Koronavirusdan müalicə alan gənc: "Çox qorxdum, heç vaxt belə halla rastlaşmamışdım..." - MÜSAHİBƏ


Sosial 01 İyl 2020 10:31:03 63 0

Koronavirusdan müalicə alan gənc: "Çox qorxdum, heç vaxt belə halla rastlaşmamışdım..." - MÜSAHİBƏ

"Elə an olurdu ki, ayaq üstdə dayanmağa taqətim qalmırdı və tək istədiyim özümü çarpayıya çatdırmaq idi ki, yerə yıxılmayım"

Hazırda Atletlər kəndində koronavirusa yoluxduğuna görə müalicəsi davam edən 23 yaşlı Elnar Almazovun “Report”a müsahibəsi:

- Necə oldu ki, özünüzdə simptomlar hiss etdiniz və koronavirusa yoluxduğunuza dair şübhələr necə yarandı?

- İlk olaraq demək istəyərdim ki, özümdə simptomlar hiss edənə kimi mən də bu virusa inanmayanlar sırasında idim. Simptomlar ən başda halsızlıq və başağrıları ilə başladı. Səhər oyananda adi qrip kimi hiss etdim. Dedim, çox güman, bir-iki günə keçib gedər. Amma növbəti gün temperaturum yüksəldi. Təxminən 4-5 gün qızdırmam 37.5 dərəcədən aşağı düşmürdü. Bundan sonra psixoloji olaraq ilk ağlıma gələn o oldu ki, bəlkə, mən də artıq koronavirusa yoluxmuşam. Ətrafımdakılar qorxduğuna görə test vermək qərarına gəldim. Halsız olduğuma görə evdən çölə çıxa bilmirdim. Ona görə evə təcili tibbi yardım çağırdıq. Vəziyyətimi bildirəndə xüsusi həkim briqadası göndərdilər. Məndən analiz götürdülər və ilk testin cavabı çox tez gəldi. Təxminən gecə saat 3-də götürdükləri testin cavabı növbəti günün axşamı gəldi. Testin cavabı da pozitiv çıxandan sonra artıq hər şey qətiləşmişdi və mən artıq koronavirus xəstəsi idim.

- Azərbaycanda koronavirus yayılandan sonrakı müddətdə qoruyucu vasitələrdən istifadə edirdinizmi?

- İlk başlarda bütün qoruyucu vasitələrdən həssaslıqla istifadə edirdim. Misal olaraq, spirt, maska. Sonradan ancaq məcburi hallarda istifadə etdim. Güman edirəm ki, evdən işə qədər olan məsafə çox olduğundan elə yolda da virusa yoluxmuşam.

- Sizinlə yanaşı, ailə üzvlərinizdən də test götürüldümü?

- Valideynlərimlə yaşayıram və onlardan da test götürdülər. Çox şükür cavab neqativ oldu.

- Test cavabınız pozitiv çıxdıqdan dərhal sonra sizi karantinə götürdülər?

- Test cavabımın nəticəsi pozitiv çıxandan iki gün sonra məni karantinə götürdülər. Həmin gün də növbəti yaxmanı götürdülər və o da pozitiv çıxdı. Əslində buna görə ilk başda narazılıq etdik ki, elə ilk gündən karantin altına alınsam, daha yaxşı olardı. Xəstə sayının çox olduğunu əsas gətirərək belə etdiklərini bildirdilər. Karantin dövrünü Atletlər kəndində olan binaların birində keçirirəm. Bildiyim qədəri ilə xəstəliyi yüngül keçirən xəstələri məhz bura yerləşdirirlərmiş.

- Vəziyyətinizin ağır və ya yüngül olmasını öyrənmək üçün harada və hansı müayinələrdən keçdiniz?

- Atletlər kəndində olandan sonra bura gələn xüsusi avtomobilə bənzər nəqliyyat vasitələrinin içərisində olan tibbi avadanlıqlar vasitəsilə rentgendən keçirdilər. Yoxlanışların cavabında səhhətimdə ciddi bir şey olmadığını dedilər.

Açığı özüm də səhhətimdə çox ciddi bir şey olmadığını hiss edirdim. Çünki koronavirusun simptomlardan qızdırma, halsızlıq, başağrısı və dad bilmə qabiliyyətimi itirmişdim. Öskürək və ya nəfəs almaqla bağlı problemim yox idi.

- Neçə gündür Atletlər kəndində müalicənizi davam etdirirsiniz?

- Artıq 11 gündür ki, burada müalicəm davam edir. İkinci və üçüncü test nəticəm də pozitiv çıxdığından hələlik burdayam. Hazırda 3-cü testimin cavabını gözləyirəm. Onun da cavabı sabaha məlum olmalıdır. Ümid edirəm ki, bu dəfə neqativ çıxacaq və evə buraxılacağam. Yaxma həm burun, həm də boğazdan götürülüb. İlk əvvəl başağrısı çox olduğundan özümlə gətirdiyim ağrıkəsici qəbul edirdim. Rentgen müayinəsindən sonra 4-5 gün müddətində ağciyərlərə xeyri olan dərman preparatı vermişdilər və onu içirdim. Hazırda heç bir dərman qəbulu yoxdur. Artıq xəstəliyin simptomları, demək olar ki, keçib. Əvvəl ən çox halsızlıqdan əziyyət çəkirdim. Elə an olurdu ki, ayaq üstdə dayanmağa taqətim qalmırdı və tək istədiyim özümü çarpayıya çatdırmaq idi ki, yerə yıxılmayım. Artıq sağaldığımı hiss edirəm. Dəqiq 14 gün bitməsindən sonraçıxacağım barədə nəsə deyilməyib. Nə vaxt növbəti testimin cavabı neqativ çıxacaqsa, onda da buraxacaqlar.

- Otaqda sizinlə yanaşı, neçə xəstə müalicə alır? Nəzarət ciddidirmi?

- Təzə gələndə otaqda iki nəfər idik, yanımda olan xəstə sağaldığı üçün onu evə buraxdılar. Təxminən 6 gündür ki, otaqda təkəm. Normalda otaqlar iki nəfər üçün nəzərdə tutulub. Hər gün iki dəfə - səhər və axşam olmaqla yoxlama olur. Otaqlar bir-bir yoxlanılır, xəstələrin temperaturu və ürək döyüntüləri yoxlanılır. Burada müalicə alan xəstələr üçün hər bir şərait yaradılıb. Gün ərzində 3 dəfə qidalanma, duş qəbul etmək üçün vasitələr və internetə çıxış təmin olunub.

- Karantində olduğun müddətdə hansı hissləri keçirdiniz? Evdən və ailədən uzaqda ağrıların çox olduğu günləri necə ifadə edərdiniz?

- İlk 3 gün çox çətin keçdi. Bir yandan halsızlıq, bir yandan da evdən uzaq qalmaq. Xəstə olanda ən çox ananı axtarırsan. Sonra yavaş-yavaş sağaldım. Evdə ayrı otağım olsa da, çölə çıxmağa icazə olmadığı üçün sıxılırdım. Ən qorxduğum an təxminən 5 gün əvvəl özümü çox pis halsız hiss edəndə idi. Özümü tez çarpayının üstünə atdım. Bu an çox qorxdum, çünki heç vaxt belə halla rastlaşmamışdım.

- Koronavirusun olduğuna inanmayan şəxslərə nə tövsiyə edərdiniz?

- Özünüzü düşünməsəz də, immuniteti zəif ola biləcək yaxınlarınızı gözünüzün qarşısına gətirin. Bəlkə yoxdur deyib boş versəz yox, bəlkə var deyib biraz səbr etsəniz, yaxşı olar.

Ölkə çaylarında sululuğun azalması müşahidə edilir like
  • 01 İyl 10:29  
Digərləri Ölkə çaylarında sululuğun azalması müşahidə edilir

Son dövrlərdə iqlim dəyişmələri şəraitində yağıntıların miqdarın

arrow Ətraflı
Azərbaycanda siqaret bahalaşdı like
  • 01 İyl 10:26  
İqtisadiyyat Azərbaycanda siqaret bahalaşdı

Bu gündən Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılı

arrow Ətraflı
Gəncədə itkin düşən 84 yaşlı Türkiyə vətəndaşı tapıldı like
  • 01 İyl 10:24  
Digərləri Gəncədə itkin düşən 84 yaşlı Türkiyə vətəndaşı tapıldı

Gəncə şəhərində əcnəbi vətəndaş itkin düşüb.

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti 43 dolları ötüb like
  • 01 İyl 10:23  
İqtisadiyyat Azərbaycan neftinin qiyməti 43 dolları ötüb

Azərbaycan neftinin qiyməti 43 dolları ötüb

arrow Ətraflı
Xəstəxanadakı oksigen balonları partladı, like
  • 01 İyl 10:19  
Dünya Xəstəxanadakı oksigen balonları partladı,

İranın paytaxtı Tehrandakı xəstəxanada baş verən partlayış nəticəsi

arrow Ətraflı
Azərbaycanda Aİ95 markalı benzin bahalaşıb like
  • 01 İyl 10:17  
Digərləri Azərbaycanda Aİ95 markalı benzin bahalaşıb

"Azərbaycanda Aİ-95 markalı benzin bahalaşıb".

arrow Ətraflı
Vətəndaşların qəbulu avqustun 1-dək dayandırıldı like
  • 01 İyl 10:16  
Sosial Vətəndaşların qəbulu avqustun 1-dək dayandırıldı

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barəd

arrow Ətraflı
Cəbhədən XƏBƏR VAR like
  • 01 İyl 10:14  
Digərləri Cəbhədən XƏBƏR VAR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Gürcüstanda DİN əməkdaşı qətlə yetirilib like
  • 01 İyl 10:13  
Dünya Gürcüstanda DİN əməkdaşı qətlə yetirilib

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı soyuq silahla qətl

arrow Ətraflı
Gürcüstanda COVID-19-a yoluxanların sayı 931-ə çatdı like
  • 01 İyl 10:09  
Dünya Gürcüstanda COVID-19-a yoluxanların sayı 931-ə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı son sutkada 3 nəfər artaraq 931

arrow Ətraflı
"Aliço" karantin günlərində kökəldi like
  • 01 İyl 10:09  
Digərləri "Aliço" karantin günlərində kökəldi

"Çukur" serialında birgə rol alan və eşq yaşamağa başlayan Rı

arrow Ətraflı
Aİ Şurasına sədrlik Almaniyaya keçdi like
  • 01 İyl 10:04  
Dünya Aİ Şurasına sədrlik Almaniyaya keçdi

İyulun 1-i Avropa İttifaqı Şurasına sədrlik Xorvatiyadan Almaniyaya keçib

arrow Ətraflı
Bakıda "Al market" qarət edildi like
  • 01 İyl 09:59  
Digərləri Bakıda "Al market" qarət edildi

Bakıda marketdən oğurluq olub.

arrow Ətraflı
Ceyhandan 3,5 mlrd barel BTC nefti nəql edilib like
  • 01 İyl 09:56  
İqtisadiyyat Ceyhandan 3,5 mlrd barel BTC nefti nəql edilib

Bu ilin ötən dövründə Ceyhan terminalından 112,884 mln. barel xam neft nə

arrow Ətraflı
Acun sevgilisi ilə istirahətdə like
  • 01 İyl 09:54  
Digərləri Acun sevgilisi ilə istirahətdə

"TV8" telekanalının sahibi Acun Ilıcalı sevgilisi Çağla Altunkay

arrow Ətraflı