Ötən il serial çəkilişləri üçün xərclənən vəsaitin miqdarı açıqlandı


Sosial 24 İyn 2020 11:31:40 218 0

Ötən il serial çəkilişləri üçün xərclənən vəsaitin miqdarı açıqlandı

2019-cu il ərzində prodüser qrupları televiziya kanallarından 7 milyon 800 min manat cəlb etdiblər.

2019-cu il ərzində prodüser qrupları televiziya kanallarından 7 milyon 800 min manat cəlb ediblər.

"Report" xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasından bildirilib.

Qeyd olunub ki,bu məbləğin 7 milyon 450 min manatı (95%-dən çoxu) serial istehsalına sərf olunub. Bununla yanaşı, yerli serialların çəkilişinə xərclənən məbləğin 90%-dən çoxu dövlətdən və kommersiya strukturlarından dotasiya almayan 3 özəl telekanal tərəfindən cəlb olunub.