ADNA terrorundan 16 il ötür...


Digərləri 30 Apr 2025 00:06:00 72 0

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.

Son.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30-da baş verib.

ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atılan atəşlə xəsarət yetirib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.

Qanlı hadisə nəticəsində aşağıda adı olan şəxslər qətlə yetirilib:

1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü

2. Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü

3. Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu , 1946-ci il təvəllüdlü

4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr

5. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü

6. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü

7. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü

8. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü

9. Abdullayev Emin İmaməli oğlu , 1989-cu il təvəllüdlü

10. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü

11. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü

12. Akademiyaya süd məhsulları gətirən Qurbanova Ayna Abbasqulu qızı , 1957-ci il təvəllüdlü.

Yaralananların siyahısı: 

1. İsayev Kənan

2. Mustafa Məhəmməd

3. Rüstəmbəyov Faiq

4. Şirəliyev İlkin Azər oğlu (1989-cu il)

5. Mustafayev Elşən Elbəy oğlu (1989-cu il)

6. Axundov Rəhman

7. Cəmiyev Elvin Azər oğlu (1989-cu il)

8. Hüseyinli Zemfira

9. Daas Muavviyyə (Suriya)

10. Seyidəhməd Əmru.

Hadisəni törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurmuşdu. Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində apardığı araşdırmadan məlum oldu ki, cinayətkar 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur. Onun üzərindən şəxsiyyətini təsdiq edən sənədlə yanaşı, "Makarov" tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edildi.

Cinayət işi üzrə həbs edilmiş Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyev Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulova isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib. Son.az

Günün qoroskopu: Maliyyə axınında dəyişkənlik ola bilər like
  • 30 Apr 00:01  
Digərləri Günün qoroskopu: Maliyyə axınında dəyişkənlik ola bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Əli Mirəliyevdən səhhəti ilə bağlı like
  • 29 Apr 23:53  
Şou-biznes Əli Mirəliyevdən səhhəti ilə bağlı

İti tərəfindən hücuma məruz qalan müğənni Əli Mirəliyev səhhəti il�

arrow Ətraflı
Anası yeni doğuş edib, 14 yaşlı qızı da hamilə imiş... like
  • 29 Apr 23:41  
Digərləri Anası yeni doğuş edib, 14 yaşlı qızı da hamilə imiş...

"Təkcə bu ilin martından bəri 25-ə yaxın yeniyetmə qız Azərbaycan

arrow Ətraflı
May ayının havası açıqlandı like
  • 29 Apr 23:37  
Digərləri May ayının havası açıqlandı

Aprel ayında qeyri-sabit hava şəraitinin keçməsi xarakterikdir.

arrow Ətraflı
"Kızılcık şerbeti"ndə ayrılıq like
  • 29 Apr 23:21  
Şou-biznes "Kızılcık şerbeti"ndə ayrılıq

Show TV-də yayımlanan və Gold Film-in istehsalı olan "Kızılcık Şerb

arrow Ətraflı
HindistanPakistan sərhədində döyüşlər başladı like
  • 29 Apr 23:14  
Dünya HindistanPakistan sərhədində döyüşlər başladı

Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb. Atəş səslər

arrow Ətraflı
Kredit faizləri düşəcək?  Dövlət banklara 1 milyard dollar depozit yerləşdirib like
  • 29 Apr 23:05  
Digərləri Kredit faizləri düşəcək? Dövlət banklara 1 milyard dollar depozit yerləşdirib

"Maliyyə Nazirliyinin sistem əhəmiyyətli banklara təxminən 1 milyard

arrow Ətraflı
Gənc yaşda dolğu edənlərə XƏBƏRDARLIQ  10 il sonra üz dərinizdə... like
  • 29 Apr 22:53  
Digərləri Gənc yaşda dolğu edənlərə XƏBƏRDARLIQ 10 il sonra üz dərinizdə...

Dolğu inyeksiyaları qısa müddətdə üzə təzəlik və həcm qazandırsa da

arrow Ətraflı
"Gəlinimə ehtiyacım yoxdur" like
  • 29 Apr 22:40  
Şou-biznes "Gəlinimə ehtiyacım yoxdur"

"Oğlumla qonşu yaşayırıq. Aramızda bir neçə bina var. Bütün gün�

arrow Ətraflı
İspaniyada elektrik kəsintisinə görə ölənlər var like
  • 29 Apr 22:28  
Dünya İspaniyada elektrik kəsintisinə görə ölənlər var

İspaniyada elektrik enerjisinin kəsilməsi nəticəsində azı 5 nəfər ölü

arrow Ətraflı
Rəhim Rəhimlinin məzarında klip çəkdirdilər like
  • 29 Apr 22:16  
Şou-biznes Rəhim Rəhimlinin məzarında klip çəkdirdilər

Müğənni Elnarə Xəlilova ilə tələbəsi Piri Əliyev mərhum ifaçı Rəhi

arrow Ətraflı
Əhalinin nəzərinə: Maaş belə like
  • 29 Apr 22:06  
Digərləri Əhalinin nəzərinə: Maaş belə

Artıq bir müddətdir ki, Azərbaycanda əmək haqqı və maaşların saatlıq

arrow Ətraflı
Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşdı like
  • 29 Apr 22:02  
Digərləri Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşdı

Türkiyənin Kahramanmaraş şəhərində salınan "Azərbaycan məhəlləs

arrow Ətraflı
Paytaxtın bu küçəsində hər gün ölüm təhlükəsi var like
  • 29 Apr 22:00  
Digərləri Paytaxtın bu küçəsində hər gün ölüm təhlükəsi var

Xəzər rayonu Binə qəsəbəsinin Atçılıq yaşayış massivində yerləşə

arrow Ətraflı
41 yaş kiçik sevgilisini məhkəməyə verdi like
  • 29 Apr 21:44  
Şou-biznes 41 yaş kiçik sevgilisini məhkəməyə verdi

Türkiyəli məşhur şoumen və aktyor Mehmet Ali Erbil özündən 41 yaş kiç

arrow Ətraflı