Yetkinlik yaşına çatmayan övladını oğurluğa cəlb etdi – Ali Məhkəmədən ağır cəza


Digərləri 24 Apr 2025 10:06:00 64 0

Yetkinlik yaşına çatmayan övladını oğurluğa cəlb etdi – Ali Məhkəmədən ağır cəza

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib. 

Son.az xəbər verir ki, işin hallarına görə, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan oğlunu cinayətkar fəaliyyətə cəlb edib, tamah niyyətilə özgənin əmlakını vahid niyyətlə gizli olaraq qəsdən talama məqsədilə, rayon ərazisində vətəndaşın istifadədə olmayan balıqartırma gölünün ərazisindən açıq sahədən bir neçə dəfəyə 2600 manat dəyərində elektrik naqilini, 1560 manat dəyərində işıq dirəyini, 300 manat dəyərində ikilaylı 1 ədəd dəmir qapını, 210 manat dəyərində 7 ədəd işıq lampasını və 300 manat dəyərində 15 ədəd su axınını tənzimləyən dəmir qapağı gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 4970 manat məbləğində maddi ziyan vurublar. 

Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs CM-in 170.1 (On səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə) və 177.2.1-ci (Oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Həmin hökmlə həmçinin digər təqsirləndirilən şəxs olan övladı CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. 

Hökmdən verilmiş apellyasiya protestinə və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilərək hökm apellyasiya protestinə münasibətdə, məhkum edilmiş şəxsin cəzaçəkmə müddətinin başlanğıcının hesablanması ilə bağlı hissədə və hökmün nəticə hissəsində qeyd edilən məhkum edilmiş şəxsin ad, soyad və ata adı ilə bağlı hissədə dəyişdirilib, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılıb. Daha sonra iş üzrə Ali Məhkəməyə kassasiya proteti ilə şikayət verilib. 

Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi:

İşə mahiyyəti üzrə baxmış məhkəmələr məhkumun yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb edərək, eyni zamanda onunla qabaqcadan əlbir olmuş bir qrup şəxs halında oğurluq cinayətini törətməsi haqda ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmış, lakin, ibtidai araşdırma orqanından fərqli olaraq məhkəmələrin iş üzrə gəldikləri qənaət ondan ibarət olub ki, məhkum cinayətkar fəaliyyətə cəlb etdiyi şəxsi (iş üzrə digər məhkum edilmiş şəxs) tərbiyə etmək vəzifəsini daşımadığına görə o, CM-in 170.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti hesab edilə bilməz, buna görə də o, CM-in 170.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır.

Öz üslubunu yaratmaq istəyən xanımların DİQQƏTİNƏ like
  • 24 Apr 10:05  
Digərləri Öz üslubunu yaratmaq istəyən xanımların DİQQƏTİNƏ

Misir və Azərbaycanda bir çox gözəllik yarışmalarında münsif qismində

arrow Ətraflı
İrəvanda bayrağımızın yandırılmasına Paşinyandan reaksiya like
  • 24 Apr 09:59  
Dünya İrəvanda bayrağımızın yandırılmasına Paşinyandan reaksiya

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün axşam saatlarında İrə

arrow Ətraflı
Bakıda dəhşətli qəzada xəsarət alanların VƏZİYYƏTLƏRİ AÇIQLANDI like
  • 24 Apr 09:55  
Digərləri Bakıda dəhşətli qəzada xəsarət alanların VƏZİYYƏTLƏRİ AÇIQLANDI

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verən ağ�

arrow Ətraflı
Ötən gün bank kartlarından 20 min manatdan çox vəsait oğurlanıb like
  • 24 Apr 09:50  
Digərləri Ötən gün bank kartlarından 20 min manatdan çox vəsait oğurlanıb

Ötən gün vətəndaşların bank kartlarından 20332 manat oğurlanıb.

arrow Ətraflı
Üç BÜRC tezliklə düşmənlərinin tələsinə düşəcək – like
  • 24 Apr 09:40  
Digərləri Üç BÜRC tezliklə düşmənlərinin tələsinə düşəcək –

Bəzən hətta ən diqqətli və güclü insanlar başqalarının intriqaların�

arrow Ətraflı
İstanbulda daha bir ZƏLZƏLƏ like
  • 24 Apr 09:35  
Digərləri İstanbulda daha bir ZƏLZƏLƏ

Bu gün səhər saatlarında İstanbulun qərbində yerləşən Böyükçəkməc

arrow Ətraflı
ABŞ Zelenskinin sülh yanaşmasını tənqid etdi like
  • 24 Apr 09:30  
Dünya ABŞ Zelenskinin sülh yanaşmasını tənqid etdi

Ağ Evin mətbuat katibi Karolin Leavitt bildirib ki, ABŞ Ukrayna Prezidenti Vo

arrow Ətraflı
"OpenAI" "Google Chrome"u almağa hazırdır  TƏFƏRRÜATLAR like
  • 24 Apr 09:25  
Digərləri "OpenAI" "Google Chrome"u almağa hazırdır TƏFƏRRÜATLAR

"ChatGPT"nin yaradıcısı olan "OpenAI" şirkəti, əgər f

arrow Ətraflı
Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb  MN like
  • 24 Apr 09:19  
Siyasət Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb MN

Aprelin 23-də saat 22:20 radələrində Azərbaycan Ordusunun bölmələri tər

arrow Ətraflı
Dollar çöküşə doğru gedir?  Bu valyutaların QİYMƏTİ DƏYİŞDİ  RƏSMİ like
  • 24 Apr 09:15  
Digərləri Dollar çöküşə doğru gedir? Bu valyutaların QİYMƏTİ DƏYİŞDİ RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Bütün dünya aktrisanın bu görüntülərindən danışır like
  • 24 Apr 09:11  
Şou-biznes Bütün dünya aktrisanın bu görüntülərindən danışır

"Amazon"un qurucusu Ceff Bezosun sahibi olduğu "Blue Origin"

arrow Ətraflı
Rusiya Bəşər Əsədi Suriyaya verməkdən imtina etdi like
  • 24 Apr 08:35  
Digərləri Rusiya Bəşər Əsədi Suriyaya verməkdən imtina etdi

"Rusiya tərəfi ilə keçmiş prezident Bəşər Əsədin Suriyaya təhvil

arrow Ətraflı
"Onları efirə kloun kimi çağırırlar" like
  • 24 Apr 08:08  
Şou-biznes "Onları efirə kloun kimi çağırırlar"

"Biz hər məclisimizi, səfərimizi sosial şəbəkədə paylaşmırıq. B

arrow Ətraflı