Manatla ilə bağlı mühüm qərar Mərkəzi Bankdakı görüşün DETALLARI AÇIQLANDI
Digərləri 24 Apr 2025 10:39:24 71 0
Ötən gün Mərkəzi Bankın rəhbəri Taleh Kazımovun bir neçə müstəqil iqtisadçı ilə növbəti görüş keçirib və müzakirələr aparıb.
Son.az xəbər verir ki, görüşdə iştirak edən iqtisadçı ekspert Natiq Cəfərli formatı təqdir edib və bir neçə sual səsləndirdiyini vurğulayıb.
"1. MB-nin həftəlik valyuta hərracları nəticələrinin 1 aydan çoxdur ki, açıqlamamasını doğru saymıram. Taleh müəllim kifayət qədər arqumentli izah etsə də, düşünürəm ki, bu qərar bazarda ajiotajı azaltmır, əksinə, artırır. Bəli, dolayı rəqəmlərlə zatən hər ay nə qədər valyuta satıldığı, 1 il ərzində Neft Fondunun nə qədər dollar satacağı öncədən bilinir, bu həcm dəyişmir, amma düşünürəm ki, həftədə 2 hərrac haqında hər yeni həftənin 1-ci günü ümumi məlumat dərc olunsa, yaxşı olar;
2. Maliyyə Nazirliyinin ehtiyat büdcə vəsaitini banklara 3 aylıq depozitə qoyması məsələsini də qaldırdım, yeni, doğru yanaşmadır, amma problem odur ki, bu vəsait 3-4 iri, sistemyaradan banka yerləşdirilir, kiçik banklar rəqabətdə daha da geri düşür;
3. Ölkədə vətəndaşların arasında xarici birjalarda qiymətli kağızların alqı-satqısı getdikcə populyarlaşır, amma bu fəaliyyətin vergi ayağı doğru tənzimlənmir, vergi insanlara problem yaradır, buna görə də bizim treyderlər xarici banklara üz tutub onların onlayn bankçılığı platformalarından istifadəyə üstünlük verirlər;
4. Taleh müəllim ölkədə cəmi 150 min vətəndaşın əmanət hesabının olduğunu dedi - bu, ölkəmiz üçün çox kiçik rəqəmdir, amma bu nəticədir, səbəblər bank sektoruna güvənin hələ tam təsis olunmaması, gizli iqtisadiyyatın miqyasının böyük olması və insanların rəsmi rəqəmlərin yaxşı göstərilməsinə rəğmən daha kasıb olmasıdır.
Bank kredit faizlərinin yüksək olması, manatın gələcəyi də müzakirə olundu, aldığımız siqnal belədir ki, nə MB, nə də hökumət yaxın-orta vədədə manatın məzənnəsinin dəyişməsini istəmir, inzibati-sabit məzənnə rejimini saxlamağı düşünür", - ekspert vurğulayıb.
Vatikan Roma Papası Fransiskin vəfatı ilə bağlı 9 günlük matəm elan edi

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini m

Misir və Azərbaycanda bir çox gözəllik yarışmalarında münsif qismində

"Bu gün Azərbaycanın əməkdaşlıq əlaqələrinin dinamik şəkildə i

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün axşam saatlarında İrə

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verən ağ�

Ötən gün vətəndaşların bank kartlarından 20332 manat oğurlanıb.

Bəzən hətta ən diqqətli və güclü insanlar başqalarının intriqaların�

Bu gün səhər saatlarında İstanbulun qərbində yerləşən Böyükçəkməc

Ağ Evin mətbuat katibi Karolin Leavitt bildirib ki, ABŞ Ukrayna Prezidenti Vo

"ChatGPT"nin yaradıcısı olan "OpenAI" şirkəti, əgər f

Aprelin 23-də saat 22:20 radələrində Azərbaycan Ordusunun bölmələri tər

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
