Bu evlilikdən onların 3 övladı dünyaya gəlir: İlahə, Əli və Faiq.

***

Ailəsinin, övladlarının sevincini yaşamaq aktrisaya nəsib olmur. 20 yaşında ikən yenicə ana olmuş qızı gözünün qarşısında kürəkəni tərəfindən qətlə yetirilir. Nuriyyə xanım bundan böyük sarsıntı keçirir. Kinoda dil-dil ötən aktrisa üç gün danışa bilmir. Dili tamam tutulur. Özünə gələndən sonra qızının övladını götürüb saxlamağa qərar verir.

Həm isti, həm rahat: Belə geyinin like
  • 03 Yan 15:40  
Digərləri Həm isti, həm rahat: Belə geyinin

Qadınların bir çoxunun böyük problemlərindən biri də evdən çıxan zam

arrow Ətraflı
Mətanət verilişdə Gülyazla Gülyanağı SƏHV SALDI like
  • 03 Yan 15:31  
Şou-biznes Mətanət verilişdə Gülyazla Gülyanağı SƏHV SALDI

"Xəzər axşamı" verilişində kuryoz hadisə baş verib.  

arrow Ətraflı
Bu eliksir ömrünüzü uzadacaq like
  • 03 Yan 15:20  
Digərləri Bu eliksir ömrünüzü uzadacaq

Bu eliksir yaşlanmanın qarşısını alır, ürəyin fəaliyyətini yaxşıla�

arrow Ətraflı
NASA həyəcan təbili çalır: Çin Aya iddia edir like
  • 03 Yan 15:11  
Digərləri NASA həyəcan təbili çalır: Çin Aya iddia edir

ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelson

arrow Ətraflı
Tələbəsi ilə ailə qurdu, iki ayağı kəsildi, oğlunun toy günü öldü like
  • 03 Yan 15:00  
Kriminal Tələbəsi ilə ailə qurdu, iki ayağı kəsildi, oğlunun toy günü öldü

Son.az Kulis.az-a istinadən Xalq artisti Muxtar Maniyev haqda 10 maraqlı fakt�

arrow Ətraflı
Bu gün Laçın yolundan ümumilikdə 15 maşın keçib like
  • 03 Yan 14:56  
Digərləri Bu gün Laçın yolundan ümumilikdə 15 maşın keçib

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qa

arrow Ətraflı
Britni Spirs 12 milyon dəyəri olan evini satmaq qərarına gəlib like
  • 03 Yan 14:51  
Şou-biznes Britni Spirs 12 milyon dəyəri olan evini satmaq qərarına gəlib

Amerikalı pop müğənni Britni Spirs əri Sem Asqarı ilə 2022-ci ilin iyunu

arrow Ətraflı
Gözəlləşmək üçün bunları etməyin: like
  • 03 Yan 14:40  
Digərləri Gözəlləşmək üçün bunları etməyin:

"TikTok" platformasında təəccübə səbəb olacaq gözəllik sirlə

arrow Ətraflı
Estoniya: Rusiyada ikinci səfərbərlik dalğası olsa... like
  • 03 Yan 14:31  
Dünya Estoniya: Rusiyada ikinci səfərbərlik dalğası olsa...

Əgər Rusiyada səfərbərliyin ikinci dalğası başlasa, yeni çağırışç�

arrow Ətraflı
Bu vərdişlər üzünüzdə qırış yaradır like
  • 03 Yan 14:20  
Digərləri Bu vərdişlər üzünüzdə qırış yaradır

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, dah

arrow Ətraflı
Nostradamus və Vanqanın 2023cü il üçün QORXUNC PROQNOZLARI like
  • 03 Yan 14:11  
Dünya Nostradamus və Vanqanın 2023cü il üçün QORXUNC PROQNOZLARI

Bir çox insan üçün absurd görünə də, kahinlərin proqnozlarına inananla

arrow Ətraflı
Yatmazdan əvvəl bu çayı için like
  • 03 Yan 14:00  
Digərləri Yatmazdan əvvəl bu çayı için

Çobanyastığının müalicəvi xüsusiyyətindən əsrlər boyu geniş istifad

arrow Ətraflı
Rusiya müharibəyə hər şeyini cəlb edib like
  • 03 Yan 13:51  
Dünya Rusiya müharibəyə hər şeyini cəlb edib

Rusiyanın təhdidlərinə baxmayaraq, Qərb Ukraynanın müharibədə tezliklə

arrow Ətraflı
Zakir Həsənov Quru Qoşunlarında olub, müvafiq göstərişlər verib  FOTO like
  • 03 Yan 13:45  
Siyasət Zakir Həsənov Quru Qoşunlarında olub, müvafiq göstərişlər verib FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand

arrow Ətraflı
Ermənilər bu tarixdə Xankəndidən köçəcək: Avtobuslar ayrıldı like
  • 03 Yan 13:42  
Siyasət Ermənilər bu tarixdə Xankəndidən köçəcək: Avtobuslar ayrıldı

2023-cü il fevralın 1-dən Xankəndi şəhərinin boşaldılması üçün 50 a

arrow Ətraflı