Saçlara qulluq edilməsi
Digərləri 27 Dek 2022 22:05:00 457 0
Saçın görünən hissəsi ölmüş dəri hüceyrələrindən (keratindən) formalaşır. Hər bir saç follikulun daxilinə bərkidilmişdir.
Bu xəbəri də oxu: Təyyarənin "qara qutu"su tapıldı
Saç follikulun dibində yerləşən və qan dövranından qidalanan kök hissəsindən inkişaf edir. Kök məhv olunduqda saç daha inkişaf etmir. Follikulun içərisində piy vəzisi də yerləşmişdir. Saçlar 1 ay ərzində 1,25 mm ölçüdə uzanırlar. Saçların normal, yağlı, quru və qarışıq olmaqla 4 növü ayırd edilir. Normal saçlar işığı yaxşı əks etdirir, elastik olur, asanlıqla daranırlar, canlı görünürlər və bütün bu xüsusiyyətlərini yuyulduqdan sonra bir neçə gün ərzində saxlayırlar.
Yağlı saçların parıltısı tutqun olur. Yuyulandan, demək olar ki, cəmi 1 gün sonra saçlar birbirinə yapışır, çirkli və səliqəsiz görünürlər.
Quru saçlar işığı pis əks etdirdiyi üçün parıldamır və tutqun görünürlər. Onlar asanlıqla qırılır, bir-birinə dolaşır, cətinliklə daranır.
Qarışıq tipli saçlar - bunlar, bir qayda olaraq, uzun saçlar olub, köklərinə yaxın hissədə yağlı, uc hissələrində isə, bütün saç boyu kifayət qədər yağlanmadıqları üçün quru olurlar.
Saçlar daim qayğı tələb edirlər. Saçlara qulluq edilməsi prosesi onların daranması, yuyulması, masaj edilməsi, onlara möhkəmləndirici və müalicəvi vasitələrin sürtülməsindən ibarətdir. Bütün bu proseduraları həyat boyu düzgün şəkildə günbəgün yerinə yetirmək lazımdır.
Saçları hər gün səhər, günorta və axşam bütün istiqamətlərdə daramaq lazımdır. Yalnız baş dərisi qanla yaxşı təchiz olunduqda, sağlam saçlar inkişaf edə bilər. Məhz masaj və saçların şotka-daraq ilə daranması da başın dərisində qan axınını artıraraq saç köklərinin qidalanmasını gücləndirir. Bu məsləhətlər ancaq sağlam saçlara aid olub, yağlı, zəifləmiş, nazilmiş saçlara aid deyil! Belə saçları deyilənlərin əksinə az-az hallarda daramaq lazımdır.
Saçların daranması bütün istiqamətlərdə orta hesabla 100 dəfə edilir. Əgər saçlar çox uzundursa, darayarkən onları başa yaxın hissədə sıx şəkildə tutmaq və dəstə-dəstə (çəngə) olmaqla, kənar uclarına qədər şotka-daraq ilə daramaq lazımdır. Qısa saçların daranmasını, bilavasitə saçların dibindən başlamaq lazımdır. Saç ayırmalarını vaxt keçdikcə dəyişmək, imkan olduqca isə saçları, ümumiyyətlə, ayırmaq lazım deyil.
Yaxşı olar ki, saçların daranması orta hesabla 5 dəqiqə ərzində aparılsın. Qanın yaxşı dövr etməsi üçün saçları uzanmış vəziyyətdə daramaq tövsiyə olunur. Divanın kənarında növbə ilə gah üzü yuxarı, gah da üzü aşağı elə uzanın ki, saçlarınız da divanın kənarından aşağı sallansın. Başın arxa hissəsindən başlayaraq, bütün istiqamətlərdə olmaqla, şotka-daraq ilə intensiv şəkildə darama hərəkətləri edin. 3 dəqiqə keçdikdən sonra siz başın dərisində xoşagələn istilik hiss edəcəksiniz. Bu istilənmə başın dərisində qan dövranının artmasının əlamətidir. Bunun nəticəsində saçın kökündə əlavə qida maddələri yığılmış olur. Saç kökləri daha da möhkəmlənərək saçların uzanmasına və yeni saçların əmələ gəlməsinə kömək edir.
Əgər saçlarınızı darayarkən dərinizdə istilik hiss etmirsinizsə, demək, bu proseduranı düzgün yerinə yetirmirsiz və darama öz əhəmiyyətini itirir.
İmkan olduqca saçları açıq havada daramaq lazımdır. Bu, başın dərisinə daha yaxşı nəfəs almağa imkan verir.
Şotka-daraq ilə daramaq adi daraq ilə daramaqdan saçları daha çox qoruyur. Həmçinin, saçları şotka ilə darayarkən başın dərisi də masaj olunur. Əgər siz saçlarınızı daraqla daramağa adət etmisinizsə, bu halda onun dişlərinin ucları iti olmamalı, aralarındakı məsafələr isə mümkün qədər çox olmalıdır. Daraq və şotkalar təmiz olmalı, müntəzəm olaraq sabunla yuyulmalı və dezinfeksiya edilməsi üçün spirtlə silinməlidir.
Nəhayət, ən vacıb olan şərt - heç bir halda, xüsusən də uzun saçları yuyub qurtaran kimi daramayın! Saçlar öz çəkisinin 1/3-i qədər suyu özlərinə hopdura bilirlər. Ona görə də ağırlaşıb daha tez qopur və ya qırılırlar. Bu zaman baş dərisinin nəm olması da şaçların daha tez qopmasına kömək edir. Ona görə də saçlarınızı yalnız onlar bir qədər quruduqdan sonra darayın.
Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
"2022-ci ildə icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox t
İnsan elədiyi hər bir günaha görə tövbə və istiğfar edərsə, Allah ba
Peyğəmbərlər(ə) bəşərə müjdə verən və onları ilahi əzabdan qorxud
İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə biri də əlavə olunu
Rusiya Prezidenti Vladimir Putin müqavilələrdə qiymət həddi müəyyən ed�
Qırmızı aci bibərdə olan kapsiasin maddəsi metastazların yaranmasının q
Dekabrın 27-də Bakıda IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyə
Həkim allerqoloq qripə yoluxmamağın sirrini açıqlayıb.
Yaponiyada Alzheimer xəstəliyinin əlamətlərini aşkar edə bilən qan testi
Müğənni Vasif Məhərrəmlinin bacısının evdə qovulması xəbəri gü
Türkiyədə ilk dəfə korparativ şirkət daxilində həftədə 4 günlük iş