Apteklərdə dərmanlar tapılmır, nazirlik isə qıtlıq olmadığını deyir


Digərləri 30 Dek 2022 09:45:00 333 0

Apteklərdə dərmanlar tapılmır, nazirlik isə qıtlıq olmadığını deyir

Son zamanlar Azərbaycanda bəzi dərman vasitələri, eləcə də onların əvəzediciləri tapılmır.

Son.az bildirir ki, "Report"un apardığı araşdırma zamanı "Paraferin", "Panadol", "Nurofen", "Lazolvan" şərbətlərinin, "Diazolin" və "Pankreatin" tabletkalarının, "Taufon" göz damcısının, "Natrium xlorid" infuziya üçün məhlulun, "Depakin xrono" 300 mg, "Depakin xrono" 500 mg tabletkalarının, "Depakin" siropunun, "Mezaton" ampulasının və s. dərmanların apteklərdə satışda olmadığı aşkarlanıb.

Araşdırma adları çəkilən və başqa dərmanların ümumiyyətlə depolarda da tükəndiyini üzə çıxarıb.

Əczaçı Tofiq Abdullayev "Report"a bildirib ki, Azərbaycanda bəzi dərmanların tapılmamasının bir neçə səbəbi var. Onun fikrincə, bunlar arasında dünyanın əczaçılıq bazarında baş verən qiymət artımını, Tarif Şurasının əvvəllər müəyyənləşdirdiyi qiymətlərin hazırda firmalar üçün sərfəli olmamasını, Rusiya-Ukrayna mübaribəsinin bu sahəyə mənfi təsirini qeyd etmək olar.

"Çünki bunlar ölkəyə dərman gətirən şirkətlərə təsir edir. Onlar qiymət artımını əsas gətirərək ziyanla işlədiklərini bəyan edirlər. Bu səbəbdən ya az dərman gətirilir, ya da ümumiyyətlə, gətirilmir. Misal olaraq, xeyli vaxtdır qrip əleyhinə olan tozlardan bir neçəsi Azərbaycana gətirilmir. Hesab edirəm ki, bu, həmin dərman preparatlarını istehsal edən firmanın qiymətləri artırması ilə əlaqəlidir.

Müharibəyə görə Rusiya və Ukraynadan Azərbaycana dərman gətirilməməsi başadüşüləndir. İndi həmin ölkələrdən dərman gətirilsə də, sayı və miqdarı əvvəlki dövrlərlə müqayisədə azdır. Depolar da dərmanları limitlə satır. Adi yodu və ya brilliant, yaşıl alkoqol həlli (zelyonka) belə məhdud sayda verirlər".

Əczaçı əlavə edib ki, hazırda depolarda "Korqlikon" ampulası, "Vikasol" tabletkası və iynəsi, "Eufillin" tabletkası, "Indometacin" mazı tapılmır.

"Report" məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu verib. Qurumun Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli deyib ki, ölkədə kütləvi dərman qıtlığı yoxdur və məsələnin belə qiymətləndirilməsi doğru deyil.

Laçında yeni hərbi obyektlər istifadəyə verilib like
  • 30 Dek 09:44  
Digərləri Laçında yeni hərbi obyektlər istifadəyə verilib

Azərbaycan Ordusunun maddi-texniki təminatının daha da yaxşılaşdırılmas

arrow Ətraflı
Naxçıvanda DTX ləğv edildisə, DİN niyə saxlanılır? like
  • 30 Dek 09:42  
Siyasət Naxçıvanda DTX ləğv edildisə, DİN niyə saxlanılır?

Naxçıvanda Dövlət Təhlükəsizlik Xidməti və Dövlət Gömrük Komitəsi

arrow Ətraflı
Azərbaycanın strateji valyuta ehtiyatları 60 milyard dollara çatıb like
  • 30 Dek 09:34  
Digərləri Azərbaycanın strateji valyuta ehtiyatları 60 milyard dollara çatıb

Bu ilin yanvar-noyabr aylarında qalıqlı tədiyə balansı şəraitində Azər

arrow Ətraflı
Vasif Talıbov milyonluq retro maşınlarını təcili hara apardı? like
  • 30 Dek 09:28  
Digərləri Vasif Talıbov milyonluq retro maşınlarını təcili hara apardı?

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovu

arrow Ətraflı
Sabahdan BU TARİXƏDƏK qeyriiş günüdür like
  • 30 Dek 09:23  
Digərləri Sabahdan BU TARİXƏDƏK qeyriiş günüdür

Sabahdan Azərbaycanda bayram tətili başlayır.

arrow Ətraflı
Özünü 13cü mərtəbədən qapıdan çıxa bilmədiyi üçün atıbmış... like
  • 30 Dek 09:21  
Kriminal Özünü 13cü mərtəbədən qapıdan çıxa bilmədiyi üçün atıbmış...

Xəbər verdiyimiz kimi, dekabrın 28-də gecə saatlarında Abşeron rayonu Mas

arrow Ətraflı
XankəndiLaçın yolunda BQXKnin avtomobillərinə keçid üçün şərait yaradıldı like
  • 30 Dek 09:14  
Digərləri XankəndiLaçın yolunda BQXKnin avtomobillərinə keçid üçün şərait yaradıldı

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsin�

arrow Ətraflı
Bakıda taksi sürücüsünə hədəqorxu gəldi, like
  • 30 Dek 09:07  
Kriminal Bakıda taksi sürücüsünə hədəqorxu gəldi,

Bakıda taksi sürücüsünə qarşı hədə-qorxu gəlinərək telefonu və pul

arrow Ətraflı
Bakı sakini like
  • 30 Dek 08:59  
Kriminal Bakı sakini

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Kiyev niyə “tükənmişik, resurs yoxdur” deyir? like
  • 30 Dek 08:54  
Dünya Kiyev niyə “tükənmişik, resurs yoxdur” deyir?

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov deyib ki, Ukraynada h�

arrow Ətraflı
İran hökumətinin növbəti "nailiyyəti" like
  • 30 Dek 08:49  
Dünya İran hökumətinin növbəti "nailiyyəti"

İranda soğanın qiyməti kəskin bahalaşıb. 

arrow Ətraflı
Bakıda 10 yaşlı uşağı like
  • 30 Dek 08:40  
Digərləri Bakıda 10 yaşlı uşağı

Bakının Nərimanov rayonunda azyaşlının xəsarət alması ilə nəticələn

arrow Ətraflı
"Zelenski 20 milyard oğurlayıb, Qərb dözür" like
  • 30 Dek 08:38  
Dünya "Zelenski 20 milyard oğurlayıb, Qərb dözür"

Ukrayna lideri Vladimir Zelenski qarşısına qoyulan tapşırıqları icra etdi

arrow Ətraflı
Dünyanın ən böyük hərrac evləri 18 milyard dollar gəlir əldə edib like
  • 30 Dek 08:37  
Dünya Dünyanın ən böyük hərrac evləri 18 milyard dollar gəlir əldə edib

Dünyanın 3 ən böyük hərrac evi olan "Christie`s", "Sotheby`

arrow Ətraflı
Vaşinqtonda Zelenskinin istəyi rədd edilib? like
  • 30 Dek 08:27  
Dünya Vaşinqtonda Zelenskinin istəyi rədd edilib?

Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona səfəri zamanı HİMARS MLRS �

arrow Ətraflı