Bəhram Bağırzadə ECMO cihazından ayrılıb


Sosial 01 İyl 2020 09:27:03 51 0

Bəhram Bağırzadə ECMO cihazından ayrılıb

ECMO cihazının istifadə müddəti 2-3 həftə olduğuna görə və bu müddətdən sonra fəsadların əmələ gəlmə ehtimalları nəzərə alınaraq dünən saat 11 radələrində

Bəhram Bağırzadə

“Bildiyiniz kimi, Bəhram Bağırzadənin müalicəsi 17 günə yaxın idi ki, ECMO cihazına bağlı olaraq davam etdirilirdi. ECMO cihazının istifadə müddəti 2-3 həftə olduğuna görə və bu müddətdən sonra fəsadların əmələ gəlmə ehtimalları nəzərə alınaraq dünən saat 11 radələrində ECMO cihazından ayırma qərarı verilib”.

Bunu “Report”a açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib.

O bildirib ki, hazırda süni tənəffüs aparatı vasitəsiylə özünün ağciyərinin köməyi ilə digər orqanların oksigenlə təminatı mümkün olmaqdadır:

“Eləcə də ağciyərlərin rentgen görüntülərində son bir həftə içində seyir edilən müsbətə doğru dəyişikliklər bizi sevindirməkdədir. Dərmanlar vasitəsilə dərin koma vəziyyətində yatızdırılan Bəhram Bağırzadənin hələ ki, komadan oyandırılması cəhdi düşünülmür. Hazırda ehtimal edilən bakteriyal superinfeksiyalar nəzarətə alındıqdan sonra, qarşıdakı 3-5 gün ərzində bədənin bütün orqanlarına öz ağciyərləri vasitəsiylə kifayət qədər oksigen təminatı müşahidə olunarsa, eyni zamanda ağciyərlərində bu günə qədər izlənilən müsbət dinamika davam edərsə komadan oyandırma və süni nəfəs aparatından ayırma planları qurula bilər. İntensiv müalicəsi davam edən xəstəyə tibbi nöqtəyi nəzərdən ehtiyyac olan bütün müalicələr tətbiq olunur, lakin gedişatın nəticəsi barədə indidən dəqiq məlumat vermək əfsuslar olsun ki, mümkün deyil. Reanimatoloq, infeksiyonist, pulmunoloq və diyər aidatı ekspertlerin rəyləri ümid vericidir. Bu mərhələyə qədər olan tədbirlər uğur kimi sayıla bilər, amma ağciyərin bundan sonrakı fəaliyyəti zamanla özünü göstərəcək”.

Qeyd edək ki, EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülmüş əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları tərəfindən təcili olaraq gecə konsilium keçirilmiş və xəstənin EKMO cihazına qoşulmasına qərar verilmişdi. Xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.

Həkim Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı məlumat verdi like
  • 01 İyl 09:27  
Digərləri Həkim Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı məlumat verdi

"Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ləng də olsa tədri

arrow Ətraflı
Braziliyada koronavirusdan ölənlərin sayı like
  • 01 İyl 09:24  
Dünya Braziliyada koronavirusdan ölənlərin sayı

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa daha 33 846 nəfər yo

arrow Ətraflı
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (01.07.2020) like
  • 01 İyl 09:21  
İqtisadiyyat Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (01.07.2020)

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (01.07.2020)

arrow Ətraflı
Pompeo Mərkəzi Asiya ölkələrinin XİN rəhbərləri ilə ərzaq təhlükəsizliyini müzakirə edib like
  • 01 İyl 09:19  
Dünya Pompeo Mərkəzi Asiya ölkələrinin XİN rəhbərləri ilə ərzaq təhlükəsizliyini müzakirə edib

ABŞ dövlət katibi Mayk Pompeo Mərkəzi Asiya ölkələrinin XİN rəhbərlə

arrow Ətraflı
Su ilə bağlı mübahisələrə bütün məhkəmələrdə baxılacaq like
  • 01 İyl 09:17  
Siyasət Su ilə bağlı mübahisələrə bütün məhkəmələrdə baxılacaq

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüq

arrow Ətraflı
Nigeriyada avtobus qəzası olub, like
  • 01 İyl 09:14  
Dünya Nigeriyada avtobus qəzası olub,

Nigeriyanın cənub-şərqindəki Abiya ştatında avtobusun qəzaya uğraması

arrow Ətraflı
“Al Market”dən oğurluq edən şəxs tutuldu like
  • 01 İyl 09:12  
Sosial “Al Market”dən oğurluq edən şəxs tutuldu

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

arrow Ətraflı
“Azərbaycan Sənaye Korporasiyası”nda struktur dəyişikliyi olub like
  • 01 İyl 09:11  
İqtisadiyyat “Azərbaycan Sənaye Korporasiyası”nda struktur dəyişikliyi olub

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) Aqrar istehsalat və tica

arrow Ətraflı
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (01.07.2020) like
  • 01 İyl 09:08  
İqtisadiyyat Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (01.07.2020)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (01

arrow Ətraflı
ABŞda koronavirusdan ölənlərin sayı 130 mini ötüb like
  • 01 İyl 09:05  
Dünya ABŞda koronavirusdan ölənlərin sayı 130 mini ötüb

ABŞ-da yeni növ koronavirusdan ölənlərin sayı 130 min nəfəri ötüb.

arrow Ətraflı
THY İstanbulBakıİstanbul aviareysinə əlavə biletlər satışa çıxaracaq like
  • 01 İyl 08:59  
Digərləri THY İstanbulBakıİstanbul aviareysinə əlavə biletlər satışa çıxaracaq

Türk Hava Yolları iyulun 3-də həyata keçiriləcək İstanbul-Bakı-İstanbu

arrow Ətraflı
Çində ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb like
  • 01 İyl 08:52  
Dünya Çində ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb

Çində ötən sutka ərzində 3 nəfərdə yeni növ koronavirusun aktiv formas

arrow Ətraflı
Kompüteriniz üçün maraqlı FOTOSESSİYA like
  • 01 İyl 08:45  
Digərləri Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı