Sabiq direktora hökm oxundu
Kriminal 26 Apr 2025 20:13:00 51 0
Şamaxı və Qobustan rayon Mərkəzi xəstəxanalarının mənimsəmədə ittiham olunan sabiq direktoru Emin Hüseynin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu xəbəri də oxu: Operada yalnız qızlar – bir axşam Bakıda
Son.az "Report"a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, ona bir il sınaq müddəti müəyyən edilməklə şərti cəza verilib.
İttihama görə, Emin Hüseyn Qobustan və Şamaxı rayonlarının Mərkəzi xəstəxanalarında direktor vəzifəsində işləyərkən rəsmi sənədlərə yalan məlumatları daxil edib. O, bu yolla dövlət büdcəsindən həmin xəstəxanalara ayrılmış pul vəsaitlərini mənimsəməkdə təqsirləndirilib.
İttihamda qeyd olunub ki, o, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyərkən xəstəxananın kompüter və periferiya avadanlıqlarının təmiri və texniki qulluq xidmətlərinin göstərilməsi ilə bağlı ayrılan vəsaiti, həmçinin Şamaxı Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsində işləyərkən xəstəxananın təmiri üçün ayrılmış pulun bir qismini, sözügedən xəstəxanaya dərman vasitələrinin alınmasına görə təyin olunan pulu və digər təyinatlarla ayrılmış vəsaitləri mənimsəyib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
Məhkəmə materiallarına əsasən, o, mənimsənilən məbləğlərin müəyyən hissəsini dövlət büdcəsinə geri qaytarıb.
Emin Hüseyn ifadəsində hazırda "Batı Göz" klinikasında baş həkim vəzifəsində işlədiyini bildirib. Son.az
Harvard Universitetinin doktorantı Nik Norvits bir ay ərzində hər gün 24 yu

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki 20 məktəb�

Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəblə b

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşün

1 may tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyy

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

9 may saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ü

Hesablama Palatasının 2022-2023-cü illərdə Gənclər və İdman Nazirliyi d

Ənənəvi tibbin və müasir elmin bir araya gəldiyi bu sadə inqrediyent - a

"Bu mövzuda problem fikirdən başlayır. Biz buna proqram da deyə bilər

Azərbaycanda avtomobil alıcılarının bir qisminin ən çox diqqət yetirdiyi

Sumqayıtda dələduzluq edən şəxsə cinayət işi açılıb.

Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir
