Goranboyda qanlı torpaq davası: "Arzuna çatdın, bizi bədbəxt etdin..."


Kriminal 01 Yan 2023 10:00:00 316 0

Goranboyda qanlı torpaq davası: "Arzuna çatdın, bizi bədbəxt etdin..."

Goranboy rayonunda 1965-ci il təvəllüdlü İlham Haqverdiyev 1970-ci il təvəllüdlü Pərviz Namazov və onun bacısı, 1960-cı il təvəllüdlü Səlmi Namazovanı qətlə yetirib.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, bu il fevralın 6-sı saat 17 radələrində rayonun Qarasüleymanlı kəndi ərazisində Pərviz və bacısı Səlminin öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla onları 1965-ci il təvəllüdlü həmkəndlisi İlham Haqverdiyevin torpaq mübahisəsi zamanı öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, uzun illər ailələr arasında torpaq üstündə mübahisələr, məhkəmə prosesləri olub.

"Uzun müddət Rusiyada yaşamışam"

İstintaq orqanı tərəfindən İlham Haqverdiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xususi amansızlıqla və ya təhlükəli usulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlham ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Goranboy rayonu Qarasüleymanlı kəndində oğlu və arvadı ilə yaşayıb, təsərrüfatla məşğul olub: "Pərviz və Səlmi həmkəndlilərimdir, qohumluğumuz yoxdur. Aramızda bir neçə il əvvəl torpaqla bağlı mübahisə yarandı".

Təqsirləndirilən şəxsibn sözlərinə görə, 1997-ci ildə Goranboy rayonunda aqrar islahat aparılan zaman dövlət tərəfindən ona 1.82 hektar pay torpaq sahəsi verilib: "Bundan başqa qardaşlarım Namiq və Nadirin ikisinə birlikdə ümumimlikdə 2.5 hektar pay torpağı ayrıldı. Həmin torpaq sahələri mənə və qardaşlarıma dövlət aktı əsasında verildi. Uzun müddət Rusiyada yaşayıb işlədiyim üçün torpaq sahəsini həmkəndlilərim əkib becərirdi".

"Məhkəmə Səlminin xeyrinə qətnamə çıxardı"

Təqsirləndirilən şəxs bildirib ki, 2014-cü ildə qardaşlarından 2,5 hektar torpaq sahəsini satın alıb və mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə edib: "Ümumilikdə torpaq sahəm mənim 4.3 hektara çatdı. 2016-cı ildə Səlmi torpaq sahəmin qonşuluğundakı torpağı digər həmkəndlilərimdən aldı. Bundan sonra o, mənim də torpaq sahəmə iddia etməyə başladı. İddia edirdi ki, guya aldığı ərazinin 2.4 hektarını zəbt etmişəm.

2016 və ya 2017-ci ildə Səlmi mənə qarşı iddia ərizəsi ilə Goranboy rayon Məhkəməsinə müraciət etdi. Məhkəmə onun xeyrinə qətnamə çıxardı. Mən qətnamədən narazı qaldım. Gəncə Apellyasiya Məhkəməsinə şikayət verdim. Lakin apellyasiya şikayətim təmin olunmadı və Goranboy rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsdə saxlanıldı".

"Təkrar idddia qaldırdım, iş uzandı"

İlham qeyd edib ki, bundan sonra Rusiyaya işləməyə gedib: "İki il orada qaldım. 2019-cu il oktyabrın 20-də Azərbaycana qayıtdım. Gələndən bir ay sonra, yəni 15 noyabr 2019-cu ildə torpağın döngə nöqtələrinin koordinatlarının yerində müəyyən olunması tələbinə dair Səlmiyə qarşı Goranboy rayon Məhkəməsində iddia qaldırdım.

İddia ərizəm məhkəmədə təmin olunmadı. Rayon Məhkəməsinin qətnaməsindən yenə Gəncə Apellyasiya Məhkəməsinə şikayət etdim. Eyni vaxtda torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən olunması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bərdə ərazi idarəsinə qarşı Gəncə İnzibati Məhkəməsində iddia qaldırdım.

Gəncə Apellyasiya Məhkəməsi şikayətim üzrə ekspertiza təyin etdi. COVİD-19 pandemiyasının yayılması ilə əlaqədar mülki işə baxılması müddəti uzandı. Gəncə Apellyasiya Məhkəməsinin təyin etdiyi ekspertiza qərarına əsasən, ekspert mübahisəli torpaq sahəsinə baxış keçirdi və Səlminin mənim torpaq sahəmi zəbt etdiyini müəyyən edərək rəy verdi.

Qarşı tərəf ekspertizanın bu rəyindən narazı qaldı, təkrar ekspertiza təyin edilməsi barədə vəsatət qaldırdı. Həmin vəsatət təmin olundu. Hazırkı vaxta qədər təkrar ekspertizanın rəyi verilmədiyinə görə Gəncə Apellyasiya Məhkəməsinin yekun qərarı qəbul olunmayıb.

Gəncə İnzibati Məhkəməsində qaldırdığım iddia ərizəsi təmin olundu və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bərdə ərazi idarəsinin üzərinə mənə məxsus torpaq sahəsinin döngə nöqtələrinin müəyyən olunması barədə öhdəlik qoyuldu.

Qərarın icrası Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Bərdə 7 saylı Ərazi İdarəsinə və Goranboy rayon İcra və Probasiya şöbəsinə həvalə edildi. Lakin Bərdə və Goranboy rayon İcra və Probasiya şöbələri arasında aidiyyət mübahisəsi olduğundan qətnamənin icrası bir qədər də yubandı".

"Münaqişə yaranmaması üçün oradan uzaqlaşdım"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, nəhayət, 2021-ci il dekabrın 14-də Goranboy rayon icra və probasiya şöbəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi idarəsi və Goranboy rayon polis şöbəsi əməkdaşlarının iştirakı ilə ona məxsus torpaq sahəsinə baxış keçirilib:

"Mənim torpaq sahəmin kənarlarına payalar basdırıldı. Bundan sonra 15 dekabr 2021-ci ildə həmin payaların yerinə beton dirək basdırmaq istədim. Lakin Səlmi sahəyə gələrək deyinməyə başladığından, mənimlə mübahisə etdiyindən, münaqişənin yaranmaması üçün ərazidən getdim.

Torpaq sahəsi mənə tanıdılandan və təhvil veriləndən sonra Səlmi məndən xəbərsiz torpaq sahəsində arpa əkdi. Torpağımın kənarlarına beton dirəklər badırmaq istədim. Yer palçıq olduğu üçün sahəyə traktor gətirə bilmədim".

Pensiya və müavinətlərlə bağlı əhaliyə ŞAD XƏBƏR like
  • 01 Yan 09:51  
Digərləri Pensiya və müavinətlərlə bağlı əhaliyə ŞAD XƏBƏR

Əmək pensiyalarının orta aylıq məbləği 12 faiz artıb.

arrow Ətraflı
Sizi soyuqdan qoruyan isti TOXUNMA GEYİMLƏR like
  • 01 Yan 09:40  
Digərləri Sizi soyuqdan qoruyan isti TOXUNMA GEYİMLƏR

Hər birimiz ilin istənilən vaxtı gözəl görünmək istəyirik. Amma bu soy

arrow Ətraflı
Azərbaycanda yeni ilin ilk körpəsi dünyaya gəlib like
  • 01 Yan 09:31  
Digərləri Azərbaycanda yeni ilin ilk körpəsi dünyaya gəlib

Azərbaycanda 2023-cü ilin ilk körpəsi dünyaya gəlib.

arrow Ətraflı
Zədələnmiş saçları bu üsulla bərpa edin like
  • 01 Yan 09:20  
Digərləri Zədələnmiş saçları bu üsulla bərpa edin

İsti hava, günəş şüaları, dəniz suyu saçların nəm balansını pozur,

arrow Ətraflı
Bu gündən bəzi tibb müəssisələri TƏBİBin tabeliyindən çıxarılıb like
  • 01 Yan 09:11  
Digərləri Bu gündən bəzi tibb müəssisələri TƏBİBin tabeliyindən çıxarılıb

Bu gündən bir sıra tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarıl�

arrow Ətraflı
Ana ola bilmədi, Azərbaycanı həmişəlik tərk etdi, like
  • 01 Yan 09:00  
Kriminal Ana ola bilmədi, Azərbaycanı həmişəlik tərk etdi,

Son.az Kulis.az-a istinadən aktrisa Zemfira İsmayılova haqqında on maraqlı

arrow Ətraflı
Fibrozlaşan alveolitlər like
  • 01 Yan 08:59  
Digərləri Fibrozlaşan alveolitlər

Fibrozlaşan alveolitlər diffuz ağ ciyər fibrozuna qədər proqressivləşən

arrow Ətraflı
İnfeksion endokarditin klinikası like
  • 01 Yan 08:55  
Digərləri İnfeksion endokarditin klinikası

İnfeksion endokarditin klinikası adətən infeksiyanın orqanizmə daxil olmas

arrow Ətraflı
Plevral punksiya like
  • 01 Yan 08:51  
Digərləri Plevral punksiya

Plevra boşluğunda mayenin olması plevral punksiyanın keçirilməsinə göst�

arrow Ətraflı
Bronxağciyər amiloidozu like
  • 01 Yan 08:46  
Digərləri Bronxağciyər amiloidozu

Bronx-ağciyər amiloidozu ağciyərlərin parenximasında,damarların divarınd

arrow Ətraflı
Plevrit və plevral möhtəviyyat like
  • 01 Yan 08:41  
Digərləri Plevrit və plevral möhtəviyyat

Plevrit plevranın səthində möhtəviyyat əmələ gəlməsi və plevral boşl

arrow Ətraflı
Leyomiomatoz Şüşəyə dönən ağciyər like
  • 01 Yan 08:35  
Digərləri Leyomiomatoz Şüşəyə dönən ağciyər

Leyomiomatoz disseminasiyalı patoloji proses olub,ağ ciyər toxumasının sonr

arrow Ətraflı
2 həftəyə tökülmüş saçları bərpa edən möcüzəli yağ qarışımı like
  • 01 Yan 08:31  
Digərləri 2 həftəyə tökülmüş saçları bərpa edən möcüzəli yağ qarışımı

Aşağıda adları yazılan yağların qarışımından hazırlanan məlhəmdən

arrow Ətraflı
Üzünüzdəki ləkələrdən xilas olmaq istəyirsinizsə, aşağıdakıları oxuyun like
  • 01 Yan 08:25  
Digərləri Üzünüzdəki ləkələrdən xilas olmaq istəyirsinizsə, aşağıdakıları oxuyun

Piqment ləkələri gün şüalarının dəriyə təsirindən,müxtəlif keyfiyy

arrow Ətraflı
Böyrək xəstəlikləri zamanı ultrasəs dopleroqrafiyası like
  • 01 Yan 08:21  
Digərləri Böyrək xəstəlikləri zamanı ultrasəs dopleroqrafiyası

Bu metod 1842-ci ildə İsveçrə alimi İ.Doppler tərəfindən kəşf edilmiş

arrow Ətraflı