Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıqda yeni səhifə


Siyasət 26 Apr 2025 20:29:00 67 0

Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıqda yeni səhifə

Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlər yenilənmə dövrünü yaşayır. Dəyişən geosiyasi şərait fonunda hər iki tərəf bərabərhüquqlu dialoqun inkişafına və tərəfdaşlığın möhkəmlənməsinə maraq göstərir. Bu kontekstdə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya son səfəri Bakı ilə Brüssel arasında əməkdaşlıqda yeni səhifə açan mühüm hadisəyə çevrildi.

Avropa İttifaqı və Azərbaycan yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi üzərində işləri sürətləndirmək barədə razılığa gəldilər. Bu barədə Kaya Kallas Bakıda keçirilən danışıqlar zamanı bəyan etdi.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun birgə mətbuat konfransında qeyd etdiyi kimi, tərəflər gələcək sazişin əhatə etdiyi məsələlərin təxminən 90 faizində konsensusa nail olublar. Lakin onun sözlərinə görə, əsasən ticarət və iqtisadiyyat sahələrinə aid bəzi məsələlər hələ də müzakirə predmetidir.

"Bu gün Azərbaycan regionumuzda Aİ-nin əsas ticarət tərəfdaşıdır. Ticarət dövriyyəsi 20 milyard dollar təşkil edir", - deyə nazir vurğulayıb.

O əlavə edib ki, son illərdə danışıqlar prosesi müəyyən qədər ləngimişdi, lakin artıq tərəflər qarşıdakı aylarda bu prosesi fəallaşdırmaq üçün praktiki addımlar atmaq barədə razılığa gəliblər. Bundan əlavə, Bayramovun sözlərinə görə, saziş layihəsinin yeni müddəalarla tamamlanması məsələsi də nəzərdən keçirilir.

Kaya Kallas çıxışında Avropa İttifaqı ilə Azərbaycanın uzun illərə söykənən tərəfdaşlıq münasibətlərini qeyd edib. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investoru olaraq qalır.

"Aİ həmçinin Azərbaycanda minatəmizləmə işlərinə mühüm dəstək verir, münaqişənin nəticələrinin aradan qaldırılmasına kömək edir. Bizim əməkdaşlığımızın daha da inkişafı üçün böyük potensial mövcuddur", - deyə Kallas bildirib.

Kaya Kallasın Bakıya səfəri Azərbaycanla Aİ arasında münasibətlərin yenidən canlandırılması istiqamətində mühüm addım oldu.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Avropa İttifaqı ilə bərabərhüquqlu və geniş əməkdaşlığın inkişafında maraqlıdır. Bu gün isə belə bir anlayışın Brüsseldə də yenidən gücləndiyini görmək olar.

Avropada Azərbaycanın regionun enerji təhlükəsizliyinin möhkəmlənməsinə verdiyi töhfə getdikcə daha çox dəyərləndirilir. Artıq beş ilə yaxındır ki, Cənub Qaz Dəhlizi uğurla fəaliyyət göstərir və Azərbaycan qazı səkkizi Aİ üzvü olmaqla, 10 Avropa ölkəsinə çatdırılır. Tədarük coğrafiyası baxımından Azərbaycan Avropaya qaz ixrac edən əsas ölkələrdən biridir.

Bundan əlavə, Azərbaycanla Avropa arasında münasibətlərdə ölkəmizin nəqliyyat potensialı da mühüm rol oynayır. Qlobal geosiyasi və iqtisadi dəyişikliklər fonunda Azərbaycanın rolu daha da aktuallaşır. Ölkəmiz, mühüm nəqliyyat marşrutlarının kəsişməsində yerləşməklə, qlobal nəqliyyat şəbəkəsinin əsas elementinə çevrilib. Söhbət, xüsusən də Avropanı Mərkəzi Asiya və Çinlə Cənubi Qafqaz və Xəzər dənizi vasitəsilə birləşdirən Orta Dəhlizdən gedir. Bu marşrutun inkişafı Aİ üçün strateji əhəmiyyət kəsb edir.

Beləliklə, son aylarda müsbət bir tendensiyanı müşahidə etmək mümkündür: Avropa İttifaqının siyasətinə real təsir edən əsas Avropa rəsmiləri Bakı ilə bağlı qarşıdurma ritorikasından uzaqlaşır. Bu isə gələcəkdə Aİ-nin regiondakı siyasətinin qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri üzərində qurulacağına ümid yaradır.

Siyasi iradə olduğu və xarici amillərin təsiri aradan qaldırıldığı halda, Azərbaycan və Aİ əvvəlki kimi zəngin və perspektivli əməkdaşlıq gündəliyinə qayıda bilərlər. Avropaya sabit, məsuliyyətli və etibarlı tərəfdaş lazımdır və Azərbaycan bu statusu illərdir öz fəaliyyəti ilə təsdiqləyib. TREND

200 və aşağı bal toplayanlar bu ixtisaslarda oxuyur  SİYAHI like
  • 26 Apr 20:25  
Digərləri 200 və aşağı bal toplayanlar bu ixtisaslarda oxuyur SİYAHI

Azərbaycanda 2024-cü ildə keçirilmiş qəbul imtahanlarının nəticələrin

arrow Ətraflı
Sabiq direktora hökm oxundu like
  • 26 Apr 20:13  
Kriminal Sabiq direktora hökm oxundu

Şamaxı və Qobustan rayon Mərkəzi xəstəxanalarının mənimsəmədə ittih

arrow Ətraflı
1 ay ancaq 720 yumurta yedi, görün nə oldu like
  • 26 Apr 20:00  
Digərləri 1 ay ancaq 720 yumurta yedi, görün nə oldu

Harvard Universitetinin doktorantı Nik Norvits bir ay ərzində hər gün 24 yu

arrow Ətraflı
Beren ana olacaq? like
  • 26 Apr 19:48  
Şou-biznes Beren ana olacaq?

Türkiyəli məşhur cütük Kənan Doğulu ilə Beren Saat bir müddət əvvəl

arrow Ətraflı
Nazirlik bağçalarda boş yerlərin sayını açıqladı like
  • 26 Apr 19:34  
Digərləri Nazirlik bağçalarda boş yerlərin sayını açıqladı

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki 20 məktəb�

arrow Ətraflı
Azərbaycanda məktəbiə yayılan video ilə bağlı araşdırma başladı like
  • 26 Apr 19:32  
Digərləri Azərbaycanda məktəbiə yayılan video ilə bağlı araşdırma başladı

Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəblə b

arrow Ətraflı
Trampla təkbətək çox şeyi müzakirə etdik  Zelenski like
  • 26 Apr 19:20  
Dünya Trampla təkbətək çox şeyi müzakirə etdik Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşün

arrow Ətraflı
“Sənətkarın dostu” layihəsinin növbəti qonağı Salman Qəmbərov olacaq like
  • 26 Apr 18:57  
Kriminal “Sənətkarın dostu” layihəsinin növbəti qonağı Salman Qəmbərov olacaq

1 may tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyy

arrow Ətraflı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verildi like
  • 26 Apr 18:55  
Digərləri Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

arrow Ətraflı
Xalq Artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasinda konsert proqrami ilə çıxış edəcək like
  • 26 Apr 18:51  
Kriminal Xalq Artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasinda konsert proqrami ilə çıxış edəcək

9 may saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ü

arrow Ətraflı
Palata daha bir nazirliyə like
  • 26 Apr 18:45  
Digərləri Palata daha bir nazirliyə

Hesablama Palatasının 2022-2023-cü illərdə Gənclər və İdman Nazirliyi d

arrow Ətraflı
Gəncədə ağır qəza  xəsarət alan var  FOTO like
  • 26 Apr 18:34  
Digərləri Gəncədə ağır qəza xəsarət alan var FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Hər səhər acqarına bir qaşıq için  Bədəni təmizləyir, sızanaqların qarşısını alır like
  • 26 Apr 18:27  
Digərləri Hər səhər acqarına bir qaşıq için Bədəni təmizləyir, sızanaqların qarşısını alır

Ənənəvi tibbin və müasir elmin bir araya gəldiyi bu sadə inqrediyent - a

arrow Ətraflı
"Həmin an cadu bədənimizə girir" like
  • 26 Apr 18:13  
Şou-biznes "Həmin an cadu bədənimizə girir"

"Bu mövzuda problem fikirdən başlayır. Biz buna proqram da deyə bilər

arrow Ətraflı
Aİ 92 ilə problemsiz işləyən maşınlar  SİYAHI like
  • 26 Apr 18:00  
Digərləri Aİ 92 ilə problemsiz işləyən maşınlar SİYAHI

Azərbaycanda avtomobil alıcılarının bir qisminin ən çox diqqət yetirdiyi

arrow Ətraflı