Piyada vurma hadisəsində bir sürücü də salamat çıxmır Günah niyə həmişə "vurandadır"?
Digərləri 24 Dek 2025 10:30:00 61 0
"Mən hansısa təcrübəyə rast gəlməmişəm ki, piyada vurma hadisəsində məhkəmə yekun qərar versin ki, burada günah piyadadır, sürücü heç bir məsuliyyət daşımır. Hansı iş məhkəməyə düşürsə, hökm mütləq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması ilə nəticələnməlidir. Hakimlər elə bil qarşılarına məqsəd qoyublar ki, buradan bir salamat adam çıxmasın".
Bu xəbəri də oxu: Siyahıda Ata Abdullayev də var?
Son.az xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.
"Mən bu məsələ ilə bağlı bir dəfə sual ünvanladım ki, sizin məqsədiniz nədir? Bu adamı həbsxanaya göndərməklə nə qazanırsınız? Axı birincisi, sürücü bunu bilərəkdən etməyib. İkincisi və bəlkə də ən vacibi, həmin qadın orada nə gəzirdi? Üçüncüsü isə, onsuz da hadisə baş verib, geri dönüş yoxdur. Bu şəxsin himayəsində xəstə bacısı var, ailəsi var. Siz niyə israrla onu həbsxanaya göndərməyə çalışırsınız? Bu nə cəzadır, nə bəladır?"
E.Muradlının sözlərinə görə, çox vaxt kifayət qədər sübut olsa belə, məhkəmələr əsasən məhkəmə-tibbi ekspertiza rəyinə söykənirlər. Halbuki bu qurumun fəaliyyəti illərdir ciddi suallar doğurur:
"Yeni ədliyyə naziri gələndən sonra, bildiyim qədərilə, bu sistemi yeniləməyə cəhd etdi. Çünki orada illərlə "yeyib qarın bağlamış", şablon qərarlar verən ekspertlər var idi. Elə bil siyirmələrində hazır rəylər saxlayırdılar ki, ad-soyadı dəyiş, vəssalam, "sən günahkarsan". Axı ekspert kimdir? Sən hadisə yerinə baxmalısan, müayinə aparmalısan, ölçmələr etməlisən".
Nəqliyyat eksperti bildirib ki, vətəndaş hadisə anında affekt vəziyyətində ola bilər, özündə olmaya bilər:
"O izahatında deyir ki, guya yolun bu tərəfindən gəlirdi, sən də götürüb onun dediyinə uyğun rəy yazırsan. Amma kamera görüntülərinə baxanda görürsən ki, bu adam xəttin o tərəfində yox, bu tərəfində idi. Sən görüntüyə yox, onun dediyinə əsaslanırsan və bütün məsuliyyəti sürücünün üzərinə yükləyirsən. Bu nə dərəcədə vicdanlı ekspert rəyi sayıla bilər?"
Moskvada yol polisinə məxsus xidməti avtomobilin yaxınlığında partlayış
Ankara yaxınlığında baş verən təyyarə qəzasında Liviya hərbi nümayə
Bakıda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbayc
Abşeron rayonunda 2 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.
Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı v
İtaliyanın Baş naziri Corcia Meloni Milad bayramı ərəfəsində ofisinin ə
Saatlıda iki nəfər dəm qazından boğularaq ölüb.
Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasil
Sosial şəbəkədə Azərbaycanla bağlı yayılan video maraq doğurub.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Pərdələr evdə gün işığına, toza, hava çirkliliyinə və mətbəx buxar
Hamam və ya tualetdən gələn ağır kanalizasiya qoxusu bir çox evdə rast g
Ətirli qoxusu və qat-qat açılmış xəmir hissi verən tava börəyi xüsus
Peşəkar aşpazların kələm bişirərkən tez-tez müraciət etdiyi bir üsul
