Gömrük Komitəsi İsgəndər Xəlilovun şirkətinə protokol yazdı
Sosial 30 İyn 2020 09:42:49 285 0
Dövlət Gömrük Komitəsi "İSR Kapital Investments" MMC barədə inzibati protokol tərtib edib
İsgəndər Xəlilov
Dövlət Gömrük Komitəsi "İSR Kapital Investments" MMC barədə inzibati protokol tərtib edib.
“Report” xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Səbail Rayon Məhkəməsiunə göndərilib.
İşə hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, "İSR Kapital Investments" MMC "İSR Holdinq" MMC-yə aid şirkətdir.
"İSR Holdinq" iş adamı İsgəndər Xəlilov tərəfindən yaradılıb.
Mənbə: report.az