Operativ Qərargah karantin tətbiq edilməyən bölgələrdəki vəziyyəti müzakirə edib
Sosial 01 İyl 2020 20:25:43 795 0
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilib.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilib.
Nazirlər Kabinetindən"Report"a verilən məlumata görə,müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyev, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Baş Prokuror Kamran Əliyev və 77 şəhər və rayonların İcra hakimiyyəti başçıları, prokurorları, daxili işlər və dövlət təhlükəsizliyi şöbələrinin rəisləri iştirak ediblər.
Müşavirə zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunub, karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu bildirilmişdir.
Baş Nazir karantin rejiminin yumşaldılması nəticəsində bir sıra şəhər və rayonlarda pozuntuların artmasının müşahidə olunduğunu qeyd edib.
Baş Nazir rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılmasının, yoluxmanın daha çox qeydə alındığı yerlərə nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda utilizasiya işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Baş Nazir rayon və şəhər rəhbərləri qarşısında tapşırıqların vaxtında və qüsursuz icra olunması tələbini qoymuşdur.
"Xəzər TV"nin keçmiş aparıcısı Vamiq Nəsirov özünə yeni iş

Türkiyə Suriyanın ərazi bütövlyünün qorunması üçün əlindən gələn

Qazaxıstan Nazirlər Kabineti koronavirusla bağlı iyulun 5-dən etibarən 14

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil

Cari ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

Təhsil Nazirliyi "Mədəniyyət" və "ARB Günəş" telekan

Müğənni Nigar Camalın instaqramda paylaşdığı şəkil müzakirələrə s

Müğənni Murat Boz idman zalından çıxarkən obyektivlərə tuş gəlib.

Azərbaycanda 588 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alın

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat

Xalq artisti Röya Ayxan koronavirus testindən keçib.

Xəzər regionundakı bir çox ölkələr maddi öhdəliklərə kömək məqsəd

Daxili İşlər Nazirliyi sabahdan Bakı küçələrində karantin postlarının

Qazaxda ictimai nəqliyyatda karantin qaydalarını pozan şəxslər inzibati m
