Tələbələrin arzuları Çin olur: Yeni ÇinAzərbaycan universitetinin üstünlükləri


Digərləri 25 Apr 2025 08:08:00 75 0

Tələbələrin arzuları Çin olur: Yeni ÇinAzərbaycan universitetinin üstünlükləri

"Azərbaycan və Çin arasında birgə universitetin yaradılması ölkənin ali təhsil sistemində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Bu əslində son illərdə Azərbaycanda beynəlxalq əməkdaşlığa əsaslanan universitetlərin yaradılması tendensiyasının davamıdır. Hazırda ölkəmizdə Türkiyə-Azərbaycan Universiteti, ADA Universiteti nəzdində İtaliya-Azərbaycan Universiteti və Fransız-Azərbaycan Universiteti (UFAZ) uğurla fəaliyyət göstərir. Statistikaya nəzər salsaq, bu tip ikili diplom proqramları və birgə təhsil müəssisələri Azərbaycan ali təhsil sektorunda beynəlxalq rəqabətə çıxmaq və müxtəlif ölkələrin qabaqcıl təhsil təcrübələrini ölkəmizə gətirmək məqsədi daşıyır".

Son.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. 

O bildirib ki, Çin universitetləri son illərdə beynəlxalq reytinqlərdə ciddi yüksəliş nümayiş etdirir. 2024-cü ilin QS World University Rankings nəticələrinə görə, Pekin Universiteti (Peking University) və Tsinghua Universiteti Asiyada ilk yerləri tutur və dünyada TOP 20-likdə qərarlaşır. Ümumilikdə isə Çin universitetlərinin sayı 3000-dən çoxdur və hər il on minlərlə xarici tələbə qəbul edilir. Çin ali təhsilinin inkişafı, xüsusilə elmi tədqiqat, texnologiya və mühəndislik sahələrində dünya miqyasında nüfuz qazanıb. Hazırda Çin universitetləri beynəlxalq nəşrlərin sayına, ixtiralarına və patentlərinə görə ABŞ, Böyük Britaniya və Almaniya universitetləri ilə rəqabət aparır:

"Azərbaycanda Çin-Azərbaycan Universitetinin açılması ilk növbədə ölkəmizə Çin təhsilinin elmi potensialı, yeni texnologiyaların və innovativ tədris metodlarının gətirilməsi deməkdir. Bu universitet Çin dili, mədəniyyətinin, texnologiyasının, iqtisadiyyatının öyrənilməsi üçün unikal imkanlar yaradacaq, tələbələrin həm Asiya, həm də Avropa təhsil standartlarına çıxışını təmin edəcək. Bundan əlavə Çin-Azərbaycan Universiteti iqtisadi, ticarət, mühəndislik, informasiya texnologiyaları və logistika sahələrində yeni kadrların hazırlanmasında mühüm rol oynayacaq. Nəzərə alsaq ki, Çin artıq Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından birinə çevrilib və "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində regionun strateji tərəfdaşıdır, bu universitet yalnız təhsil deyil, iqtisadi əməkdaşlığın da inkişafına təkan verəcək.

Dünyada belə birgə universitet nümunələri az deyil. Məsələn, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGIMO) və Çin universitetlərinin, həmçinin Sinqapur Texnologiya və Dizayn Universiteti ilə MIT (ABŞ) arasında birgə layihələr uğurla reallaşdırılıb. Rusiyada Moskva-Cənub-Çin Universiteti, Fransada Çin-Fransa Universiteti kimi layihələr də var. Bu modellər bir qayda olaraq hər iki ölkənin təhsil proqramlarının sintezi, müəllim mübadiləsi, ikili diplom, tələbələrin qarşılıqlı təcrübə proqramları ilə xarakterizə olunur və məzunların beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini xeyli artırır".

Ekspert qeyd edib ki, Azərbaycan üçün Çin universiteti ilə birgə qurulan ali məktəb yeni bilik və texnologiyaların transferi, gənclərin dünya elminə inteqrasiyası və Asiya bazarına çıxış imkanlarının genişlənməsi baxımından mühüm mərhələ olacaq.

"Əsas üstünlüklər kimi Çinin yüksək reytinqli təhsil standartları, elmi-tədqiqat potensialı, sənaye və texnologiya sahəsində təcrübəsi, həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsi üçün yeni peşəkar mühitin formalaşması göstərilə bilər. Bu addım Azərbaycanın təhsil sektorunda yeni nəfəs, regionda isə strateji innovasiya və təhsil mərkəzinə çevrilməsi istiqamətində ciddi imkanlar yaradacaq".

Aysel Əkbər Son.az 

Qızdırma ilə gəzməyə çıxmaq olar? Cavab çoxlarını like
  • 25 Apr 07:35  
Digərləri Qızdırma ilə gəzməyə çıxmaq olar? Cavab çoxlarını

Soyuqdəymə və ya qrip bizi yaxalayanda, ilk əlamətlərdən biri adətən b�

arrow Ətraflı
"Uluyanlar, mələyənlər, hamısı efirdədirlər" like
  • 25 Apr 07:07  
Şou-biznes "Uluyanlar, mələyənlər, hamısı efirdədirlər"

Aparıcı və aktyor Sərxan Kərəmoğlu açıqlaması şou gündəmini yerind

arrow Ətraflı
3 bürc üçün yeni və xoşbəxt həyat başlayır like
  • 25 Apr 06:31  
Digərləri 3 bürc üçün yeni və xoşbəxt həyat başlayır

Tarot kartları, emosional və ya həyat stressi dövrünün bitdiyi bürcün ü

arrow Ətraflı
Barmaqları şaqqıldatmaq vərdişi bu halda təhlükəsizdir like
  • 25 Apr 06:06  
Digərləri Barmaqları şaqqıldatmaq vərdişi bu halda təhlükəsizdir

Əgər barmaqları şaqqıldatmaq zamanı ağrı, şişkinlik və ya hərəkət

arrow Ətraflı
Rahidəyə efirdə evlənmə təklifi edildi like
  • 25 Apr 05:05  
Şou-biznes Rahidəyə efirdə evlənmə təklifi edildi

Müğənni Rahidə Baxışovaya efirdə evlənmə təklifi edilib. 

arrow Ətraflı
Bu ölkədə telekanallar BAĞLANIR: canlıları göstərmək like
  • 25 Apr 04:04  
Dünya Bu ölkədə telekanallar BAĞLANIR: canlıları göstərmək

Əfqan Jurnalistika Mərkəzinin məlumatına görə, hakimiyyət mediaya canlı

arrow Ətraflı
Göbekli Tepe  İnsanlıq tarixini yenidən yazdıran qədim abidə like
  • 25 Apr 03:03  
Digərləri Göbekli Tepe İnsanlıq tarixini yenidən yazdıran qədim abidə

İnsanlıq tarixinin ən sirli və möhtəşəm arxeoloji tapıntılarından bir

arrow Ətraflı
Sadəcə dahilər görür  9 saniyə vaxtınız var: Pişiyi tapın like
  • 25 Apr 01:01  
Digərləri Sadəcə dahilər görür 9 saniyə vaxtınız var: Pişiyi tapın

Optik illüziya - gözlərinizin gördüyü ilə beyninizin onu necə şərh etm

arrow Ətraflı
"Rəşada görə veriliş bağlansa, vecimə olmaz" like
  • 25 Apr 00:48  
Şou-biznes "Rəşada görə veriliş bağlansa, vecimə olmaz"

Xəbər verdiyimiz kimi, "Space TV"nin efirindəki "Tarixin bir g

arrow Ətraflı
Bu Çin məhsulları Azərbaycanda vizasız rejimlə daha əlçatan olur  Sahibkarların DİQQƏTİNƏ like
  • 25 Apr 00:37  
Digərləri Bu Çin məhsulları Azərbaycanda vizasız rejimlə daha əlçatan olur Sahibkarların DİQQƏTİNƏ

Çinlə vizasız rejim - Azərbaycana texnologiya və dizayn dalğası gəlir!

arrow Ətraflı
Mərmərədə 291 afterşok qeydə alındı like
  • 25 Apr 00:13  
Digərləri Mərmərədə 291 afterşok qeydə alındı

Mərmərə dənizində Silivri sahilində 6,2 maqnitudalı zəlzələdən sonra

arrow Ətraflı
HindistanPakistan gərginliyi pik həddə: Bütün su bəndləri bağlandı like
  • 25 Apr 00:06  
Dünya HindistanPakistan gərginliyi pik həddə: Bütün su bəndləri bağlandı

Hindistan Hind çayının Pakistana axınının qarşısını almaq üçün büt

arrow Ətraflı
Günün qoroskopu: Duyğular sabit, fikir aydın like
  • 25 Apr 00:01  
Digərləri Günün qoroskopu: Duyğular sabit, fikir aydın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Trampdan Putinə : "Vladimir, dayan!" like
  • 24 Apr 23:48  
Dünya Trampdan Putinə : "Vladimir, dayan!"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiyanın Ukraynanın paytaxtı Kiyev

arrow Ətraflı