Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Talış kəndi istiqamətində yenicə basdırılmış 59 mina zərərsizləşdirdik


Siyasət 29 Apr 2025 20:02:00 74 0

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Talış kəndi istiqamətində yenicə basdırılmış 59 mina zərərsizləşdirdik

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 29-da davam etdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi, tərcüməçilər, katiblər, dövlət ittihamçıları və digərləri ilə tanış edib.

Sonra təqsirləndirilən Ruben Vardanyan və onun vəkili Avraam Berman məhkəmə kollegiyasına etiraz ediblər.

Təqsirləndirilən şəxsin müdafiəçisi A.Berman etirazı əsaslandıran zaman əvvəlki məhkəmə proseslərində verilən çoxsaylı vəsatətlərinin bir qisminin təmin olunmadığını, eləcə də hazırkı vaxtadək olan bütün məhkəmə iclas protokolları ilə tam tanış ola bilmədiklərini qeyd edərək, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu və bu səbəbdən məhkəmə kollegiyasına etiraz etdiklərini deyib.

R.Vardanyan etirazı müdafiə edib.

Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək deyib ki, qeyd olunan məsələlərlə bağlı məhkəmə əvvəlki proseslərdə artıq mövqeyini ifadə edib. O əlavə edib ki, məhkəmə iclas protokolları ilə tanış olmaq üçün müdafiə tərəfinə lazımi şərait yaradılır. V.Əliyev, həmçinin deyib ki, ümumilikdə bu cür əsaslar, yəni, müdafiə tərəfinin vəsatətlərinin məhkəmə tərəfindən təmin olunmaması, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olması qənaətinə gəlməyə əsas verə bilməz

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

Belə ki, iclasa sədrlik edən qərarı əsaslandıran zaman diqqətə çatdırıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret dəlillər təqdim etməyib.

Sonra zərərçəkənlər məhkəmədə ifadə veriblər.

Zərərçəkmiş şəxs Nurlan Bağırov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edərkən hərbçi yoldaşları ilə birlikdə Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələrinin hücumuna məruz qaldığını bildirib. N.Bağırovun sözlərinə görə, hadisə zamanı onlara atəş açılıb, əl qumbaraları atılıb. Nəticədə onun 14 hərbçi yoldaşı (Daxili Qoşunların 12, Müdafiə Nazirliyinin 2 nəfər hərbi qulluqçusu) şəhid olub, hərbçilərin bir hissəsi yaralanıb. N.Bağırov özünün də hadisə zamanı yaralandığını bildirib.

Digər zərərçəkmiş şəxs Şamil İsrəfilov da yaralandığını qeyd edərək deyib: "Odlu silahlardan atəş açırdılar, üzərimizə qumbara atırdılar. Qumbara partlaması nəticəsində yaralandım".

Ş.İsrəfilov dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən hadisə zamanı hərbçi yoldaşlarından 14 nəfərinin şəhid olduğunu, 24 nəfərin isə yaralandığını söyləyib.

Zərərçəkmiş şəxs Vüsal Eyyubov ifadəsində Ermənistan hərbçilərinin odlu silahdan açdıqları atəş nəticəsində yaralandığını diqqətə çatdırıb. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq hadisə zamanı hərbçi yoldaşları arasında şəhid olanların və yaralananların olduğunu da bildirib.

Zərərçəkmiş Taciəddin Kərimov N saylı hərbi hissənin hərbi qulluqçusu kimi əvvəllər Tərtər rayonunun inzibati ərazisinə daxil olmuş, hazırda isə Ağdərə rayonuna aid olan Talış kəndi istiqamətində xidmət zamanı mina partlayışı nəticəsində xəsarət aldığını bildirib. Vurğulayıb ki, həmin vaxt o, xidmət yoldaşları ilə birgə azad edilmiş ərazilərdə təminat yolu açmaq üçün sahənin minalardan təmizlənməsi prosesi ilə məşğul olublar. Növbəti minanın zərərsizləşdirilməsi zamanı partlayış baş verib və o yaralanıb. Zərərçəkən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında bildirib ki, həmin sahədə 59 mina zərərsizləşdiriblər. Aşkarlanan minalar son illər basdırılan və Ermənistanın istehsal etdiyi minalar olub. Zərərçəkmiş şəxs daha sonra bildirib: "Hadisə zamanı hərbçi yoldaşlarım aralıda olduğuna görə onlar yaralanmadılar".

Zərərçəkmiş şəxs Cavanşir Sultanov ifadəsində Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin təxribatının qarşısını alan zaman yaralandığını deyib.

Zərərçəkən Seymur Ağakərimov isə ifadəsində erməni hərbçilərinin atdıqları minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını vurğulayıb.

Zərərçəkmiş Vaqif Babayev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olduğunu, Zəngilan rayonunda xidməti vəzifələrini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət aldığını qeyd edib. Onun sözlərinə görə, zirehli texnika ərazidə iş apararkən tank əleyhinə minaya düşüb. Həmin vaxt yaxınlıqda olduğu üçün o, müxtəlif xəsarətlər alıb. Zərərçəkən şəxs dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən Ermənistanın mina terrorundan daha çox günahsız mülki insanların əziyyət çəkdiyini söyləyib.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Məhkəmənin növbəti iclası mayın 6-na təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur. Son.az 

Bakıda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir like
  • 29 Apr 19:48  
Digərləri Bakıda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Təmir işləri ilə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkət sxe

arrow Ətraflı
"500 manata görə milləti yığıb ad günü edirlər" like
  • 29 Apr 19:46  
Şou-biznes "500 manata görə milləti yığıb ad günü edirlər"

"Ad günü edirsənsə özünə ən yaxın olan adamları yığ ora. Heç �

arrow Ətraflı
Unun topdansatış qiymətləri AÇIQLANDI like
  • 29 Apr 19:33  
Digərləri Unun topdansatış qiymətləri AÇIQLANDI

Aprelin 28-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəq�

arrow Ətraflı
Bakının mərkəzində restoran yanır like
  • 29 Apr 19:22  
Digərləri Bakının mərkəzində restoran yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Tolik bu videoya görə polisə müraciət etdi like
  • 29 Apr 19:20  
Şou-biznes Tolik bu videoya görə polisə müraciət etdi

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, görüntül

arrow Ətraflı
Mayın 14 günü ilə bağlı hamıya XƏBƏRDARLIQ like
  • 29 Apr 19:07  
Digərləri Mayın 14 günü ilə bağlı hamıya XƏBƏRDARLIQ

Aprelin sonu və Mayın əvvəlində başlayaraq, 2025-ci ilin May ayı astrolog

arrow Ətraflı
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsi yaradıldı like
  • 29 Apr 18:58  
Digərləri “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsi yaradıldı

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sahibsiz He

arrow Ətraflı
Azərbaycanda bu dil sürətlə yayılır  Orta məktəblərdə tədris olunacaq? like
  • 29 Apr 18:55  
Digərləri Azərbaycanda bu dil sürətlə yayılır Orta məktəblərdə tədris olunacaq?

Xəbər verdiyimiz kimi, aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin

arrow Ətraflı
Meteohəssas insanlar üçün sabahın like
  • 29 Apr 18:46  
Digərləri Meteohəssas insanlar üçün sabahın

Aprelin 30-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
6,2 ballıq zəlzələ oldu like
  • 29 Apr 18:34  
Dünya 6,2 ballıq zəlzələ oldu

Yeni Zelandiya sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.

arrow Ətraflı
İbtidai siniflərdə yaz tətili başlayır like
  • 29 Apr 18:27  
Digərləri İbtidai siniflərdə yaz tətili başlayır

Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai sini

arrow Ətraflı
"Zəlzələ vaxtı mətbəxdə paltarsız halda kofe içirdim"  VİDEO like
  • 29 Apr 18:25  
Şou-biznes "Zəlzələ vaxtı mətbəxdə paltarsız halda kofe içirdim" VİDEO

Türkiyəli məşhur musiqiçi Attila Atasoy açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Pezeşkianın oğlu da həmin şeiri paylaşdı  VİDEO like
  • 29 Apr 18:12  
Dünya Pezeşkianın oğlu da həmin şeiri paylaşdı VİDEO

İran Prezidenti Məsud Pezeşkianın oğlu Mehdi Pezeşkian sosial media hesab�

arrow Ətraflı
May ayında onların bəxti gətirəcək: Bu 3 bürc elə xoşbəxt olacaq ki... like
  • 29 Apr 18:00  
Digərləri May ayında onların bəxti gətirəcək: Bu 3 bürc elə xoşbəxt olacaq ki...

May ayının əvvəlindən etibarən bəzi bürclərin həyatında böyük dəyi

arrow Ətraflı
Vətəndaşlara banklarla bağlı seçim azadlığı veriləcək like
  • 29 Apr 17:55  
Digərləri Vətəndaşlara banklarla bağlı seçim azadlığı veriləcək

"Mərkəzi Bank bank sektorunda təmərküzləşmənin qarşısını almaq

arrow Ətraflı