Onu şam ağacının yanına qoyun və varlanın Tanınmış astroloqdan ŞOK PROQNOZ


Digərləri 31 Dek 2022 20:39:00 247 0

Onu şam ağacının yanına qoyun və varlanın  Tanınmış astroloqdan ŞOK PROQNOZ

"2023-cü il rəqəmlərin birləşməsində 7-ni təşkil edir. 7 mənəvi yüksəlişin simvoludur. Onun talismanı taleyin arabasıdır. 7 ailə dəyərlərinin möhkəmlənməsini simvollaşdırır. 7 sevgi və romantikadır". 

Son.az bildirir ki, bunu musavat.com-a astroloq Məryəm Teymur deyib.

O bildirib ki, 7 kodu olan bütün evliliklərə Tanrı tərəfindən xeyir-dua verildiyinə inanılır:

"7 münasibətlərdə sülh və harmoniyadır. Bu il istedadlı, parlaq uşaqlar dünyaya gələcək. 7 uğurlu rəqəmdir və fəaliyyətdə sərbəstlik verir. İstənilən biznes üçün əlverişli başlanğıcdır. Planlaşdırma etmədən qorxmayın, ən cəsarətli ideyaların həyata keçirilməsi üçün ən uğurlu il gəlir. 7 özünə və cəmiyyətə keyfiyyətli xidmət, uğurlu enerji yolu yaratmaqdır. Qərb astroloji təqviminə görə, 2020-ci ildə başlayan dəyişmə tendensiyası növbəti ildə də davam edəcək. Yeni ilə Merkuri və Mars planetləri ilə daxil oluruq. Planetlərin geriyə doğru hərəkəti həmişə narahatlıqlara səbəb olur. Odur ki, mühüm qərar qəbul etməzdən əvvəl mümkün nəticələr və reaksiyaları bilmək üçün retroqrad planetlərin hərəkətlərini öyrənmək məsləhətdir. Bu dövrdə insanı təkcə uğursuzluqlar gözləmir, həm də düşünmək və mühüm qərarlar qəbul etmək zamanıdır. Saturn yanvarın sonunda Oğlaq bürcündən Dolçaya keçid edir. Bir tərəfdən hər şey daha asan olacaq, Dolça gənclik, fantaziya əlamətidir. Əgər bundan əvvəl Oğlaq bürcündə Saturn bəzi sərhədlərə yönəlibsə, keçid etdiyi Dolça bu pessimist, durğun vəziyyəti yüngülləşdirəcək. Digər tərəfdən, Dolça qayda pozandır. Oğlaq bürcündə çox çalışanlar nəhayət Dolça bürcündə öz layiqli qiymətlərini alacaqlar. Bu isə o deməkdir ki, siz daha geniş düşünə, yeni layihələr üçün geniş ideyalar formalaşdıra və onları bazara çıxara bilərsiniz.

Ay və Günəş tutulmaları 

2023-cü ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək. İlk Günəş tutulması 20 apreldə Qoç bürcündə başlayacaq, Ay tutulması ilə 5 mayda başa çatacaq. İkinci Günəş tutulması 14 oktyabr Tərəzi bürcündə başlayıb, Ay tutulması ilə 23 oktyabrda bitəcək.

2023-cü ilin vedik astroloji proqnozu

2022-ci ilin oktyabrından 2023-cü ilin aprelinə qədər Yupiter Balıq bürcündən ayrılır və dövrlərin dəyişməsini ifadə edən Qoç bürcünə daxil olur. Bir sıra dəyişikliklərin sona çatacağını göstərir. Köhnə əbədiyyətə qovuşacaq, yerini yeniliyə verəcək. Qoç qızğın və döyüşkən bürcdür. Onu əsəbləşdirməyə dəyməz. 2023-cü ildə Saturnun hərəkəti və Dolça bürcünün təsiri ideyaların qarşıdurmasından xəbər verir. Qeyri-sabitlik və xaosla yanaşı, bir çox insanlar gələcəkdə nə edəcəkləri barədə inam və fikir sahibi olacaqlar. Saturn Dolça bürcündə hərəkət edir, bu, bir tərəfdən vəziyyəti sərtləşdirəcək, digər tərəfdən isə yeni ideyaların əlaməti üçün imkanlar yaradacaq.

Şərq təqviminə görə, 2023-cü il Qara su dovşanı və ya Pişik ilidir. Bu heyvanların ümid, məhsuldarlıq və firavanlıq vəd etdiyinə inanılır. Çin ənənəsində su uzun ömürlülük və sülh deməkdir. Dovşan isə sayıqlıq, ağıl, ehtiyatlılıq, çeviklik və özünü müdafiə etmə rəmzidir. 5 element dovşan bürcü olur - ağac, alov, torpaq, metal və su. 2023-cü ilin bürcü Su dovşanıdır. O, yumşaqdır, dostdur və müxtəlif mühitə asanlıqla uyğunlaşandır. Çin astrologiyasına görə, Dovşan ilində doğulanlar mülayim, sakit, səbrli və çox məsuliyyətli insanlardır. Onlar reallıqdan qaçmağa meyllidirlər, lakin həmişə ətrafdakılara sadiqdirlər. Su dovşanı ili 22 yanvar 2023-cü ildə başlayacaq və 9 fevral 2024-cü ildə başa çatacaq.

"Fenq-şui"də Dovşan məhsuldarlıq, bolluq, xoşbəxtlik və uzun, şən ömrün simvoludur. Dovşan simvolunu pəncərədə, şam ağacının yanında, ya da evin müəyyən hissəsində çoxlu pulun üzərində yerləşdirmək vacibdir.

2023-cü ildə Çin bürcünün ən şanslı əlamətləri Öküz, Pələng və İlandır. İt, At, Keçi və Donuz ilində doğulanlar bir çox perspektivlərlə qarşılaşacaq və onları reallaşdıracaq. 2023-cü ildə Xoruzlar və Meymunlar uğur qazanmaq üçün çox çalışmalıdırlar. Siçan, Əjdaha dəyişim ili olduğu üçün bu ilin nümayəndələri bütün daxili potensiallarını oyandırmalıdırlar. Dovşan ilində doğulan insanlar üçün diqqətli olmağa dəyər. Çünki bu ildə doğulanlar 2023-cü ildə dəyişikliklərlə qarşılaşacaqlar, tələsik qərarlar verməmək və ehtiyatlı olmaq daha yaxşıdır.

İlin uğurlu rəngləri ağ, qara, mavi, qırmızı, yaşıl və qəhvəyidir".

Ana və iki övladı zəhərlənib like
  • 31 Dek 20:32  
Digərləri Ana və iki övladı zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

arrow Ətraflı
Məşhur aktyordan həyatınızı dəyişəcək 15 SİTAT like
  • 31 Dek 20:25  
Digərləri Məşhur aktyordan həyatınızı dəyişəcək 15 SİTAT

ABŞ əsilli aktyor, yazıçı, ssenarist, prodüser, 4 "Qremmi" müka

arrow Ətraflı
İbrahim Borçalıdan vəfat edən oğlu ilə bağlı like
  • 31 Dek 20:18  
Şou-biznes İbrahim Borçalıdan vəfat edən oğlu ilə bağlı

Müğənni İbrahim Borçalı avtomobil qəzasında dünyasını dəyişən oğl

arrow Ətraflı
Qərbin bu həmlələrinə boyun əyməyəcəyik  Putin like
  • 31 Dek 20:04  
Dünya Qərbin bu həmlələrinə boyun əyməyəcəyik Putin

Hazırda Rusiyanı zəiflətmək, parçalamaq üçün Ukrayna və xalqından ist

arrow Ətraflı
Dovşan ilinin xüsusiyyətləri hansılardır? like
  • 31 Dek 19:57  
Digərləri Dovşan ilinin xüsusiyyətləri hansılardır?

Çin təqviminə görə, 2023 dovşan ili olacaq.

arrow Ətraflı
Vaksinasiya ilə bağlı son vəziyyət like
  • 31 Dek 19:43  
Digərləri Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 705 vaksin vurulub.

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 31 Dek 19:42  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 90 yeni yoluxma faktı qeyd

arrow Ətraflı
3ü azyaşlı olmaqla like
  • 31 Dek 19:41  
Digərləri 3ü azyaşlı olmaqla

Cəlilabadda bir evdə 3-ü azyaşlı olmaqla, 5 nəfər dəm qazından zəhərl

arrow Ətraflı
Paşinyan Qarabağa görə qanunsuz işçi qrup yaratdı like
  • 31 Dek 19:34  
Siyasət Paşinyan Qarabağa görə qanunsuz işçi qrup yaratdı

Xankəndi separatçıları erməni əhalinin vəziyyətinin pisləşməsindən g

arrow Ətraflı
Körpəsini atanlar necə vicdanı rahat və alnı açıq gəzirdilər? like
  • 31 Dek 19:27  
Digərləri Körpəsini atanlar necə vicdanı rahat və alnı açıq gəzirdilər?

Uzun illərdir ki, xüsusən də inkişaf etmiş dövlətlərdə insanlar nikahd

arrow Ətraflı
Kiyevə raket zərbələri endirilib, ölən və yaralananlar var like
  • 31 Dek 19:20  
Dünya Kiyevə raket zərbələri endirilib, ölən və yaralananlar var

Rusiya Ordusu Ukraynanın bir sıra şəhərlərinə raket zərbələri endirib,

arrow Ətraflı
"Sevgi və hörmətlə ayrıldıq"  FOTO like
  • 31 Dek 19:14  
Digərləri "Sevgi və hörmətlə ayrıldıq" FOTO

Türkiyəli aktrisa Afra Saraçoğlu keçmiş sevgilisi Mert Yazıcıoğlu ilə

arrow Ətraflı