Hökumə Əliyevanı təhqir edən qadın həbs edildi
Digərləri 24 Apr 2025 13:50:00 71 0
Milli Qəhrəman Hökumə Əliyevanı təhqir edən qadın həbs edilib.
Bu xəbəri də oxu: Ərdoğan gecə onlarla görüşdü VİDEO
Son.az xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, ötən həftə A.Həsənova adlı qadın (ad şərtidir - red.) sosial şəbəkə hesabında Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Hökumə Əliyevanın ünvanına təhqiramiz sözlər yazıb.
Qadının sözləri ictimaiyyət arasında kəskin narazılığa səbəb olub. Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib. O bildirib ki, qadın həyat yoldaşı barəsində qeyri-etik, təhqiramiz ifadələr işlədib.
A.Həsənova polis tərəfindən aşkarlanıb və inzibati qaydada tutularaq polis şöbəsinə gətirilib. Xanım etdiyi əməli səmimi etiraf edib.
O, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 10 gün həbs qərarı verilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Prezident İlham Əliyevin sərəncamı ilə 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Əliyeva qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.
Xəbərə aid video
"Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğl

İstanbulun Silivri sahillərində baş verən zəlzələ təşviş doğurub v�

Bu gün Azərbaycan mətbuatında öz izi və dəst-xətti ilə seçilən "

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu

Sultanqazidə iki qrup arasında yol vermək üstündə mübahisə silahlı döy

Tarix kontekstdən qoparılıb şüara çevriləndə, artıq elm olmur. O, yalan

Ağcabədi rayon sakini Azər Hacıyevin oğlu Rahim Hacıyev 2018-ci ildə mal

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekin Xarici Dillər Un

Naxçıvanda 75 yaşlı nənəni öldürüb meyitini quyuya atmaqda şübhəli b

"Orta dəhliz üzrə yükdaşımı davam etdirilir. Eyni zamanda Xəzər d�

Abşeron rayonu Masazır qəsəbəsinin sakinləri 525 nömrəli marşurut xətt

Müğənni Günel Ələkbərova açıqlamaları ilə diqqət çəkib.

Türkiyənin İstanbul şəhərində baş verən ardıcıl zəlzələlərdən so

Xızı rayonunda Altıağac qoruğu ərazisində yerləşən "Cənnət ba�
