Məhkəmədə Şuşanın Ermənistan tərəfindən işğal edilməsinə qədər baş vermiş hadisələrlə bağlı sənədlər tədqiq olunub FOTO
Siyasət 24 Apr 2025 15:09:00 72 0
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşanın işğal olunmasına qədər baş vermiş hadisələrlə bağlı sənədlər tədqiq edilib.
Bu xəbəri də oxu: “Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır”
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət ittihamçılarının tədqiq etdikləri sənədlərə əsasən, işğala qədər Şuşa şəhəri və ətraf kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif silahlarla, o cümlədən raketlərlə və toplarla dəfələrlə atəşə tutulub.
Həmin hadisələr zamanı milliyyətcə azərbaycanlı olan şəxslər həlak olub, yaralanıb və ya girov götürülüb.
Həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlıların yaşadıqları kəndlərin su kəmərləri partladılıb, təhsil, səhiyyə və digər mülki obyektlərə, vətəndaşların evlərinə ciddi zərər dəyib. Qeyd olunan faktlar üzrə həmin vaxt cinayət işləri başlanılıb.
Hadisələr sırasında Malıbəyli və Quşçular qətliamı adlandırılan hadisələr də daxildir.
Məhkəmədə tədqiq edilən digər protokol isə 1991-ci il aprelin 4-də Şuşa rayonunun Göytala kəndində uçuş zamanı vertolyotun atəşə tutulması faktı ilə bağlı olub. Həmin gün saat 12-13 radələrində içərisində Azərbaycan Respublikası Ali Sovetinin deputatları olan Daxili İşlər Nazirliyinə məxsus 27057 nömrəli vertolyot Şuşa rayonunun Göytala kəndinə uçan zaman ermənilərin yaşadıqları Eksaok kəndindən atəşə tutulması nəticəsində zədələnib, Turşsu kəndində məcburi eniş edərkən qəzaya uğrayaraq yanıb, bəzi sərnişinlər yaralanıb.
Elan və tədqiq olunan digər protokol 1992-ci il yanvarın 28-də sərnişin vertolyonunun vurulması faktı ilə bağlı olub. Qeyd edilib ki, Ağdam aeroportundan havaya qalxaraq Ağdam-Şuşa reysi üzrə uçuşa başlayan Azərbaycan Respublikasına məxsus "AZAL" mülki aviasiya konserninin "AZALPANX" Zabrat aviaşirkətinə aid 24137 bort nömrəli "Mİ-8T" markalı sərnişin vertolyotunun Xankəndi şəhərinin Kərkicahan kəndi ərazisindən Ermənistan silahlı qüvvələri tərəfindən raketlə vurulub. Vertolyot Şuşa rayonunun Xəlfəli kəndindən Qaybalı kəndinə gedən torpaq yola çırpılaraq partlayıb. Hadisə zamanı 3-ü ekipaj üzvü və 39 nəfər sərnişin olmaqla, ümumilikdə 42 nəfər ölüb. Hadisə yerinə və meyitlərə baxış keçirilməsi haqqında protokollardan görünür ki, vertolyotun yanğınla müşayiət olunan partlayışı nəticəsində onun içərisində olan şəxslərin meyitləri yanmış və parçalanmış vəziyyətdə aşkarlanıb. Hadisə yerindən qəlpə hissələri götürülüb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Balıq zülal, omega-3 yağ turşuları və vitaminlərlə zəngin ən faydalı

Bakıda heyrətamiz hadisə baş verdi-Fidan Hacıyevanın İkinci Beynəlxalq O

Xınalıq stansiyasından 22 km cənub-şərqdə, İsmayıllı rayonunda zəlzə

Yeni vizasız rejim səfərləri asanlaşdıracaq - bəs xərclər necədir?

WhatsApp istifadəçilərin məxfiliyini artırmaq üçün yeni bir funksiyanı

Sərfəli xidmətləri ilə yanaşı, sosial layihələrə verdiyi önəmlə se�

Azərbaycanlı tanınmış müğənninin 1 milyonluq bağ evi tikdirdiyi məlum

"Smartfonlarınızda cinayətkar var" - DİN-dən vətəndaşlara xəb

Milli Qəhrəman Hökumə Əliyevanı təhqir edən qadın həbs edilib.

"Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğl

İstanbulun Silivri sahillərində baş verən zəlzələ təşviş doğurub v�

Bu gün Azərbaycan mətbuatında öz izi və dəst-xətti ilə seçilən "

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu
