Ticarət artır, sərhəd genişlənir: İranAzərbaycan əlaqələrində yeni iqtisadi müddət
Digərləri 29 Apr 2025 21:31:00 79 0
"Azərbaycana gözlənilən xüsusi səfərlərdən biri reallaşdı. Ötən gün İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasndakı iqtisadi və siyasi əlaqələrin daha da möhkəmlənməsi üçün əhəmiyyətli bir mərhələdir. Bu səfər, regionda strateji əməkdaşlıq və qarşılıqlı inamı daha da gücləndirəcək, hər iki tərəfin potensialını artırmaq üçün böyük bir fürsət təqdim edir".
Bu xəbəri də oxu: “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsi yaradıldı
Son.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O, bildirib ki, İran və Azərbaycanın zəngin tarixi və mədəni əlaqələri xalqlarımız arasında dərin etimad və anlayışın formalaşmasına kömək edir. İkitərəfli ticarət dövriyyəsi sürətlə artmaqddır. 2023-cü ildə ticarət dövriyyəsi 500 milyon dollar olub və 33 faiz artaraq 2024-cü ildə 650 milyon dollara yaxınlaşıb.
Azərbaycandan İrana neft-kimya məhsulları, kənd təsərrüfatı və plastik məmulatlar, İrandan isə bizə ərzaq məhsulları və tikinti materialları daha çox daşınıb. Lakin, yarım trilyon dollara yaxın ÜDM-ə sahib və 765 km uzunluğunda sərhəd xətti olan bir ölkə ilə bu ticarət dövriyyəsi potensialdan xeyli azdır.
"İranın Azərbaycandakı investisiyaları 370 milyon dolları keçib və bu, sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və ticarət sahələrndə mühüm əməkdaşlığı əhatə edir. Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı ilə iki ölkə arasında dialoqların mərkəzində duran məsələlərdən biridir. 2024-cü ildə bu dəhliz üzrə yükdaşıma 28 faiz, tranzit daşıma isə 23 faiz artıb. Ticarət dövriyyəsində olduğu kimi, bu yükdaşıma üzrə də real rəqəmlər potensialdan çox azdır.
Lakin hesab edirəm ki, Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması, Ağbənd - Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılması və digər dəhliz elementləri üzrə görülən işlər bu istiqamətdə effektivliyi artıra bilər".
Ekspert qeyd edib ki, Araz çayı üzərindəki su ehtiyatlarının birgə idarə olunması, işğaldan azad edilən ərazilərimizdə fəaliyyətə İran sahibkarlarının maraq göstərməsi digər iqtisadi potensialı da üzə çıxara bilər. Bir məqamı xüsusi qeyd edim ki, 2027-ci ildə Xudafərin körpüsünün yubileyi qeyd ediləcək. Bu, həm Azərbaycan, həm də İran üçün tarixi bir hadisə olacaq. Bu minilliyin şərəfinə böyük bir dövlət tədbiri keçirilə bilər, həmçinin bu, həm ikitərəfli əlaqələr, həm də regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edər.
Asya Son.az
Əməkdar artist Qormaz Əlilican ilə meyxanaçı Namiq Məna küsülüdür.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

May ayı təkcə uzun zamandır gözlənilən istilərlə deyil, həm də ciddi

Quba şəhərində dəhşətli qəza törətmiş sürücüyə hökm oxunub.

İranın İsfahan vilayətində yerləşən anbarda partlayış baş verib.

Aprelin 29-da Bakıda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoru

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.

İsrail Baş naziri Benyamin Netanyahunun korteji qəzaya düşüb.

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər

Təmir işləri ilə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkət sxe

"Ad günü edirsənsə özünə ən yaxın olan adamları yığ ora. Heç �

Aprelin 28-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəq�

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, görüntül

Aprelin sonu və Mayın əvvəlində başlayaraq, 2025-ci ilin May ayı astrolog
