"Milli musiqi alətlərimiz milli sərvətimizdir"
Kriminal 30 Dek 2022 15:04:00 445 0
Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Milli musiqi alətlərimiz - milli sərvətimizdir" adlı konsert keçirilib.
Musiqili axşamda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin (Bədii rəhbər və baş dirijor - Ağaverdi Paşayev, dirijor - Azərbaycan Respublikasının Əməkdar artisti İlahə Hüseynova) müşayiəti ilə Azərbaycanın müxtəlif bölgələrindən olan gənc istedadlar - Respublika və beynəlxalq müsabiqələr laureatları Murad Hümmətov (nağara), Nurlan Əfəndizadə (nağara), Sona Həsənli (piano), İbrahim Mustafayev (tar), İlkin Lətifov (tar) , Sərxan Abdurrəhmanlı (tar), Türkan Cavadova (piano), Fatimə Hümmətova (xanəndə), İnci Abbasova (piano), Nurgün Həsənova (kamança), Mirnofəl Həsənov (tar), Xəyal Bəkirov (tar) öz ifalarının dinləyicilərə təqdim ediblər.
Proqramda Adil Gəray - "Baxçakürd", Adil Bəbirov - "Konsert pyesi", Üzeyir Hacıbəyli - "Koroğlu" operasından Rəqs, Üzeyir Hacıbəyli - "Cəngi", Arif Məlikov - "Süita" , Qarabağ şikəstəsi, T.Quliyev - Qaytağı, Vittorio Monti - "Çardaş", Vasif Adıgözəlzadə -" Lay-lay", Hacı Xanməmmədov - Tar və orkestr üçün 1 nömrəli konsert (II-III hissələr) səslənib.
Filarmoniyanın direktoru, professor, Azərbaucan Respublikasının Xalq artisti Murad Adıgözəlzadənin sözlərinə görə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası gənc istedadlı musiqiçilərə hər zaman xüsusi diqqət göstərir. Məhz bu məqsədlə hər ay Filarmoniyanın səhnəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri ilə birgə "Milli musiqi alətlərimiz - milli sərvətimizdir" adlı silsilə konsertlər keçirilir.
Rusiyanın Xalq artisti Anna Netrebko həyat yoldaşı Azərbaycanın Xalq artis
"Azərbaycan Şərqi Zəngəzurda hərbi infrastrukturu inkişaf etdirməkl
Dekabr ayının 29-da saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin S�
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Paytaxtın Yasamal rayonunda məhəllərdə uşaq meydançalarının əksəriyy�
Daxili İşlər Orqanlarında növbəti kadr dəyişikliyi baş tutub.
Mövcud konseptual inkişaf sxeminə əsaslansaq, Xırdalana metro xəttinin ç�
Bir əsrdən çox yaşı olan qəzalı yataqxana binasında yaşamaq həqiqətə
Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2023-cü il dövlət büd
Aparıcı Aytən Səfərova Adriana Lima ilə bağlı paylaşım edib.
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il mün